Məhkəmə qərarları › İş №e-2(018)-870/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-870/2024

19.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-870/2024 19.07.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, hakim köməkçisi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 2464 (iki min dörd yüz altmış dörd) manat və 44,64 (qırx dörd manat,altmış dörd qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 03564643 saylı müqaviləsinə əsasən SBS SİLK EARBUDS qulaqlıq, HUAWEİ BAND 6 qol saatı, xx.xx.2023-cü il tarixli 11984079 saylı müqaviləyə əsasən İMEİ KODU **********18631 SAMSUNG GALAXY A33 markalı telefon,SAMSUNG 25W CHARGER,BOROFONE BW 35 qulaqlıq,xx.xx.2024-cü il tarixli 13903327 saylı müqaviləyə əsasən ASUS markalı komputer almış və nəticədə 2464 (iki min dörd yüz altmış dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş nəticədə xx.xx.2023-cü il tarixli 03564643 saylı müqaviləyə əsasən,alqı-satqı qiyməti 189 (yüz səksən doqquz manat) manat olan 12 ay müddətinə,ilkin ödəniş 0 (sıfır) manat olmaqla,hər ay 15,75 (on beş manat,yetmiş beş qəpik) manat ödəmək şərti ilə SBS SİLK EARBUDS qulaqlıq, HUAWEİ BAND 6 qol saatı üçün ümumilikdə 156 (yüz əlli altı) manat olmaqla, ondan 141,20 (yüz qırx bir manat, iyirmi qəpik) manat ödənilməmiş hissə,müştəriyə güzəşt olunaraq 14,80 (on dörd manat, səksən qəpik) manat cərimə borcu yaranmışdır.xx.xx.2023-cü il tarixli 11984079 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1228,50 (min iki yüz iyirmi səkkiz manat,əlli qəpik) manat olan 18 ay müddətinə,ilkin ödəniş 0 (sıfır) manat olmaqla, 18 ay müddətinə, hər ay 68,25 (altmış səkkiz manat.iyirmi beş qəpik) manat ödəmək şərti ilə İMEİ KODU **********18631 SAMSUNG GALAXY A33 markalı telefon,SAMSUNG 25W CHARGER,BOROFONE BW 35 qulaqlıq üçün ümumilikdə 1033 (min otuz üç) manat olmaqla, ondan 939,50 (doqquz yüz otuz doqquz manat,əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 93,50 (doxsan üç manat,əlli qəpik) manat cərimə borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli 13903327 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1605,96 (min altı yüz beş manat,doxsan altı qəpik) manat olan 18 ay müddətinə,ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 89,22 (səksən doqquz manat,iyirmi iki qəpik) manat ödəmək şərti ilə ASUS markalı komputer üçün ümumilikdə manat olmaqla, ondan 1275 (min iki yüz yetmiş beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 115,52 (yüz on beş manat,əlli iki qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdeh yuxarıda qeyd olunan məbləğdən 783,28 (yeddi yüz səksən üç manat,iyirmi səkkiz qəpik) manat ödəniş etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. 1."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 03564643 saylı müqaviləyə əsasən,alqı-satqı qiyməti 189 (yüz səksən doqquz manat) manat olan 12 ay müddətinə,ilkin ödəniş 0 (sıfır) manat olmaqla,hər ay 15,75 (on beş manat,yetmiş beş qəpik) manat ödəmək şərti ilə SBS SİLK EARBUDS qulaqlıq, HUAWEİ BAND 6 qol saatı,xx.xx.2023-cü il tarixli 11984079 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1228,50 (min iki yüz iyirmi səkkiz manat,əlli qəpik) manat olan 18 ay müddətinə,ilkin ödəniş 0 (sıfır) manat olmaqla,hər ay 68,25 (altmış səkkiz manat,iyirmi beş qəpik) manat ödəmək şərti ilə İMEİ KODU **********18631 SAMSUNG GALAXY A33 markalı telefon,SAMSUNG 25W CHARGER,BOROFONE BW 35 qulaqlıq,xx.xx.2024-cü il tarixli 13903327 saylı müqaviləyə əsasən, alqı-satqı qiyməti 1605,96 (min altı yüz beş manat,doxsan altı qəpik) manat olan 18 ay müddətinə,ilkin ödəniş 0 (sıfır) manat olmaqla, hər ay 89,22 (səksən doqquz manat,iyirmi iki qəpik) manat ödəmək şərti ilə ASUS markalı komputer almışdır. 2."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ümumilikdə 2464 (iki min dörd yüz altmış dörd) manat borcludur. 3."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktublarının məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar etmişdir.

4. Ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 44,64 (qırx dörd manat,altmış dörd qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 44,64 (qırx dörd manat,altmış dörd qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 223,82 (iki yüz iyirmi üç manat, səksən iki qəpik) manat məbləğində cərimə pulu azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən,öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq, ümumilikdə 2260,18 (iki min iki yüz altmış manat,on səkkiz qəpik) manat və 44,64 (qırx dörd manat,altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 44,64 (qırx dörd manat,altmış dörd qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. 1.Cavabdeh 2240,18 (iki min iki yüz qırx manat, on səkkiz qəpik) manat ödənilməmiş hissə,müştəriyə güzəşt olunaraq 20 (iyirmi) manat cərimə borcu,cəmi 2260,18 (iki min iki yüz altmış manat,on səkkiz qəpik) manat və 44,64 (qırx dörd manat,altmış dörd qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. 2.İddia qalan hissədə təmin olunmasın. 3.Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Zamin İbrahimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar