Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1099/2025 03.10.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, HUAWEİ MATEBOOK D 16 markalı kompüter, WİNDOWS 11 HOME, PAKET COMBOMAX XİDMƏTİ üçün 2138,61 (iki min yüz otuz səkkiz manat, 61 qəpik) manat ödənilməmiş hissə, 213,86 (iki yüz on üç manat, 86 qəpik) manat cərimə, xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ üçün 1344,13 (min üç yüz qırx dörd manat, 13 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, 134,41 (yüz otuz dörd manat, 41 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********87937 OPPO A58 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ üçün 83,22 (səksən üç manat, 22 qəpik) manat ödənilməmiş hissə, 8,32 ( səkkiz manat, 32 qəpik) manat cərimə ümumilikdə 3946,16 manat borc, 59,47 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, HUAWEİ MATEBOOK D 16 markalı kompüter, WİNDOWS 11 HOME, PAKET COMBOMAX XİDMƏTİ, İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********87937 OPPO A58 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ almış və nəticədə 3946,16 (üç min doqquz yüz qırx altı manat, 16 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2503,04 (iki min beş yüz üç manat, 04 qəpik) manat (12 ay x 183,57 manat + 300,2 manat ilkin ödəniş) olan HUAWEİ MATEBOOK D 16 markalı kompüter, WİNDOWS 11 HOME, PAKET COMBOMAX XİDMƏTİ üçün ümumilikdə, 2352,47 (iki min üç yüz əlli iki manat, 47 qəpik) manat olmaqla ondan, 2138,61 (iki min yüz otuz səkkiz manat, 61 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 213,86 (iki yüz on üç manat, 86 qəpik) manat cərimə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1734,12 (min yeddi yüz otuz dörd manat, 12 qəpik) manat (18 ay x 96,34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET XL XİDMƏTİ üçün ümumilikdə, 1502,14 (min beş yüz iki manat, 14 qəpik) manat olmaqla ondan, 1344,13 (min üç yüz qırx dörd manat, 13 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş rüsum 23.6 (iyirmi üç manat, 60 qəpik) manat, müştəriyə güzəşt olunaraq 134,41 (yüz otuz dörd manat, 41 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 339,96 (üç yüz otuz doqquz manat, 96 qəpik) manat (12 ay x 28,33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********87937 OPPO A58 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün ümumilikdə, 91,54 (doxsan bir manat, 54 qəpik) manat olmaqla ondan 83,22 (səksən üç manat, 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 8,32 ( səkkiz manat, 32 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ VƏ PAKET XL XİDMƏTİNDƏN xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 309.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 80 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 309,99 manat, ümumilikdə, 389,99 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 621.17 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər ; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 01 sentyabr 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və 03 sentyabr 2025-ci il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Cavabdeh 07 sentyabr 2025-ci il tarixində məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqısatqı qiyməti 2503.04 manat olan HUAWEİ MATEBOOK D 16 markalı kompüter, WİNDOWS 11 HOME, PAKET COMBO MAX XİDMƏTİ 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqısatqı qiyməti 1734.12 manat olan , İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, PLYONKA İSTEHSALİ XİDMƏTİ 18 ay müddətinə kreditlənisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2024-cü il tarixli 03649134 nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti alqı-satqı qiyməti 339.96 manat olan , İMEİ KODU **********87937 OPPO A58 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏTİ 12 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan 28 avqust 2025-ci il tarixli arayışdan görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon markalı mobil telefonun acılıb bağlanması xidmərinə görə, İnnovativ Layihələr Mərkəzinə 23,60(iyirmi üç manat 60 qəpik) AZN pul ödənilmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, HUAWEİ MATEBOOK D 16 markalı kompüter, WİNDOWS 11 HOME, PAKET COMBOMAX XİDMƏTİ, İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKA İSTEHSALİ XİDMƏTİ, PAKET XL XİDMƏTİ, İMEİ KODU **********87937 OPPO A58 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2503,04 (iki min beş yüz üç manat, 04 qəpik) manat (12 ay x 183,57 manat + 300,2 manat ilkin ödəniş) olan HUAWEİ MATEBOOK D 16 markalı kompüter, WİNDOWS 11 HOME, PAKET COMBOMAX XİDMƏTİ üçün 2138,61 (iki min yüz otuz səkkiz manat, 61 qəpik) manatı ödəməmiş , ona 213,86 (iki yüz on üç manat, 86 qəpik) manat cərimə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1734,12 (min yeddi yüz otuz dörd manat, 12 qəpik) manat (18 ay x 96,34 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********02894 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ, PLYONKAİSTEHSALİ XİDMƏTİ, PAKET XL XİDMƏTİ üçün 1344,13 (min üç yüz qırx dörd manat, 13 qəpik) manatı ödəməmiş hissə, ona 134,41 (yüz otuz dörd manat, 41 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 339,96 (üç yüz otuz doqquz manat, 96 qəpik) manat (12 ay x 28,33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ KODU **********87937 OPPO A58 markalı telefon, QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ üçün 83,22 (səksən üç manat, 22 qəpik) manatı ödəməmiş , ona 8,32 ( səkkiz manat, 32 qəpik) manat cərimə hesablanmışdır. Cavabdeh xx.xx.2025-ci il tarixli müqaviləsinə əsasən QİZİL ZƏMANƏT ULTRA2 İL XİDMƏTİ VƏ PAKET XL XİDMƏTİNDƏN xx.xx.2025-cü il tarixində imtina etmiş və məhsul 309.99 manat qiymətləndirilərək, borcundan silinmişdir. Cavabdehin xx.xx.2025-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 80 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 309,99 manat, ümumilikdə, 389,99 manat təşkil edir. Cavabdehin digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 621.17 manat təşkil edir. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 20 manat, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 13 manat, xx.xx.2024-cü il tarixli 03649134 nömrəli müqavilə üzrə1 manat həcmində müəyyən edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli müqavilə üzrə 2138,61 manat əsas borc,20 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 1344.13 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 13 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 03649134 nömrəli müqavilə üzrə 83.22 manat əsas borc, 1 manat cərimə borcu olmaqla cəmi 3623,56 manat borc və ödənmiş dövlət rüsumu xərcinə görə 56,23 manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli nömrəli müqavilə üzrə 2138,61 manat əsas borc,20 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 1344.13 manat əsas borc, İnnovativ Layihələr Mərkəzinə ödənilmiş 23.60 manat rüsum, 13 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli 03649134 nömrəli müqavilə üzrə 83.22 manat əsas borc, 1 manat cərimə borcu olmaqla cəmi 3623,56 manat borc və ödənmiş dövlət rüsumu xərcinə görə 56,23 manat alınıb iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin xeyrinə ödənsin.İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilməklə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1099/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1099/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver