Məhkəmə qərarları › İş №e-2(018)-948/2025

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-948/2025

10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-948/2025 10.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddia verərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********48168 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 2626.71 (iki min altı yüz iyirmi altı) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 262 (iki yüz altmış iki) manat 67 (altmış yeddi) qəpik cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 2 ədəd, İZQARA DELONGHİ, ƏTÇƏKƏN KENWOOD üçün 599 (beş yüz doxsan doqquz) manat 59 (əlli doqquz) qəpik ödənilməmiş hissə, 59 (əlli doqquz) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, FEN-DARAQ PHİLİPS, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********64340 BLACKVİEWA 96 markalı telefon üçün 470 (dörd yüz yetmiş) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi) manat 03 (üç) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TV üçün 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə, Ümumilikdə 4361(dörd min üç yüz altmış bir) manat 54 (əlli dörd) qəpik borc, 63 (altmış üç) manat 62 (altmış iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmıxx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********48168 SAMSUNG GALAXY S24 ULTRAmarkalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 2 ədəd, İZQARA DELONGHİ, ƏTÇƏKƏN KENWOOD ,FEN-DARAQ PHİLİPS, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********64340 BLACKVİEW A96 markalı telefon, SAMSUNG LED TV almış və nəticədə 4361 (dörd min üç yüz altmış bir) manat 54 (əlli dörd) qəpik borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3204 (üç min iki yüz dörd) manat 02 (iki) qəpik (18 ay x 176.89 manat + 20 manat ilkin ödəniş) olan PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********48168 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün ümumilikdə, 2912 (iki min doqquz yüz on iki) manat 98 (doxsan səkkiz) qəpik olmaqla ondan, 2626 (iki min altı yüz iyirmi altı) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, müştəriyə güzəşt olunaraq 262 (iki yüz altmış iki) manat 67 (altmış yeddi) qəpik cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat 72 (yetmiş iki) qəpik (18 ay x 50.04 manat + 0 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 2 ədəd, İZQARA DELONGHİ, ƏTÇƏKƏN KENWOüOçüDn ümumilikdə, 659 (altı yüz əlli doqquz) manat 55 (əlli beş) qəpik olmaqla ondan 599 (beş yüz doxsan doqquz) manat 59 (əlli doqquz) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 59 (əlli doqquz) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 856 (səkkiz yüz əlli altı) manat 62 (altmış iki) qəpik (18 ay x 47.59 manat + 0 manat ilkin ödəniş) olan FEN-DARAQ PHİLİPS, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********64340 BLACKVİEW A96 markalı telefonüçün ümumilikdə, 517 (beş yüz on yeddi) manat 31 (otuz bir) qəpik manat olmaqla ondan, 470 (dörd yüz yetmiş) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47 (qırx yeddi) manat 03 (üç) qəpik cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1139 (min yüz otuz doqquz) manat 99 (doxsan doqquz) qəpik manat (18 ay x 61.76 manat + 28.31 manat ilkin ödəniş) olan SAMSUNG LED TV üçün ümumilikdə, 271 (iki yüz yetmiş bir) manat 70 (yetmiş) qəpik manat olmaqla ondan, 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA 1 İL xidmətindən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 405 (dörd yüz beş) manat qiymətləndirilərək,xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən FEN-DARAQ PHİLİPS-dən xx.xx.2024-ci il tarixində imtina etmiş və məhsul 151 (yüz əlli bir) manat 23 (iyrmi üç) manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 172 (yüz yetmiş iki) manat 31 (otuz bir) qəpik, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 405 (dörd yüz beş) manat, ümumilikdə, 577 (beş yüz yetmiş yeddi) 31 (otuz bir) qəpik təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 235 (iki yüz otuz beş) 14 (on dörd) qəpik, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 151(yüz əlli bir) manat 23 (iyirmi üç) qəpik, ümumilikdə, 386 (üç yüz səsksən altmı) manat 34 (otuz dörd) qəpik təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 1194 (min yüz doxsan dörd) manat 12 (on iki) qəpik təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2023-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti, İMEİ KODU **********48168 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 2626 (iki min altı yüz iyirmi altı) manat 71 (yetmiş bir) qəpik ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 262 (iki yüz altmış iki) manat 67 (alıtmış yeddi) qəpik cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 2 ədəd, İZQARA DELONGHİ, ƏTÇƏKƏN KENWOOD üçün 599 (beş yüz doxsan doqquz) manat 59 (əlli doqquz) qəpik ödənilməmiş hissə, 59 (əlli doqquz) manat, 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, FEN-DARAQ PHİLİPS, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********64340 BLACK VİEWA 96 markalı telefon üçün 470 (dörd yüz yetmiş) manat 28 qəpik ödənilməmiş hissə, 47 (qırx yeddi manat) 03 (üç) qəpik cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG LED TVüçün 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 24 (iyirmi dörd manat, 70 (yetmiş) qəpik cərimə Ümumilikdə 4361 (dörd yüz altmış bir) manat 54 (əlli dörd) qəpik borc, 63(altmış üç) manat 62 (altmış iki) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlirəm ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 13729457 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 20 (iyirmi) manat olmaqla, alqı-satqı qiyməti 3204 ( üç min iki yüz dörd) manat 2 (iki) qəpik olan PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti İMEİ KODU **********48168 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 00141795 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, alqı-satqı qiyməti 900 (doqquz yüz) manat 72 (yetmiş iki) qəpik olan QİZİL ZƏMANƏT ULTRA 2 İL xidməti 2 ədəd, İZQARA DELONGHİ, ƏTÇƏKƏN KENWOOD təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 09382399 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödənişsiz, alqı-satqı qiyməti 856 (səkkiz yüz əlli altı) manat 62 (altmış iki) qəpik olan FEN-DARAQ PHİLİPS, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XL xidməti, İMEİ KODU **********64340 BLACK VİEWA 96 markalı telefon təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 02996264 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 18 ay müddətinə, ilkin ödəniş 28 (iyirmi səkkiz) manat 31 (otuz bir) qəpik olmaqla, alqı-satqı qiyməti 1139 (min yüz otuz doqquz) manat 99 (doxsan doqquz) qəpik olan “Samsung Led TV” təhvil verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən 2626.71 (iki min altı yüz iyirmi altı manat, 71 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 262.67 (iki yüz altmış iki manat, 67 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 599.59 (beş yüz doxsan doqquz manat, 59 qəpik) manat ödənilməmiş hissə, 59.96 (əlli doqquz manat, 96 qəpik) manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 470.28 (dörd yüz yetmiş manat, 28 qəpik) manat ödənilməmiş hissə, 47.03 (qırx yeddi manat, 03 qəpik) manat cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 24.70 (iyirmi dörd mnat, 70 qəpik) manat cərimə pulu olmaqla, ümumilikdə 4361 manat borc (dörd min üç yüz altmış bir) manat 54 (əlli dörd) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 63 (altmış üç) manat 62 (altmış iki) qəpik dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-ci ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 262 (iki yüz altmış iki) manat 67 (altmış yeddi) qəpik cərimə pulu azaldılaraq 02 (iki) manat 67 (altmış yeddi) qəpik həddində, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 59 (əlli doqquz) manat 96 (doxsan altı) qəpik manat cərimə pulu azaldılaraq 02 (iki) manat 96 (doxsan altı) qəpik həddində, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 47 (qırx yeddi) manat 03 (üç) qəpik manat cərimə pulu azaldılaraq 01 (bir) 03 (üç) qəpik manat həddində, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən iddiaçının iddia etdiyi 24 (iyirmi dörd) manat 70 (yetmiş) qəpik cərimə pulu azaldılaraq 01 (bir) manat 70 (yetmiş) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən 2626.71 (iki min altı yüz iyirmi altı) manat 71 (yetmiş bir) qəpik manat ödənilməmiş hissə, 02 (iki) manat 67 (altmış yeddi) qəpik cərimə pulu, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 599 (beş yüz doxsan doqquz) manat 59 (əlli doqquz) qəpik manat ödənilməmiş hissə, 02 (iki) manat 96 (doxsan altı) qəpik cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 470 (dörd yüz yetmiş) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 01 (bir) 03 (üç) qəpik cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 01 (bir) manat 70 (yetmiş) qəpik cərimə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 63 (altmış üç) manat 62 (altmış iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cu il tarixli müqaviləyə əsasən 2626 (iki min altı yüz iyirmi altı) manat 71 (yetmiş bir) qəpik manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23 (iyirmi üç) manat 60 (altmış) qəpik rüsum, 02 (iki) manat 67 (altmış yeddi) qəpik cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 599 (beş yüz doxsan doqquz) manat 59 (əlli doqquz) qəpik manat ödənilməmiş hissə, 02 (iki) manat 96 (doxsan altı) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 470 (dörd yüz yetmiş) manat 28 (iyirmi səkkiz) qəpik ödənilməmiş hissə, 01 (bir) 03 (üç) qəpik cərimə pulu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 247 (iki yüz qırx yeddi) manat ödənilməmiş hissə, 01 (bir) manat 70 (yetmiş) qəpik cərimə pulu və ödənilmiş 63 (altmış üç) manat 62 (altmış iki) qəpik dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar