Məhkəmə qərarları › İş №e-2(018)-885/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-885/2023

25.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-885/2023 25.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin nümayəndəsiiddia verərək, 29 noyabr 2021-ci il tarixli müqaviləsinə əsasən, Ortimax Tesla markalı su təmizləyici filtiri üçün 600 (altı yüz ) manat ödənilməmiş hissə, 350 (üç yüz əlli) manat cərimə, ümumilikdə 980 (doqquz yüz səksən) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMCnə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, Cavabdeh İddiaçı MMC ilə 29 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Ortimax Tesla markalı su təmizləyici almış və nəticədə 650 (altı yüz əlli) manat məbləğində borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 29 noyabr 2021-ci il tarixli 1 saylı müqaviləsinə əsasən, 650 (altı yüz əlli) manat olan Ortimax Tesla markalı su təmizləyicisi üçün ümumilikdə 650 (altı yüz əlli) manat olmaqla, ondan 600 (altı yüz) manat ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 350 ( üç yüz əlli) manat cərimə borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 50 (əlli) təşkil edir. Müqavilənin 1.1,3.12 və 4.2-ci bəndlərinə əsasən alıcı müqaviləyə əlavə ilə razılaşdırılmış qaydada malın dəyərini pul şəklində hissə-hissə və ya tam ödəməlidir. Müqavilənin 4.6-cı maddəsinə əsasən alıcı-satıcıya hər gecikdirilmiş gün üçün malın qalıq məbləğinin 1% miqdarında penya ödəməyi öz üzərinə götürür. Buna görə dəcavabdehdən əlavə olaraq penya şəklində 650 (üç yüz əlli) manat pul tutularaq iddiaçıya verilməlidir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMCnin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 29 noyabr 2021-ci il tarixli, alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən Ortimax Tesla markalı su təmizləyici filtiri almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, Cavabdeh 29 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə 600 (altı yüz ) manat ödənilməmiş hissə, 350 (üç yüz əlli) manat cərimə, ümumilikdə 950 (doqquz yüz əlli)manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş əlavə ödəniş cədvəlindən görünür ki, 29 noyabr 2021-ci il tarixli, alqı-satqı müqaviləsi üzrə isə aylıq ödəniş 50 (əlli) manat təşkil etmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh 29 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM-in) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 29 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 350 (üç yüz əlli) manat olan cərimə azaldılaraq 20 (iyirmi) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 29 noyabr 2021-ci il tarixli müqaviləsi üzrə 600 (altı yüz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, ümumilikdə 620 (altı yüz iyirmi) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilsin. İddia cərimə ilə 330 (üç yüz otuz) manat hissəsində təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən verilməmişdirsə, qəbul edildiyi gündən 1 (ay) keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar