Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-954/2025 13.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» barədə iddia verərək, Cavabdeh ümumilikdə 3492.06 (üç min dörd yüz doxsan iki manat, 06 qəpik) manat məbləğində borcun və 54.93 (əlli dörd manat 93 qəpik) manat dövlət rüsumunun alınıb "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən o, müvafiq olaraq MİNİ SOBA MAGNA, İMEİ KOD HPV3BE36 LENOVO TB-7305F MARKALİ PLANŞET, BLACKVİEW BAND R5 QOL SAATİ, DONDURUCU GORENJE, İmei kod **********01704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon, İmei kod **********81567 XİAOMİ REDMİ 13C markalı telefon, 4 ədəd LASSA təkər, QAZAN DƏSTİ SHOSMAN QRANİT, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT KARCHER, 2 ədəd KENWOOD səsucaldıcı almış və nəticədə 3492.06 (üç min dörd yüz doxsan iki manat, 06 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan MİNİ SOBA MAGNA, İMEİ KOD HPV3BE36 LENOVO TB-7305F MARKALİ PLANŞET, BLACKVİEW BAND R5 QOL SAATİ üçün 100.1 (yüz manat, 10 qəpik) manat olmaqla ondan, 91 (doxsan bir) manat ödənilməmiş hissə, 9.1 (doqquz manat, 10 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 698.04 (altı yüz doxsan səkkiz manat, 04 qəpik) manat (18 ay x 38.78 manat + 0 manat ilkin ödəniş) olan DONDURUCU GORENJE üçün 459.3 (dörd yüz əlli doqquz manat, 30 qəpik) manat olmaqla ondan 417.56 (dörd yüz on yeddi manat, 56 qəpik) manat ödənilməmiş hissə, 41.76 (qırx bir manat, 76 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 191.88 (yüz doxsan bir manat, 88 qəpik) manat (18 ay x 10.66 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********01704 XİAOMİ REDMİ NOTE 12 markalı telefon üçün 126.74 (yüz iyirmi altı manat, 74 qəpik) manat olmaqla ondan 115.22 (yüz on beş manat, 22 qəpik) manat ödənilməmiş hissə, 11.52 (on bir manat, 52 qəpik) manat cərimə pulu; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414 (dörd yüz on dörd) manat (18 ay x 23 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********81567 XİAOMİ REDMİ 13C markalı telefon üçün 223.3 (iki yüz iyirmi üç manat, 30 qəpik) manat olmaqla ondan 203 (iki yüz üç) manat ödənilməmiş hissə, 20.3 (iyirmi manat, 30 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 363.96 (üç yüz altmış üç manat, 96 qəpik) manat (18 ay x 20.22 manat + 0 manat ilkin ödəniş) olan 4 ədəd LASSA təkər üçün 284.86 (iki yüz səksən dörd manat, 86 qəpik) manat olmaqla ondan 258.96 (iki yüz əlli səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 25.90 (iyirmi beş manat, 90 qəpik) manat cərimə pulu; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 295.92 (iki yüz doxsan beş manat, 92 qəpik) manat (12 ay x 24.66 manat + 0 manat ilkin ödəniş) olan QAZAN DƏSTİ SHOSMAN QRANİT, YÜKSƏK TƏZYİQLİ YUYUCU APARAT KARCHER üçün 215.51 (iki yüz on beş manat, 51 qəpik) manat olmaqla, ondan 195.92 (yüz doxsan beş manat, 92 qəpik) manat ödənilməmiş hissə, 19.59 (on doqquz manat, 59 qəpik) manat cərimə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2473.94 (iki min dörd yüz yetmiş üç manat, 94 qəpik) manat (18 ay x 126.33 manat + 200 manat ilkin ödəniş) olan 2 ədəd KENWOOD səsucaldıcı üçün 2082.23 (iki min səksən iki manat, 23 qəpik) manat olmaqla ondan 1892.94 (min səkkiz yüz doxsan iki manat, 94 qəpik) manat ödənilməmiş hissə, 189.29 (yüz səksən doqquz manat, 29 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh cəmi 1851.14 manat ödəniş etmişdir. Edilən xəbərdarlıqlara baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı qeyd olunanların nəzərə alınmasını və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini, işdə olan sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 588 ( beş yüz səksən səkkiz manat) manat olan 12 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 49 manat ödəmək şərti ilə MİNİ SOBA MAGNA, İMEİ KOD HPV3BE36 LENOVO TB-7305F MARKALİ PLANŞET, BLACKVİEW BAND R5 QOL SAATİ almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, Cavabdeh alqı-satqı qiyməti 698.06 (altı yüz doxsan səkkiz manat, 06 qəpik) manat olmaqla 18 ay müddətinə, ilkin ödəniş 0 manat olmaqla, hər ay 38.78 manat ödəmək şərti ilə XİAOMİ REDMİ NOTE 13 markalı telefon almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 191.88 (bir yüz doxsan bir manat, 88 qəpik) manat olmaqla, 18 ay müddətinə, ilkin ödəniş 0 olmaqla, hər ay 10.66 manat ödəmək şərti ilə Blender Daevo almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 414 (dörd yüz on dörd) manat olmaqla 18 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla, hər ay 23 manat ödəmək şərti ilə İmei kod **********81567 XİAOMİ REDMİ 13C markalı telefon almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 363.92 (üç yüz altmış üç manat, 92 qəpik) manat olmaqla 18 ay müddətinə ilkin ödəniş 0 manat olmaqla, hər ay 20.22 manat ödəmək şərti ilə Perforator BOSCH GBH almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 295.92 (iki yüz doxsan beş manat, 92 qəpik) manat olmaqla 12 ay müddətinə, hər ay 24.66 manat ödəmək şərti ilə Opentube 3 ay, Kaperskiy, Vinil, XİAOMİ REDMİ 12 almışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2473.94 (iki min dörd yüz yetmiş üç manat, 94 qəpik) manat olmaqla 18 ay müddətinə ilkin ödəniş 200 manat olmaqla hər ay 126.33 manat ödəmək şərti ilə İPHONE 14 PLUS 128 GB almışdır. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh ümumilikdə 3492.06 (üç min dörd yüz doxsan iki manat, 06 qəpik) manat borcludur. İş materiallarında olan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xəbərdarlıq məktubunun məzmunundan görünür ki, Cavabdeh borcun qaytarılması üçün lazımi qaydada xəbərdar edilmişdir. İş materiallarında olan, ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 54.93 (əlli dörd manat, 93 qəpik) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Məhkəmə iş materiallarını tədqiq edərək müəyyən etdiki, Cavabdeh xx.xx.2023-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələr bağlanmış və nəticədə cavabdehin almış olduğu əşyalara görə 3492.06 (üç min dörd yüz doxsan iki manat, 06 qəpik) manat borcu yaranmışdır. İş üzrə iddiaçı "xxxx" MMC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri nisyə alqı-satqı müqaviləsinin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi əsasında iddiaçıdan əşya almaq hüququna malik olduğu kimi, eyni zamanda, həmin müqavilə əsasında aldığı müqavilə üzrə müəyyən olunan malların dəyərini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh iddiaçıdan müqavilə üzrə müəyyən olunan mallar almasına dair hüququndan istifadə etmiş, lakin həmin malların dəyərini ödəməli olmasına dair vəzifəsini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun qaytarılmasını tələb etməkdə haqlıdır. İddianın qismən təmin edilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının iddia etdiyi 9.1 (doqquz manat, 1 qəpik) manat, 41.76 (qırx bir manat, 76 qəpik) manat, 11.52 (on bir manat, 52 qəpik) manat, 20.3 (iyirmi manat, 3 qəpik) manat, 25.90 (iyirmi beş manat, 90 qəpik) manat, 19.59 (on doqquz manat, 59 qəpik) manat və 189.29 (yüz səksən doqquz manat, 29 qəpik) manat məbləğində cərimə borcları silinərək müvafiq olaraq 3 manat, 10 manat, 5 manat, 5 manat, 10 manat, 8 manat və 20 manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər.Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 54.93 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 91 (doxsan bir manat) manat ödənilməmiş hissə, 3 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 417.56 (dörd yüz on yeddi manat, 56 qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 115.22 (yüz on beş manat, 22 qəpik) manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 203 (iki yüz üç) manat ödənilməmiş hissə, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 258.96 (iki yüz əlli səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 10 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 195.92 (yüz doxsan beş manat, 92 qəpik) manat ödənilməmiş hissə, 8 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 1892.94 (min səkkiz yüz doxsan iki manat, 94 qəpik) manat ödənilməmiş hissə, 20 manat cərimə borcu olmaqla, ümumilikdə 3235.60 (üç min iki yüz otuz beş manat, 60 qəpik) manat məbləğində borc və 54.93 (əlli dörd manat 93 qəpik) manat ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Şəfiqə Meybullayeva
Məhkəmə qərarları › İş №e-2(018)-954/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-954/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver