Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1013/2023 13.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Ərizəçi Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-421, Kod 40100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında mülkiyyətçilərin siyahısında düzəliş edilərək adların şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunmasına dair ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair JN-421 Dövlət Aktı sənədində mülkiyyətçilərin siyahısında düzəliş edilərək adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsinə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, ərizə qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan görünür ki,Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Aqrar İslahat Komissiyasının 31 iyul 1998-ci il tarixli 09 saylı qərarına əsasən ona və ailə üzvlərinə verilmiş 2.25 ha torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair JN-421 Dövlət Aktı sənədində mülkiyyətçilərin siyahısında düzəliş edilərək adlarının şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.1-149.4-cü maddələrinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır.Ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri göstərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 150.1-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: 150.1.1. cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla); 150.1.2. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 150.1.3. iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla); 150.1.4. bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; 150.1.5. iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri; 150.1.6. müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir); Ərizəçi ərizəsində JN-421 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında ailə üzvülərinin adının düzgün yazılmadığını göstərsə də, ərizədə ailə üzvülərinin adını, soyadını və atasının adını qeyd etməmiş, onların adından məhkəməyə müraciət etməsi üçün ona səlahiyyət verilməsini təsdiq edən sübutu ərizəyə əlavə etməmişdir. Ərizəçi izah olunur ki, o, yetkinlik yaşına çatmış, yəni 18 yaşı tamam olmuş ailə üzvülərinin adından yalnız onlar tərəfindən ona verilmiş, notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında məhkəməyə müraciət edə bilər. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.5-ci maddələrinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Ərizəçi ərizəsində JN-421 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının adları səhv yazılmış şəxslərə məxsus olmasını deyil, həmin sənəddə düzəliş edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.1-ci maddələri ilə müəyyən edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, ərizəçi tərəfindən ərizənin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməməsini, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-421, Kod 40100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında mülkiyyətçilərin siyahısında düzəliş edilərək adların şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunmasına dair ərizəsi qaytarılmalıdır. Ərizəçi ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılmalıdır. Ərizəçi izah edilməlidir ki,qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub qəraraaldım: Ərizəçi Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən verilmiş torpaq sahəsinə dair JN-421, Kod 40100038 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktında mülkiyyətçilərin siyahısında düzəliş edilərək adların şəxsiyyət vəsiqələrinə uyğun qeyd olunmasına dair ərizəsi qaytarılsın. Ərizəçi ödədiyi 100 manat dövlət rüsumu dövlət büdcəsindən Ərizəçi qaytarılsın. Ərizəçi izah edilir ki, qərardadda göstərilən nöqsanları aradan qaldırmaqla yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1013/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1013/2023
13.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver