Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1021/2025 08.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddiaya dair işlər üzrə ərizəsini nəzərdən keçirərək M Ü Ə Y YƏ N E T D İ : İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat pulun, yol xərcinə görə 720 manat pulun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair işlər üzrə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 284-4.2-ci maddəsinə əassən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı cavabdehə 1500 manat pul vermişdir və həmin pul məbləği müqabilində cavabdeh ona yeşik materialı verməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehə 1500 manat pul məbləğinin verilməsinə, onun həmin pul vəsaitini əldə etməsini təsdiq edən sənədlər ərizəyə əlavə edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, kiçik iddialara dair işlər üzrə ərizənin qəbul edilməsindən imtina edilməlidir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumu ona qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 284-4.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinin qəbul edilməsindən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmadığından imtina edilsin. İddiaçı tərəfindən (xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə) ödənilmiş 44.60 manat dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya ərizənin qəbul edilməsindən imtina olunmasının onun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmadığı izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1021/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1021/2025
08.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver