Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-822/2024 12.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X1 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, cavabdeh İdris Ağaməmməd oğlundan xx.xx.2023-cü il tarixli 13753697 nömrəli müqavilə üzrə ümumilikdə 926 (doqquz yüz iyirmi altı) manat olmaqla ondan, 841 (səkkiz yüz qırx bir) manat 26 (iyirmi altı) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 84 (səksən dörd) manat 74 (yetmiş dörd) qəpik cərimə, xx.xx.2023-cü il 13753711 nömrəli müqavilə üzrə ümumilikdə 23 (iyirmi üç) manat olmaqla ondan, 20 (iyirmi) manat 54 (əlli dörd) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 2 (iki) manat 46 (qırx altı) qəpik cərimə, xx.xx.2023-cü il tarixli 13753916 nömrəli müqavilə üzrə ümumilikdə 93 (doxsan üç) manat olmaqla ondan, 84 (səksən dörd) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8 (səkkiz) manat 66 (altmış altı) qəpik cərimə üç müqavilə üzrə ümumilikdə 1042 (min qırx iki) manat borc və 30 (otuz) manat 42 (qırx iki) qəpik dövlət rüsumunun alınıb "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli 13753697 nömrəli müqaviləyə əsasən, 18 ay müddətinə, ilkin ödənişsiz, hər ay 60 (altmış) manat 17 (on yeddi) qəpik ödəmək şərtilə alqı-satqı qiyməti 1083 (min səksən üç) manat 6 (altı) qəpik olan “İMEİ Kodu **********249961 olan «SAMSUNG A33» MARKALİ TELEFON, SAMSUNG CHARGER, VİNİL MAT, VİNİL ŞƏFFAF”, xx.xx.2023-cü il 13753711 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə, ilkin ödənişsiz, hər ay 2 (iki) manat 67 (altmış yeddi) qəpik ödəmək şərtilə alqı-satqı qiyməti 32 (otuz iki) manat 4 (dörd) qəpik olan “SBS QULAQLİQ”, xx.xx.2023-cü il tarixli 13753916 nömrəli müqaviləyə əsasən 12 ay müddətinə, ilkin ödənişsiz, hər ay 10 (on) manat 67 (altmış yeddi) qəpik ödəmək şərtilə alqı-satqı qiyməti 128 (yüz iyirmi səkkiz) manat 4 (dörd) qəpik olan “AİWA QULAQLİQ” verilmişdir. Lakin cavabdeh öhdəlikləri üzrə ödənişləri lazımınca icra etməmiş və üç müqavilə üzrə ümumilikdə 1042 (min qırx iki) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh üç müqavilə üzrə ümumilikdə 1042 (min qırx iki) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat 42 (qırx iki) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi xx.xx.2023-cü il tarixli 13753697 nömrəli müqavilə üzrə 84 (səksən dörd) manat 74 (yetmiş dörd) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində, xx.xx.2023-cü il 13753711 nömrəli müqavilə üzrə 2 (iki) manat 46 (qırx altı) qəpik cərimə pulu azaldılaraq 1 (bir) manat həddində, xx.xx.2023-cü il tarixli 13753916 nömrəli müqavilə üzrə 8 (səkkiz) manat 66 (altmış altı) qəpik cərimə pulu azaldılaraq 1 (bir) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat 42 (qırx iki) qəpik dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 13753697 nömrəli müqavilə üzrə 841 (səkkiz yüz qırx bir) manat 26 (iyirmi altı) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə, xx.xx.2023-cü il 13753711 nömrəli müqavilə üzrə 20 (iyirmi) manat 54 (əlli dörd) qəpik ödənilməmiş hissə, 01 (bir) manat cərimə, xx.xx.2023-cü il tarixli 13753916 nömrəli müqavilə üzrə 84 (səksən dörd) manat 34 (otuz dörd) qəpik ödənilməmiş hissə, 01 (bir) manat cərimə və 30 (otuz) manat 42 (qırx iki) qəpik ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-822/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-822/2024
12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver