Məhkəmə qərarları › İş №e-2(018)-917/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-917/2023

09.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-917/2023 09.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsi hakimi X2 İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Y20K5703840 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 147 (bir yüz qırx yeddi) manat əsas, 44 (qırx dörd) manat dəbbə pulu, Y20K5758234 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat əsas, 45 (qırx beş) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu ümumillikdə 416 (dörd yüz on altı) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərində Cavabdeh ilə aralarında Y20K5703840 və Y20K5758234 nömrəli hissə-hissə ödənişlə bağlı alqısatqı müqavilələri bağlanmışdır. Y20K5703840 nömrəli müqavilə üzrə 428 (dörd yüz iyirmi səkkiz) manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5758234 nömrəli müqavilə üzrə 440 (dörd yüz qırx) manat dəyəri olan 1 ədəd “Samsung Galaxy A10” markalı telefon Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5703840 nömrəli müqavilə üzrə 20 (iyirmi) manat ilkin ödəniş olmaqla, qalan 408 (dörd yüz səkkiz) manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə aylıq 34 (otuz dörd) manat olmaqla hər ayın 25-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər lazımı qaydada icra edilməmiş və nəticədə onun Y20K5703840 nömrəli müqavilə üzrə 147 (bir yüz qırx yeddi) manat əsas, 44 (qırx dörd) manat dəbbə pulu olmaqla 39 (otuz doqquz) manat və Y20K5758234 nömrəli müqavilə üzrə 150 (bir yüz əlli) manat əsas, 45 (qırx beş) manat dəbbə pulu olmaqla 292 (iki yüz doxsan iki) manat borcu yaranmışdır. Cavabdeh tərəfindən Y20K5703840 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 25 (iyirmi beş) manat ödəniş və Y20K5758234 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə 13 avqust 2020-ci il tarixdə 35 (otuz beş) manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Odur ki, Y20K5703840 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 147 (bir yüz qırx yeddi) manat əsas, 44 (qırx dörd) manat dəbbə pulu, Y20K5758234 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat əsas, 45 (qırx beş) manat dəbbə pulu və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu ümumillikdə 416 (dörd yüz on altı) manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) ümumi dəyəri 428 (dörd yüz iyirmi səkkiz) manat 1 ədəd “Samsung Galaxy A10SM-A105 BLACK QZT011352 satmağı, cavabdeh (alıcı) isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə “satıcı” ya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən iddiaçı (satıcı) ümumi dəyəri 440 (dörd yüz qırx) manat dəyəri olan 1 ədəd “SAMSUNG GALAXY A10SM-A105 BLACK/MOBİLE USB POVER BANK 10000MAH PA-PB21 satmağı, cavabdeh (alıcı) isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə “satıcı” ya ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh Y20K5703840 nömrəli xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən 147 (bir yüz qırx yeddi) manat əsas, 44 (qırx dörd) manat dəbbə pulu Y20K5758234 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat əsas, 45 (qırx beş) manat dəbbə pulu ümumilikdə 416 (dörd yüz on altı) borc məbləğində borcu yaranmışdır. xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan DİN-nin BPQMİ-nin MAPS arayışından görünür ki, Cavabdeh Astara rayonu, Səncərədi kəndində qeydiyyatdadır. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya 416 (dörd yüz on altı) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz ) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Y20K5703840 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə Cavabdeh 147 (bir yüz qırx yeddi) manat əsas borc, 1 (bir) manat dəbbə pulu, Y20K5758234 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 150 (bir yüz əlli) manat əsas borc, 1 (bir) manat dəbbə pulu və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat, ümumilikdə 329 (üç yüz iyirmi doqquz) manat məbləğdə pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar