Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-946/2024 07.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi İbrahimov Zamin Vəliyəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 1756,70 (min yeddi yüz əlli altı manat,yetmiş qəpik) manat borc və 37.56 (otuz yeddi manat, əlli altı qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «İphone 13, akumluyator, aksessuar» məhsula görə 18 ay ödəniş cədvəli üzrə hər ay 124 (yüz iyirmi dörd) manat olmaqla, cəmi 2215,30 (iki min iki yüz on beş manat, otuz qəpik) manat və xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, aldığı «Honor» markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 (otuz üç) manat olmaqla cəmi 384,10 (üç yüz səksən dörd manat, on qəpik) manat borc yaranmışdır. Ümumillikdə hər iki müqavilə üzrə 1527,60 (min beş yüz iyirmi yeddi manat,altmış qəpik) manat əsas, 229.10 (iki yüz iyirmi doqquz manat, on qəpik) manat cərimə, ümumillikdə 1756,70 (min yeddi yüz əlli altı manat,yetmiş qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixində 71.20 (yetmiş bir manat, iyirmi qəpik) manat ödəniş etmiş və 1275,50(min iki yüz yetmiş beş manat,əlli qəpik) manat qalıq qalmış, xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2023-cü il tarixində 33 (otuz üç) manat ödəniş etmiş və 289,90 (iki yüz səksən doqquz manat,doxsan qəpik) manat qalıq qalmış borcu qaytarmamışdır. Nəticədə onun xx.xx.2023-cü il tarixli müqavilə üzrə 1275,50 (min iki yüz yetmiş beş manat,əlli qəpik) manat əsas borc, 191,30 (yüz doxsan bir manat,otuz qəpik) manat cərimə və xx.xx.2023-cü il tarixli müqavilə üzrə 252,10 (iki yüz əlli iki manat,on qəpik) manat əsas borc, 37.80 (otuz yeddi manat, səksən qəpik) manat cərimə, hər iki müqavilə üzrə ümumillikdə 1527,60 (min beş yüz iyirmi yeddi manat, altmış qəpik) manat əsas, 229.10 (iki yüz iyirmi doqquz manat, on qəpik) manat cərimə, ümumillikdə 1756,70 (min yeddi yüz əlli altı manat,yetmiş qəpik) manat borcu yaranmışdır. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. 1."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «İphone 13, akumluyator, aksessuar» telefona görə 18 ay ödəniş cədvəli üzrə hər ay 124 (yüz iyirmi dörd) manat ödəməyi öhdəsinə götürmüşdür. 2."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli № ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı «Honor markalı» telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 33 (otuz üç) manat ödəməyi öhdəsinə götürmüşdür. 3."xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışlarından görünür ki, Cavabdeh ümumilikdə 1527,60 (min beş yüz iyirmi yeddi manat,altmış qəpik) manat, 229,10 (iki yüz iyirmi doqquz manat,on qəpik) manat cərimə borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 37.56 (otuz yeddi manat, əlli altı qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən həmin borc cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunan maddi hüquq normasını əsas götürən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 229,10 (iki yüz iyirmi doqquz manat,on qəpik) manat cərimə borcu azaldılaraq 25 (iyirmi beş) manat həddində, müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin, qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 37.56 (otuz yeddi manat, əlli altı qəpik) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1527,60 (min beş yüz iyirmi yeddi manat, altmış qəpik) manat əsas borc, 25 (iyirmi beş) manat cərimə borcu, cəmi 1552,60 (min beş yüz əlli iki manat, altmış qəpik) manat pul və 37,56 (otuz yeddi manat, əlli altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Zamin İbrahimov
Məhkəmə qərarları › İş №e-2(018)-946/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-946/2024
07.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver