Məhkəmə qərarları › İş №e-2(019)-1072/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1072/2025

27.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1072/2025 27.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 il xidməti üçün 3962.72 (üç min doqquz yüz altmış iki manat, 72 qəpik) manat ödənilməmiş hissə, 396.27 (üç yüz doxsan altı manat, 27 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, LG TV, ZƏMANƏT + 3 İL xidməti, YUPİTER asqı üçün , 1312.04 (bir min üç yüz on iki manat, 4 qəpik) manat ödənilməmiş hissə, 131.20 (yüz otuz bir manat, 20 qəpik) manat dəbbə-ümumilikdə 5802.24 manat borc, 78.03 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 il xidməti, LG TV, ZƏMANƏT + 3 İL xidməti, YUPİTER asqı almış və nəticədə 5802.24 (beş min səkkiz yüz iki manat, 24 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5036.08 (beş min otuz altı manat, 8 qəpik) manat (24 ay x 198.17 manat + 280 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 il xidməti üçün ümumilikdə, 4358.99 (dörd min üç yüz əlli səkkiz manat, 99 qəpik) manat olmaqla ondan, 3962.72 (üç min doqquz yüz altmış iki manat, 72 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 396.27 (üç yüz doxsan altı manat, 27 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1967.96 (bir min doquqz yüz altmış yeddi manat, 96 qəpik) manat (24 ay x 63.04 manat + 455 manat ilkin ödəniş) olan LG TV, ZƏMANƏT + 3 İL xidməti, YUPİTER asqı üçün ümumilikdə, 1443.24 (bir min dörd yüz qırx üç manat, 24 qəpik) manat olmaqla ondan, 1312.04 (bir min üç yüz on iki manat, 4 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 131.20 (yüz otuz bir manat, 20 qəpik) manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1729.28 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il və xx.xx.2024-ci il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığını göstərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, "xxxx" MMC ilə aralarında bağlanmış xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 il xidməti, LG TV, ZƏMANƏT + 3 İL xidməti, YUPİTER asqı almış və nəticədə 5802.24 (beş min səkkiz yüz iki manat, 24 qəpik) manat borc yaranmışdır. O, işləmədiyi üçün borcu ödəyə bilməmişdir. Bundan sonra hissə-hissə borcunu ödəyəcəkdir. Qanuni qətnamə qəbul edilməsini xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 İl xidmətini 24 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 198.17 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti LG TV, ZƏMANƏT+3 İL xidməti, YUPİTER asqını 24 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 63.04 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 il xidmətini 24 ay müddətinə, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviləyə əsasən LG TV, ZƏMANƏT + 3 İL xidməti, YUPİTER asqı 24 ay müddətinə nisyə-kreditlə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 5036.08 manat (24 ay x 198.17 manat + 280 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR 15 kompüter, MİCROSOFT OFFİCE, ZƏMANƏT + 3 il xidməti üçün 3962.72 manatı ödəməmiş, ona 396.27 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1967.96 manat (24 ay x 63.04 manat + 455 manat ilkin ödəniş) olan LG TV, ZƏMANƏT + 3 İL xidməti, YUPİTER asqı üçün 1312.04 manatı ödəməmiş , ona 131.20 (yüz otuz bir manat, 20 qəpik) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1729.28 manat təşkil edir. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə 30 manat, xx.xx.2024-cü il tarxli ******* nömrəli müqavilə üzrə isə 12 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 3962.72 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviə üzrə ödənilməmiş 1312.04 manat əsas, 12 manat cərimə borcu olmaqla, cəmi 5316.76 manat və ödənilmiş 78.03 manat dövlət rüsumunun 73.16 manatı alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli ******* nömrəli müqavilə üzrə ödənilməmiş 3962.72 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli ******* nömrəli müqaviə üzrə ödənilməmiş 1312.04 manat əsas, 12 manat cərimə borcu olmaqla, cəmi 5316.76 manat borc və ödənilmiş dövlət rüsumuna görə 73.16 manat alınaraq iddiaçı "xxxx" MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar