Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1019/2024 02.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, ASUS kompüter, WİNDOWS 11 üçün, 3459.6 (üç min dörd yüz əlli doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 288.4 (iki yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********91935 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün, 3351.6 (üç min üç yüz əlli bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 279.4 (iki yüz yetmiş doqquz manat qırx qəpik) manat dəbbə, ümumilikdə 7379 manat borc və 93.79 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il,xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, ASUS kompüter, WİNDOWS 11, İmei kod **********91935 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon almış və nəticədə 7379 (yeddi min üç yüz yetmiş doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3979.6 (üç min doqquz yüz yetmiş doqquz manat altmış qəpik) manat (18 ay x 192.2 manat + 520 manat ilkin ödəniş) olan ASUS kompüter, WİNDOWS 11 üçün ümumilikdə, 3748 (üç min yeddi yüz qırx səkkiz) manat olmaqla ondan, 3459.6 (üç min dörd yüz əlli doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 288.4 (iki yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə; Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4341.6 (dörd min üç yüz qırx bir manat altmış qəpik) manat (18 ay x 186.2 manat + 990 manat ilkin ödəniş) olan İmei kod **********91935 SAMSUNG GALAXY S24 ULTRAmarkalı telefon üçün ümumilikdə, 3631 (üç min altı yüz otuz bir) manat olmaqla ondan, 3351.6 (üç min üç yüz əlli bir manat altmış qəpik) manat ödənilməmiş hissə, 279.4 (iki yüz yetmiş doqquz manat qırx qəpik) manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1510 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı,həmçinin göndərdikləri xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 17601199 nömrəli müqavilədən görünür ki,Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ASUS kompüteri 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli 17601199 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 192.2 manat ödəməyi öhdəsinə götürmüşdür.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh alqı-satqı qiyməti 4341.6 (dörd min üç yüz qırx bir manat altmış qəpik) manat İmei kod **********91935 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon 18 ay müddətinə kreditlə nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 186.2 manat ödəməyi öhdəsinə götürmüşdür.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli müqavilələrə əsasən, cavabdeh iddiaçıdan ASUS markalı kompüter, WİNDOWS 11, İmei kod **********91935 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon almışdır.Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 3979.6 (üç min doqquz yüz yetmiş doqquz manat altmış qəpik) manat (18 ay x 192.2 manat + 520 manat ilkin ödəniş) olan ASUS kompüter, WİNDOWS 11 üçün 3459.6 (üç min dörd yüz əlli doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə qalmış, ona 288.4 (iki yüz səksən səkkiz manat qırx qəpik) manat dəbbə pulu, xx.xx.2024-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 4341.6 (dörd min üç yüz qırx bir manat altmış qəpik) manat (18 ay x 186.2 manat+990 manat ilkin ödəniş) olan İmei kodu **********91935 SAMSUNG GALAXY S24 ULTRA markalı telefon üçün 3351.6 (üç min üç yüz əlli bir manat altmış qəpik) manat ödənilməmiş hissə qalmış, ona 279.4 (iki yüz yetmiş doqquz manat qırx qəpik) manat dəbbə borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1510 manat təşkil edir. Cavabdeh borcu ödəmədiyindən İddiaçı MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə işin hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi iddiaçının tələb etdiyi əsas borca görə əsaslı olduğundan təmin edilməlidir. Həmçinin məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, kredit razılaşmaları üzrə penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2024-cü il tarixli 17301199 nömrəli müqavilə üzrə 28 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə isə 27 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən məhkəmə xərcləri iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq tərəflərdən tutulmalıdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 20 aprel 2024-cü il tarixli, 17601199 nömrəli müqavilə üzrə 3459,6 manat əsas borc, 28 manat cərimə borcu, 24 aprel 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 3351.6 manat əsas borc, 27 manat cərimə borcu olmaqla, cəmi 6866.2 manat borc və ödənmiş dövlət rüsumu xərcinin 87,22 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 20 aprel 2024-cü il tarixli, 17601199 nömrəli müqavilə üzrə 3459,6 manat əsas borc, 28 manat cərimə borcu, 24 aprel 2024-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 3351.6 manat əsas borc, 27 manat cərimə borcu olmaqla, cəmi 6866.2 manat borc və ödənmiş dövlət rüsumu xərcinin 87,22 manatı alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1019/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1019/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver