Məhkəmə qərarları › İş №e-2(019)-1004/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1004/2023

17.10.2023 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1004/2023 17.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızının, maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs1 qizinın, Maraqlı şəxs2 İsmayil oğlunun, Maraqlı şəxs3, Maraqlı şəxs4 qizinın və iştirakı ilə, Ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızının barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, borclu Maraqlı şəxs5 ilə xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, icra icraatı zamanı bağlanmış barışıq sazişinin təsdiq edilməsi haqqında hüquq normaları olmadığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən hazırki işə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat normalarını tənzimləyən Azərbaycan Respublikası Mülki-Prosessual Məcələsinin 355-23-355-26-cı maddələrinin normaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 13.4-cü maddəsnə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə iclasında ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ərizəsini müdafiə edərək, onunla əsaslandırmışdır ki, Balakən Rayon Məhkəməsinin 2(019)- 203/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010- cu ildə anadan olmuş Maraqlı şəxs2 Bəhruz oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs5 hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulub onun xeyrinə ödənilməlidir. Həmin aliment tələbinə dair icra sənədi üzrə yaranmış və gələcəkdə hesablanacaq aliment borcunu birdəfəlik ödənilməsi qarşılığında, borclu və onun ailə üzvlərinə məxsus kənd təsərrüfatllı təyinatlı torpaq sahəsinin onun adına keçirilməsinə razılaşmışlar. Razılıqları, xx.xx.2023-cü il tarixli Barışıq sazişi kimi ikisi arasında tərtib edilmişdir. Razılaşma ondan ibarətdir ki, o-Nəbiyeva (Dabaxova) X6 Rayon Məhkəməsinin 2(019)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ümumilikdə və gələcəkdə hesablanmış aliment borcundan, borcluya və onun ailə üzvlərinə məxsus xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan 0.0074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almağı qarşılığında imtina edir. Borclu Maraqlı şəxs5 isə ona və ailə üzvlərinə məxsus xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan 0.0074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ümumilikdə aliment borcu qarşılığında ona verməyə hamılıqla razıdırlar. Yuxarıda göstərilən qaydada barışığa gəlmişlər. Aralarında bu tələblə bağlı heç bir narazılıq yoxdur. Qeyd edilənləri nəzərə alıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs1 qizi, Maraqlı şəxs2 İsmayil oğlu, Maraqlı şəxs3, Maraqlı şəxs4 qizi və Maraqlı şəxs5 məhkəmə iclasında ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-203/2019 nömrəli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X5 ilə cavabdeh Maraqlı şəxs5 arasında bağlanmış 10 avqust 2009cu il tarixdə Balakən rayon İH-in Tülü kənd İƏD üzrə nümayəndəliyində 24 nömrə ilə qeydə alınmış nikahın pozulması, onların birgə nikahdan olan uşaqları-21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs2 Bəhruz oğlunun anası X1 yanında saxlanması, 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs2 Bəhruz oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs5 hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd ) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X2 verilməsi qət edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2023-cı il tarixli, RX seriyalı reyestr nömrəsi **********24-10301 olan X3 haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən 0.074 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ümumi birgə mülkiyyət hüququ ilə Maraqlı şəxs1 qizinın, Maraqlı şəxs2 İsmayil oğlunun, Maraqlı şəxs3, Maraqlı şəxs4 qizinın və Maraqlı şəxs5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli barışıq sazişindən görünür ki, İcra sənədini mahiyyəti: İcra sənədi üzrə 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs2 Bəhruz oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs5 hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. Tərəflərin razılığı: Tələbkar Nəbiyeva (Dabaxova) X6 Rayon Məhkəməsinin 2(019)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ümumilikdə və gələcəkdə hesablanmış aliment borcundan, borcluya və onun ailə üzvlərinə məxsus xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan 0.0074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almağı qarşılığında imtina edir. Borclu ona və ailə üzvlərinə məxsus xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan 0.0074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ümumilikdə aliment borcu qarşılığında tələbkar Nəbiyeva (Dabaxova) Türanə Loğman qızına verməyə razıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı ünvan 1i ünvanında yerləşən Vətəndaş Maraqlı şəxs2 və digərlərinə məxsus JN- 1174 nömrəli dövlət aktna əsasən 0.0740 ha torpaq sahəsindən Bölgü Planından görünür ki, Maraqlı şəxs2 İsmayil oğlu, Maraqlı şəxs1, Maraqlı şəxs3, Maraqlı şəxs4 və Maraqlı şəxs5 Bölgü planını imzaları ilə təsdiq edir, bölgü ilə razıdır,şikayət,etiraz və əlavələri yoxdur. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatlarını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(019)-203/2019 nömrəli qətnaməsinə əsasən 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs2 Bəhruz oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs5 hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd ) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ilə Maraqlı şəxs5 xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Barışıqa sazişinə əsasən icra sənədi üzrə 30 noyabr 2018-ci il tarixdən başlayaraq 21 avqust 2009-cu ildə anadan olmuş X4 və 04 sentyabr 2010-cu ildə anadan olmuş Maraqlı şəxs2 Bəhruz oğlu yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs5 hər ay hər uşağa görə 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməlidir. Tərəflərin razılığı: Tələbkar Nəbiyeva (Dabaxova) X6 Rayon Məhkəməsinin 2(019)-203/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə ümumilikdə və gələcəkdə hesablanmış aliment borcundan, borcluya və onun ailə üzvlərinə məxsus xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan 0.0074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almağı qarşılığında imtina edir. Borclu ona və ailə üzvlərinə məxsus xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyətdə olan 0.0074 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ümumilikdə aliment borcu qarşılığında tələbkar Nəbiyeva (Dabaxova) Türanə Loğman qızına verməyə razıdır. Buna görə də ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası MPM-nin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikası MPM-nin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ilə Maraqlı şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməli, Maraqlı şəxs5 100 manat ödənilmiş dövlət rüsumu alınaraq ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızı ilə Maraqlı şəxs5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs5 100 manat ödənilmiş dövlət rüsumu alınaraq ərizəçi Nəbiyeva (Dabaxova) Turanə Loğman qızına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar