Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-747/2025 25.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Hacızadə Hacı Yusif oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alqı-satqı müqaviləsi üzrə mübahisələr» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ilə cavabdeh arasında bağlanmış qazın alqı-satqısı barədə xx.xx.2024cü il tarixli, XS-38-00337/24 saylı müqavilədən görünür ki, Cavabdeh ilə Azəriqaz İB arasında bağlanmış müqaviləyə əsasən istehlakçı qazdan istifadəyə görə istehlak etdiyi qazın dəyərini ödəməyi öhdəsinə götürmüşdür.
2. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli abonentin saldosu sənədindən görünür ki, Cavabdeh 2025-ci il mart ayına 1405,35 (min dörd yüz beş manat, otuz beş qəpik) manat borcu yaranmışdır.
3. İş materiallarında olan, mədaxil qəbzindən görünür ki, iddiaçı Azəriqaz” İstehsalat Birliyi tərəfindən məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 56,12 (əlli altı manat, on iki qəpik) manat dövlət rüsumu ödənilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
4. İddiaçı Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 1405,35 (min dörd yüz beş manat, otuz beş qəpik) manat borcu, ödənilmiş 34,06 (otuz dörd manat, altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1439,41 (min dörd yüz otuz doqquz manat, qırx bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB Kod: 8051700, M/H: AZ03NABZ********************, VÖEN: **********, S.W.İ.F.T, İBAZAZ2X, AZ95İBAZ******************** saylı hesabına ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Vəndam qəsəbəsində yerləşən Cavabdeh məxsus mənzilində alqısatqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********07120 saylı qaz hesabında ödənilməmiş 1405,35 (min dörd yüz beş manat, otuz beş qəpik) manat borc vardır. Cavabdeh məxsus **********07120 saylı qaz hesabında olan 1405,35 (min dörd yüz beş manat, otuz beş qəpik) manat borc sayğac göstəricisinə əsasən aparılmış hesabata əsasən yaranmış borc məbləğidir və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 1405,35 (min dörd yüz beş manat, otuz beş qəpik) manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda istismarda olan G4T markalı GCZ0113186 nömrəli sayğacın 10809 m3 göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
6. Cavabdeh iddiaya etiraz təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçı ərizə ilə müraciət edərək iştirakı olmadan məhkəmə iclasının keçirilməsi və iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
10. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmiş və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
11. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar;
12. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır;
13. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;
14. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır;
15. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
“X1”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2021-ci il tarixli 80 saylı Qərarı:
16. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
17. 5.5-ci bəndinə əsasən Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir nəzərdə tutulmuş X1 ilə tənzimlənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
1. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
2. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
3. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
4. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
5. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
6. Məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, XS-38-00337/24 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə” müqaviləsinə əsasən iddiaçı, cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçının hesabına ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı müqavilə üzrə öhdəliyini icra etmiş, lakin cavabdeh istehlak etdiyi qazın dəyərini vaxtında ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 1405,35 manat məbləğində borcu yaranmış, cavabdeh tərəfindən həmin borc ödənilməmişdir
7. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, alğı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır.
8. Məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir. İş materiallarına əlavə olunmuş abonentin saldosundan görünür ki, iddiaçı öhdəliyi yerinə yetirərək, təbii qazı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə olan halda isə bu, iddiaçıya alğı-satqı müqaviləsi və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir
9. Belə ki, hazırkı işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında təbii qazın alğı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən təbii qaz cavabdehə verilmiş, cavabdeh istehlak etdiyi təbii qazın dəyərini ödəməmişdir. Beləliklə, müqavilə üzrə borclu üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə borcu yaranmışdır.
10. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
11. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34,06 (otuz dörd manat, altı qəpik) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır.
12. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdeh **********07120 abonent koduna hesablanmış 1405,35 (min dörd yüz beş manat, otuz beş qəpik) manat əsas borcu, ödənilmiş 34,06 (otuz dörd manat, altı qəpik) manat dövlət rüsumu olmaqla, cəmi 1439,41 (min dörd yüz otuz doqquz manat, qırx bir qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı (bank hesabları: ABB Kod: 8051700, M/H: AZ03NABZ********************, VÖEN: **********, S.W.İ.F.T, İBAZAZ2X, AZ95İBAZ******************** saylı) hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir.
Sədrlik edən: Bəxtiyar Məmmədov