Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1077/2025 03.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, LG TV üçün 3938.96(üç min doqquz yüz otuz səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, 393.90(üç yüz doxsan üç manat, 90 qəpik) manat dəbbə; xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 2 İL xidməti, LG TV üçün, 1400(min dörd yüz) manat ödənilməmiş hissə, 140 (yüz qırx) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PAKET M xidməti, İMEİ KODU **********19197OPPO A58 markalı telefon üçün 136.38(yüz otuz altı manat, 38 qəpik) manat ödənilməmiş hissə, 13.64 (on üç manat, 64 qəpik) manat dəbbə pulu, ümumilikdə 6022.87 manat borc, 80.23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, LG TV ZƏMANƏT + 2 İL xidməti, LG TV, PAKET M xidməti, İMEİ KODU **********19197OPPO A58 markalı telefon almış və nəticədə 6022.87(altı min iyirmi iki manat, 87 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4720.96 (dörd min yeddi yüz iyirmi manat, 96 qəpik) manat (18 ay x 231.72 manat + 550 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, LG TV üçün ümumilikdə, 4332.86(dörd min üç yüz otuz iki manat, 86 qəpik) manat olmaqla ondan, 3938.96 (üç min doqquz yüz otuz səkkiz manat, 96 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 393.90 (üç yüz doxsan üç manat, 90 qəpik) manat dəbbə, xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2893 (iki min səkkiz yüz doxsan üç) manat (24 ay x 100 manat + 493 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL xidməti, LG TV üçün ümumilikdə, 1540(min beş yüz qırx) manat olmaqla ondan, 1400 (min dörd yüz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 140 (yüz qırx) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 430.20 (dörd yüz otuz manat, 20 qəpik) manat (18 ay x 23.90 manat + 0 manat ilkin ödəniş) olan PAKET M xidməti, İMEİ KODU **********19197 OPPO A58 markalı telefon üçün ümumilikdə, 150.02 (yüz əlli manat, 02 qəpik) manat olmaqla ondan, 136.38(yüz otuz altı manat, 38 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 13.64 (on üç manat, 64 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2568.82 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığını göstərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən etiraf edərək izahatında göstərdi ki, o, "xxxx" MMC ilə aralarında bağlanmış 08.02025-ci il tarixli,xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarxli müqavilələrə əsasən QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, LG TV ZƏMANƏT + 2 İL xidməti, LG TV, PAKET M xidməti,İMEİ KODU **********19197OPPO A58 markalı telefon almış və nəticədə onun iddiaçı ABC TELECOM MMC-nə 6022.87 manat borcu yaranmışdır. O, bir müddət borcu ödəmiş,sonradan maddi imkanı oımadığlna görə borcu ödəyə bilməmişdir.Gələcəkdə hissə-hissə borcunu ödəyəcəkdir. İddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, LG TV-ni 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 16655218 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ZƏMANƏT + 2 İL xidməti, LG TV-ni 24 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan 08.04..2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki,Cavabdeh xx.xx.2024-cü il tarixli 16655218 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2026-cı il tarixədək hər ay 100 manat ödəməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 03648430 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti PAKET M xidməti, İMEİ KODU **********19197OPPO A58 markalı telefonu 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli müqaviləyə əlavə-ödəniş cədvəlindən görünür ki,Cavabdeh xx.xx.2024-cü il tarixli 03648430 nömrəli müqaviləyə əsasən, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 23.9 manat ödəməyi öhdəsinə götürmüşdür.Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki,Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, LG TV ZƏMANƏT + 2 İL xidməti, LG TV, PAKET M xidməti, İMEİ KODU **********19197OPPO A58 markalı telefonu nisyə-kreditlə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4720.96 (dörd min yeddi yüz iyirmi manat, 96 qəpik) manat (18 ay x 231.72 manat + 550 manat ilkin ödəniş) olan QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, LG TV üçün 3938. manatı ödəməmiş, müştəriyə güzəşt olunaraq 393.90 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2893 manat (24 ay x 100 manat + 493 manat ilkin ödəniş) olan ZƏMANƏT + 2 İL xidməti, LG TV üçün 1400 manatı ödəməmiş, ona 140 manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 430.20 (manat (18 ay x 23.90 manat + 0 manat ilkin ödəniş) olan PAKET M xidməti,İMEİ KODU **********19197 OPPO A58 markalı telefon üçün 136.38 manatı ödəməmiş , ona 13.64 manat dəbbə hesablanmışdır. . Cavabdehin cəmi ödədiyi məbləğ 2568.82 manat təşkil edir. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 30 manat, xx.xx.2024-cü il tarxli 16655218 nömrəli müqavilə üzrə isə 12 manat, xx.xx.2024-cü il tarxli 03648430 nömrəli müqavilə üzrə 1 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 3938.96 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 16655218 nömrəli müqavilə üzrə ödənilməmiş 1400 manat əsas, 12 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 03648430 nömrəli müqavilə üzrə ödənilməmiş 136.38 manat əsas borc, 1 manat cərimə borcu, olmaqla, cəmi 5518.34 manat və ödənilmiş 80.23 manat dövlət rüsumunun 75.18 manatı alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025 il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 3938.96 manat əsas borc, 30 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 16655218 nömrəli müqaviə üzrə ödənilməmiş 1400 manat əsas, 12 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 03648430 nömrəli müqavilə üzrə ödənilməmiş 136.38 manat əsas borc, 1 manat cərimə borcu, cəmi 5518.34 manat və ödənilmiş dövlət rüsumuna görə 75.18 manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1077/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1077/2025
03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver