Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1026/2022 21.11.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, Ərizəçi xx.xx.2022-ci il 104 nömrəli ölüm haqqındakı şəhadətnamədəki şəxs- X3 ilə Balakən rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı X1 eyni şəxs olmasına dair ərizəsini ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirərək müəyyənetdim: Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il 104 nömrəli ölüm haqqındakı şəhadətnamədəki şəxs- X3 ilə Balakən rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı X1 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə ona əlavə edilmiş sənədlərlə birlikdə baxaraq hesab edirəm ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməməlidir. Belə ki, ərizənin məzmunundan görünür ki, Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il 104 nömrəli ölüm haqqındakı şəhadətnamədəki şəxs-X3 ilə Balakən rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı X1 eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.1. şəxslərin qohumluq münasibətlərinin; 307.2.2. şəxsin öhdədə olması faktının; 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; 307.2.4. ər-arvaddan birinin vəfat etməsi nəticəsində müvafiq icra hakimiyyəti orqanında nikah qeydə alına bilməzsə, qanunla müəyyən edilmiş hallarda faktiki nikah münasibətlərində olma faktının; 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; 307.2.6. mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının; 307.2.7. bədbəxt hadisə faktının; 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; 307.2.10. atalığın etiraf olunması faktının; 307.2.10-1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının; 307.2.11. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Göründüyü kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində eyni şəxs olma faktının müəyyən edilməsinə dair məsələyə xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmamışdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizəçi sözügedən sənədi başqa qaydada ala bilməməsi barədə sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki Balakən Rayon İcra Hakimiyyəti hazırda da fəaliyyət göstərir,ərizəçi ora müraciət etməklə müvafiq düzəlişin aparılmasına nail ola bilər. Nəhayət qeyd edilməlidir ki, ərizəçi müvafiq sənədləri başqa qaydada ala bilmədikdə xx.xx.2022-ci il 104 nömrəli ölüm haqqındakı şəhadətnamədəki şəxs-X3 ilə Balakən rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı X1 eyni şəxs olmasına dair deyil, Balakən rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamının mərhum X2 məxsus olması faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı ərizəyə məhkəmə qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.1.Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; Məhkəmə işin hallarını, ərizəyə məhkəmə qaydasında baxılmalı olmamasını, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Ərizəçi ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməməlidir. Ərizəçi izah edilməlidir ki, Balakən Rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Sənədin başqa qaydada alınması mümkün olmadıqda isə sənədin məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152,263-264 və 268.1-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: Ərizəçi xx.xx.2022-ci il 104 nömrəli ölüm haqqındakı şəhadətnamədəki şəxs X3 ilə Balakən rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı X1 eyni şəxs olması tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməsin. Ərizəçi izah edilir ki,Balakən Rayon İcra Hakimiyyətinin 25 avqust 1999-cu il tarixli 190 saylı sərəncamındakı uyğunsuzluğun aradan qaldırılması ilə bağlı Balakən Rayon İcra Hakimiyyətinə müraciət edə bilər. Sənədin başqa qaydada alınması mümkün olmadıqda isə sənədin məxsus olması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1026/2022
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1026/2022
21.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver