Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-953/2023 31.07.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin cavabdeh X3 qarşı «borc tələbinə dair» kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddia verərək: 13 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən İmei kodu **********28601 Xiaomi Redmi9, İmei kodu **********64903 Xiaomi Redmi9 markalı telefonlar üçün 165 (bir yüz altmış beş) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 16 (on altı) manat, 80 (səksən) qəpik cərimə, ümumilikdə 182 (bir yüz səksən iki) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu cavabdeh X1 alınaraq "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, cavabdeh X4 iddiaçı "xxxx" MMC ilə 13 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********28601 Xiaomi Redmi9, İmei kodu **********64903 Xiaomi Redmi9 markalı telefonlar almış və nəticədə 182 (bir yüz səksən iki) manat yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 13 iyul 2021ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 846 (səkkiz yüz qırx altı) manat, 20 (iyirmi) qəpik İmei kodu **********28601 Xiaomi Redmi9, İmei kodu **********64903 Xiaomi Redmi9 markalı telefonlar üçün ümumilikdə 182 (bir yüz səksən iki) manat olmaqla, ondan 165 (bir yüz altmış beş) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 16 (on altı) manat, 80 (səksən) qəpik cərimə, ümumilikdə 182 (bir yüz səksən iki) manat miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 681 (altı yüz səksən bir) manat təşkil edir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" MMC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 13 iyul 2021-ci il tarixli, 23212410 nömrəli müqavilədən görünür ki, X4 "xxxx" MMC-ndən İmei kodu **********28601 Xiaomi Redmi9, İmei kodu **********64903 Xiaomi Redmi9 markalı telefonlar almışdır. İş materiallarına əlavə olunmuş ödəniş və maliyyə cədvəlindən görünür ki, cavabdeh X2 13 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən "xxxx" MMC-nə ödənilməmiş 165 (bir yüz altmış beş) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, cavabdehə güzəşt olunaraq 16 (on altı) manat, 80 (səksən) qəpik cərimə, ümumilikdə 182 (bir yüz səksən iki) manat borcu yaranmışdır. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan görünür ki, cavabdeh X3 13 iyul 2021-ci il tarixli, 23212410 nömrəli müqavilələr üzrə borcu olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 13 iyul 2021-ci il tarixli müqaviləsi üzrə iddiaçının iddia etdiyi 16 (on altı) manat, 80 (səksən) qəpik məbləğindəki dəbbə pulu azaldılaraq 4 (dörd) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh X1 13 iyul 2021-ci il tarixli müqaviləsinə əsasən 165 (bir yüz altmış beş) manat, 20 (iyirmi) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat cərimə, ümumilikdə 169 (bir yüz altmış doqquz) manat, 20 (iyirmi) qəpik borc, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia 13 iyul 2021-ci il tarixli müqaviləsi üzrə cərimə borcunun 12 (on iki) manat, 80 (səksən) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-953/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-953/2023
31.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver