Məhkəmə qərarları › İş №e-2(019)-1000/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1000/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1000/2023 15.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zaqatala X3 idarəsi tərəfindən ona əsassız hesablanmış 1548.58 (min beş yüz qırx səkkiz manat 58 qəpik) borcun onun abonent hesabından (**********08790) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Balakən rayon Qazma kəndində qeydiyyatda olmaqla Bakı şəhərində yaşayır. Hal-hazırda səhhətində yaranmış problemlə əlaqədar Bakı şəhərində müalicəsini davam etdirir. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Azəriqaz" İB-nin Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə qaz sayğacının çıxarılması haqqında № ******* nömrəli akt tərtib edilərək sayğacın dövlət yoxlamasına göndərilmiş və sayğacı yenisi ilə əvəz etmişlər. xx.xx.2023-cü ildə "Azəriqaz" İB-nin Zaqatala X3 İdarəsindən № ******* nömrəli akt tərtib edilmişdir ki, yaşadığı evin G-4 markalı, “5720830 nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır.Bakı şəhərində yaşadığı və müalicəsini davam etdirdiyinə görə evində yaşayış yoxdur və qaz sayğacının dəyişdirildiyini, akt tərtib edildiyini oğlu Nümayəndə şəxsi işi ilə əlaqədar Balakən rayonuna gəldiyində xəbər tutmuşdur. Ona qaza müdaxilə olduğunu və buna görə də "Azəriqaz" İB-nin Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən 1548.58 (min beş yüz qırx səkkiz) manat 58 qəpik məbləğində cərimələndiyini bildirmişlər. Aktda göstərilən müdaxilə əlamətləri ona aid deyildir, bundan xəbəri olmayıbdır. O, bunlarla razılaşmamış, çünki onlar sayğaca heç bir müdaxilə etməmişlər. Onun istifadə etdiyi sayğac onun həyətində deyil. Onu gecə-gündüz qorumaq gücündə deyillər. Bundan əlavə evlərində yaşayış yoxdur. Ara-sıra oğlu Nümayəndə şəxsi işləri ilə əlaqədar Balakən rayonuna gəlir. Bu səbəbdən qazdan istifadələri də çox azdır. Bunu abonent saldosuna baxdıqda görmək mümkündür. Buna görə də "Azəriqaz" İB-nin Zaqatala X3 İdarəsinin əməkdaşlarının hərəkətlərini qanunsuz hesab edir. Əlavə olaraq bildirmək istəyir ki, oğlu Nümayəndə xx.xx.2022-ci ildə Balakən rayonuna gəldiyində qaz sayğacına nəzər yetirmiş və qaz sayğacının şüşəsində çat olduğunu görmüşdür. Dərhal Balakən rayon Qaz İstismarı İdarəsinə müraciət edərək problemi aradan qaldırmalarını istəmişdir. Balakən rayon Azəriqaz İdarəsinin əməkdaşları sayğacı yoxlamış və göstərilən şüşənin heç bir problem yaratmayacağını bildirmişdirlər. Yalnız qaz sayğacının plombunun paslanıb çürüdüyünü,onu dəyişdirməyin vacib olduğunu bildirmişdirlər.Nümayəndə Balakən rayon Azəriqaz İdarəsinin əməkdaşlarına plombu dəyişməsi və yenisi ilə əvəz olunması üçün 20 manat məbləğində pul da vermişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, uzun vaxtdır kəskin leykozdan əziyyət çəkir və müalicəsini Bakı şəhərində davam etdirir. Bu səbəbdən məhkəmə prosesində iştirak edə bilməyəcəkdir. Onu etibarnamə üzrə nümayəndəsi Nümayəndə təmsil edəcəkdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi.O, əlavə olaraq bildirdi ki, 2012-ci ildən onlar Bakı şəhərində yaşayırlar. Az-az hallarda bir günlük həmin evə gəlirlər. Onlar qaz sayğacına müdaxilə etməmişlər. Yazılmış borc əsassız və qanunsuzdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərək,xx.xx.2023-cü il tarixə nəzərdə tutuluş baxış iclasını iştirakları olmadan keçirilməsini,iddia tələbinin rədd edilməməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəməyə göndərdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İBnin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1548.58 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət etmişdir. Bildirir ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir.Qeyd edir ki,İddiaçı adına rəsmiləşdirilmiş **********08790 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1548.70 manat borc vardır. Həmin 1548.70 manat borc itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin borcu mübahisələndirməkdədir.Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir.Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğac qaz sayğaclarının çıxarılması,quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********6 saylı sayğac quraşdırılmışdır.Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-2/3-5-4809/Q002 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdı, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir,sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə).Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6m3, sutkalıq iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Göstərilənlərə əsasən, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1548.58 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş edir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Qazma kəndində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 10 may 2023-cü il tarixli ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının qoruyucu şüşəsi sınmış, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür.Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, 10,05.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi cəmi 12960 kub/metr hesablanmışdır. İşdə olan abonentin saldosundan görünür ki, 2017-ci ilin oktyabr ayından sonra iddiaçı tərəfindən qaz sərfiyyatı olmamışdır. Məhkəmə iddiaçının nümayəndəsininin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonu Qazma kəndində yerləşən fərdi yaşayış evi vardır. İddiaçı Cavabdeh İB Zaqatala X3 İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən kənarda yerləşdirilmişdir.10 may 2023-cü ildə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı çıxarılmış və dövlət yoxlanmasına göndərilmişdir. Bu barədə qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə istehlakçıya məxsus qaz sayğacının qoruyucu şüşəsinin sınması, sayğacın hesablama mexanizminin iş prinsipinə maneə törətməsinin mümkün olduğu,sayğacdan qaz keçdiyi,hesablama mexanizminə keçən qazın həcmini qeyd etmədiyi,sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Sonradan iddiaçının evinə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı 1548.58 manat borc hesablanmışdır. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hesablanmış 1548.58 manat qazdan istifadəyə görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş,mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini,2017-ci ilin oktyabr ayından iddiaçının həmin ünvanda yaşamamasını, həmin vaxtdan sonra iddiaçı tərəfindən qaz sərfiyyatının olmamasını nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli ,Cavabdeh İB Zaqatala X3ı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 1548.58 ( min beş yüz qırx səkkiz manat 58 qəpik) manat cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. İddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 35,49 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB Zaqatala X3ı İdarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 1548.58 ( min beş yüz qırx səkkiz manat 58 qəpik) manat cərimə silinsin. Cavabdehndən 35,49 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar