Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1010/2024 25.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə baxaraq müəyyənetdim İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən TOZSORAN SAMSUNG üçün 50.03 (əlli manat üç qəpik) manat ödənilməmiş hissə, 5.97 (beş manat doxsan yeddi qəpik) manat cərimə,ümumilikdə 56 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə göndərərək borclu müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi üçün, işin baxılmamış saxlanmasını, ərizəni və ona əlavə olunmuş sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılmasını xahiş etmişdir. Ərizəyə iş materialları ilə birlikdə baxaraq hesab edirəm ki, ərizə təmin edilməli, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək sadələşdirilmiş icraat qaydasında işə baxaraq xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən TOZSORAN SAMSUNG üçün 50.03 (əlli manat üç qəpik) manat ödənilməmiş hissə, 5.97 (beş manat doxsan yeddi qəpik) manat cərimə,ümumilikdə 56 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə məhkəməyə daxil olduqdan sonra iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi,Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə göndərərək borclu müqavilə üzrə öhdəliyini yerinə yetirdiyi üçün, işin baxılmamış saxlanmasını, iddia ərizəsini və ona əlavə olunmuş sənədləri dövlət rüsumu ilə birlikdə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi, Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizəsi təmin edilməli, ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə qaytarılmalıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264,268.1-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi, Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə ərizəsi təmin edilsin. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ödənmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1010/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1010/2024
25.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver