Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-973/2024 22.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X4 iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X3 qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh X3 qarşı «borcun ödənilməsi» barədə iddia verərək, cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 94 (doxsan dörd) manat 62 (altmış iki) qəpik ödənilməmiş hissə, 9 (doqquz) manat 38 (otuz səkkiz) qəpik cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 557 (beş yüz əlli yeddi) manat 48 (qırx səkkiz) qəpik ödənilməmiş hissə, 55 (əlli beş) manat 52 (əlli iki) qəpik cərimə olmaqla ümumilikdə, 717 (yeddi yüz on yeddi) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, cavabdeh ilə, "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-ci il tarixli və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “İmei kod **********80024 Blackvıewa95” markalı telefon, “İmei kod **********13844 X8 11S” markalı telefon almış və nəticədə 717 (yeddi yüz on yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 896.94 (səkkiz yüz doxsan altı manat doxsan dörd qəpik) manat olan “İmei kod **********80024 Blackvıewa95” markalı telefon üçün ümumilikdə, 104 (yüz dörd) manat olmaqla ondan 94.62 (doxsan dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9.38 (doqquz anat otuz səkkiz qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 927 (doqquz yüz iyirmi yeddi) manat olan “İmei kod **********13844 X8 11S” markalı telefon üçün ümumilikdə, 613 (altı yüz on üç) manat olmaqla ondan 557.48 (beş yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 55.52 (əlli beş manat əlli iki qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, xx.xx.2023-cü il tarixində “İmei kod **********80024 Blackvıew A95” markalı telefon və “X7 2 il (Siğorta)” xidmətindən imtina etmiş və məhsul 746.92 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2023-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 55.4 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 746.92 manat, digər müqavilə üzrə 369.528 manat təşkil edir. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “İmei kod **********80024 Blackvıew A95” markalı telefon üçün 94.62 (doxsan dörd manat altmış iki qəpik) manat ödənilməmiş hissə, 9.38 (doqquz anat otuz səkkiz qəpik) manat cərimə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən “İmei kod **********13844 X8 11s” markalı telefon üçün 557.48 (beş yüz əlli yeddi manat qırx səkkiz qəpik) manat ödənilməmiş hissə, 55.52 (əlli beş manat əlli iki qəpik) manat cərimə, ümumilikdə, 717 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, X2 ümumilikdə 717 (yeddi yüz on yeddi) manat borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 9 (doqquz) manat 38 (otuz səkkiz) qəpik cərimə pulu azaldılaraq 1 (bir) manat həddində, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 55 (əlli beş) manat 52 (əlli iki) qəpik cərimə pulu azaldılaraq 2 (iki) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat dövlət rüsumu da iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh X1 xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 94 (doxsan dörd) manat 62 (altmış iki) qəpik ödənilməmiş hissə, 01 (bir) manat cərimə borcu, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 557 (beş yüz əlli yeddi) manat 48 (qırx səkkiz) qəpik ödənilməmiş hissə, 02 (iki) manat cərimə borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-973/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-973/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver