Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-989/2025 17.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «borcun ödənilməsi» tələbi barədə iddia verərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78530 HONOR 200 LİTE, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün , 648 (altı yüz qırx səkkiz) manat 40 (qırx) qəpiködənilməmiş hissə, 64 (altmış dörd) manat 84 (səksən dörd) qəpikcərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********99462 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün, 109 (yüz doqquz) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 10 (on manat )95 (doxsan beş) qəpik cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********71358 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün , 19.5 (on doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 1.95 (bir manat, 95 qəpik) manat cərimə Ümumilikdə 855.14 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 766.56 (yeddi yü zaltmış altı manat, 56 qəpik) manat (12 ay x 63.88 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********78530 HONOR 200 LİTE, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün ümumilikdə, 713.24 (yeddi yüz on üç manat, 24 qəpik ) manat olmaqla ondan, 648 (altı yüz qırx səkkiz) manat 40 (qırx) qəpiködənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 64 (altmış dörd) manat 84 (səksən dörd) qəpikcərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 488 (dörd yüz səksən səkkiz) manat (12 ay x 36.5 manat + 50 manat ilkin ödəniş) olan İmei kod **********99462 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidmüəçtiün ümumilikdə, 120.45 (yüz iyirmi manat, 45 qəpik) olmaqla ondan, 109.5 (yüz doqqu zmanat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10.95 (on manat, 95 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 389.93 (üç yüz səksən doqquz manat, 93 qəpik) manat (9 ay x 39.77 manat + 32 manat ilkin ödəniş) olan İmei kod **********71358 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün ümumilikdə, 21.45 (iyirmi bir manat, 45 qəpik) manat olmaqla ondan, 19.5 (on doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 1.95 (bi rmanat, 95 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 867.09 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyimiz xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********78530 HONOR 200 LİTE, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün , 648 (altı yüz qırx səkkiz) manat 40 (qırx) qəpiködənilməmiş hissə, 64 (altmış dörd) manat 84 (səksən dörd) qəpikcərimə. xx.xx.2024cü il, tarixli müqaviləyə əsasən, İmei kod **********99462 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA 1 İL xidməti üçün , 109.5 (yüz doqqu zmanat, 50 qəpik) manat ödənilməmiş hissə, 10.95 (on manat, 95 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********71358 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA1 İL xidməti üçün , 19.5 (on doqquz manat, 50 qəpik) manat ödənilməmiş hissə, 1.95 (bi rmanat, 95 qəpik) manat cərimə Ümumilikdə 855.14 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və əlavə edilmiş sənədıləri nəzərdən keçirib hesab edirəm ki, iddia qismən təmin edilməlidir Belə ki, işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 03217710 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödənişsiz olmaqla, alqı-satqı qiyməti 648 (altı yüz qırx səkkiz) manat 40 (qırx) qəpik olan kod **********99462 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA 1 İL markalı telefon təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 03666120 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 12 ay müddətinə, ilkin ödəniş 50 (əlli) manat alqı-satqı qiyməti 120 (yüz iyirmi) manat 45 (qırx beş) qəpik olan İmei kod **********99462 XİAOMİ REDMİ 12, QİZİL ZƏMANƏT ULTRA 1 İL təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 08922937 saylı müqavilə və ona əlavədən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh 9 ay müddətinə, ilkin ödənişsiz, alqı-satqı qiyməti 389 (üç yüz səksən doqquz) manat 93 (doxsan üç) qəpik olan İmei kod **********71358 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA 1 İL markalı telefon təhvil verilmişdir. İşə əlavə edilmiş xx.xx.2025-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il, tarixli müqaviləyə 109 (yüz doqquz) manat 50 (əlli) qəpik manat ödənilməmiş hissə, 10 (on) manat 95(doxsan beş) qəpik manat cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 19 (on doqquz) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 1 (bir) manat 95 (doxsan beş) qəpik cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 648 (altı yüz qırx səkkiz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 64 (altmış dörd) manat 84 (səksən dörd) qəpik cərimə pulu olmaqla, ümumilikdə 855 (səkkiz yüz əlli beş) manat 14 (on dörd) qəpik borcu yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, "xxxx" MMC ilə cavabdeh arasında bağlanmış müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün sonuncunun borcu yarandığı və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1996-ci ildə anadan olmuşdur. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh müqavilələr əsasında iddiaçı "xxxx" MMC-dən müqavilədə qeyd olunan əşyaları almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilələr əsasında əşyaların dəyərini ödəniş cədvəlinə uyğun olaraq iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan əşyanı almasına dair hüququndan istifadə etmiş, ödəniş cədvəlinə uyğun olaraq əşyaların dəyərini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC verdiyi malın dəyərini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 713.24 (yeddi yüz on üç) manat 24 (iyirmi dörd) qəpik ödənilməmiş hissə, 02 (iki) manat 84 (səksən dörd) qəpik cərimə pulu, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 109 (yüz doqquz) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 02 (iki) manat 95 (doxsan beş) qəpik cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 19 (on doqquz) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 95 (doxsan beş) qəpik cərimə pulu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 ( otuz) manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 648,40 (altı yüz qırx səkkiz) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 01 (bir) manat 84(səksən dörd) qəpik cərimə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən 109 (yüz doqquz) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 02 (iki) manat 95 (doxsan beş) qəpik cərimə pulu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən 19 (on doqquz) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 95 (doxsan beş) qəpik cərimə pulu, ümumilikdə 783 (yeddi yüz səksən üç) manat 14 (on dörd) qəpik borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-989/2025
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-989/2025
17.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver