Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1065/2025 28.08.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı ”ABC TELECOM” MMC-nin Cavabdeh qarşı “ borc pul” tələbi barədə işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ”ABC TELECOM” MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İmei kod **********07436 OPPO A18, PAKET L xidməti, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti üçün 168.71 (yüz altmış səkkiz manat,71 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 16.87 (on altı manat, 87 qəpik) manat cərimə, ümumilikdə 209.18 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ”ABC TELECOM” MMC-nin Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə 26 avqust 2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək, iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsi və dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki,iddiaçının iddiadan imtinası, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ”ABC TELECOM” MMC-nin iddiadan imtinası qəbul edilsin. İddiaçı ”ABC TELECOM” MMC-nin Cavabdeh qarşı “ borc pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.00 manat qərardad qanuni qüvvəsini aldıqdan sonra iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada alındığı gündən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1065/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1065/2025
28.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver