Məhkəmə qərarları › İş №e-2(018)-818/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-818/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-818/2024 11.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh xx.xx.2022-cü il tarixli ******* saylı müqaviləyə əsasən 108 (yüz səkkiz) manat 55 (əlli beş) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 (on) manat 45 (qırx beş) qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli 03123368 saylı müqaviləyə əsasən 633 (altı yüz otuz üç) manat 32 (otuz iki) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 63 (altmış üç) manat 68 (altmış səkkiz) qəpik cərimə borcu, xx.xx.2023-cü il tarixli 08921918 saylı müqaviləyə əsasən 487 (dörd yüz səksən yeddi) manat 5 (beş) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 (qırx səkkiz) manat 95 (doxsan beş) qəpik cərimə borcu, ümumilikdə 1352 (min üç yüz əlli iki) manat borcun və ödənilmiş 33 (otuz üç) manat 52 (əlli iki) qəpik dövlət rüsumunun alınıb "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh xx.xx.2022-cü il tarixli ******* saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 419 (dörd yüz on doqquz) manat 22 (iyirmi iki) qəpik olan İMEİ Kodu **********67622 olan «BLACKVİEW A70 markalı mobil telefonu, AİVA qulaqlıq» üçün 18 ay müddətinə, ilkin ödənişsiz, hər ay 23 (iyirmi üç) manat 29 (iyirmi doqquz) qəpik ödəmək şərtilə almışdır, xx.xx.2023-cü il tarixli 03123368 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 634 (altı yüz otuz dörd) manat 32 (otuz iki) qəpik olan İMEİ Kodu **********60461 olan «XİAOMİ REDMİ NOTE 12» markalı mobil telefonu üçün 18 ay müddətinə, ilkin ödənişsiz, hər ay 35 (otuz beş) manat 24 (iyirmi dörd) qəpik ödəmək şərtilə almışdır, xx.xx.2023-cü il tarixli 08921918 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 582 (beş yüz səksən iki) manat 30 (otuz) qəpik olan İMEİ Kodu **********33909 olan «XİAOMİ REDMİ NOTE 12» markalı mobil telefonu üçün 18 ay müddətinə, ilkin ödənişsiz, hər ay 32 (otuz iki) manat 35 (otuz beş) qəpik ödəmək şərtilə almışdır. Lakin cavabdeh öhdəliklərini vaxtında və lazimi qaydada yerinə yetirmədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə Cavabdeh xx.xx.2022-cü il tarixli ******* saylı, xx.xx.2023-cü il tarixli 03123368, xx.xx.2023-cü il tarixli 08921918 saylı müqavilələr üzrə ümumilikdə 1352 (min üç yüz əlli iki) manat borcu yaranmışdır. Cavabdeh qeyd edilən müqavilələr üzrə cəmi 406 (dörd yüz altı) manat 92 (doxsan iki) qəpik ödəniş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdehnın ümumilikdə 1352 (min üç yüz əlli iki) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 33 (otuz üç) manat 52 (əlli iki) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2022-cü il tarixli ******* saylı müqaviləyə əsasən iddiaçının iddia etdiyi 10 (on) manat 45 (qırx beş) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2023-cü il tarixli 03123368 saylı müqaviləyə əsasən iddiaçının iddia etdiyi 63 (altmış üç) manat 68 (altmış səkkiz) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2023-cü il tarixli 08921918 saylı müqaviləyə əsasən iddiaçının iddia etdiyi 48 (qırx səkkiz) manat 95 (doxsan beş) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 33 (otuz üç) manat 52 (əlli iki) qəpik dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-cü il tarixli ******* saylı müqaviləyə əsasən 108 (yüz səkkiz) manat 55 (əlli beş) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə, xx.xx.2023-cü il tarixli 03123368 saylı müqaviləyə əsasən 633 (altı yüz otuz üç) manat 32 (otuz iki) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə, xx.xx.2023-cü il tarixli 08921918 saylı müqaviləyə əsasən 487 (dörd yüz səksən yeddi) manat 5 (beş) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə və 33 (otuz üç) manat 52 (əlli iki) qəpik ödənilmiş dövlət rüsumu alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar