Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1113/2024 09.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı,cavabdeh X3 nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh X5 qarşı torpağın alqı-satqısı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh X5 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon Dövlət Notariat Kontorunda 09 noyabr 2003-cü ildə cavabdeh X7 ilə Balakən rayonu Mahamalar kəndində (indiki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) ünvanında yerləşən 700 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 196648 nömrəli müqavilənin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 09 noyabr 2003-cü ildə Balakən şəhəri 20 yanvar küçəsi ev 27-də yaşayan X2 Balakən rayonu Mahamalar kəndində yerləşən (hal-hazırki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) 700 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1951-ci ildə tikilmiş, divarları çaydaşı və kərpicdən, üstü keramitlə örtülmüş yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 55.6 kv.m olan evi 1600 (min altı yüz) dollara almışdı. Bu barədə keçmiş Balakən rayon Dövlət Notariat Kontorunda 196648 nömrəli müqavilə bağlamışlar. O, həmin torpaq sahəsində ev inşa etmişdir. 2003-cü ildən həmin evdə yaşayır. 2024-cü ildə o həmin torpaq sahəsinə və evə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin 11 sentyabr 2024-cü il tarixli 3-21-3- 47/2-M-0038-8/2024 nömrəli məktubunda göstərilmişdir ki, “Balakən rayonu Mahamalar kəndi (indiki ünvan ünvan 5rləşən fərdi yaşayış evinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinə köməklik göstərilməsi barədə ərizənizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqişəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsində baxılmışdır. Ərizənizin icrası ilə bağlı aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Balakən rayon Dövlət notariat kontorunda xx.xx.2003-cü il tarixində bağlanılmış 4Ə-124 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən tərəfinizdən Balakən rayonu Mahamalar kəndində yerləşən 1951- ci ildə inşa olunmuş fərdi yaşayış evi alqısatqı olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanunauyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu,əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini,onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Odur ki, qeyd olunan torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada torpaq sahəsinin mülkiyyətçilərindən əldə edərək yenidən 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etdiyiniz təqdirdə həmin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması məsələsinə baxılacaqdır. Odur ki, Balakən rayon Dövlət Notariat kontorunda 09 noyabr 2003-cü ildə cavabdeh X7 ilə Balakən rayonu Mahamalar kəndində (indiki ünvan Balakən şəhəri Füzuli küçəsi- 5) ünvanında yerləşən 700 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 196648 nömrəli müqavilənin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X3 nümayəndəsi-vəkili Nümayəndə iddianı etiraf edərək izahatında göstərdi ki, İddiaçı 09 noyabr 2003-cü ildə Balakən şəhəri 20 yanvar küçəsi ev 27-də yaşayan X2 Balakən rayonu Mahamalar kəndində yerləşən (hal-hazırki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) 700 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1951-ci ildə tikilmiş, divarları çaydaşı və kərpicdən, üstü keramitlə örtülmüş yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 55.6 kv.m olan evi 1600 (min altı yüz) dollara almışdı. Bu barədə keçmiş Balakən rayon Dövlət Notariat Kontorunda 196648 nömrəli müqavilə bağlamışlar. Alq-satqı müqaviləsində torpaq sahəsinin alqı-satqısı göstərilməsə də,X7 faktiki olaraq həmin ünvandakı torpaq sahəsini də İddiaçı satmışdır. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi və X8 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 9 noyabr 2003-cü il tarixli, 196648 nömrəli müqavilənin surətindən görünür ki, Balakən rayon Sarıbulaq kəndində yaşayan İddiaçı, Balakən şəhəri 20 yanvar küçəsi ev 27-də yaşayan X2 Balakən rayonu Mahamalar kəndində 700 kv.m torpaq sahəsində yerləşən 1951-ci ildə tikilmiş, divarları çaydaşı və kərpicdən, üstü keramitlə örtülmüş yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 55.6 kv.m olan evi 1600 (min altı yüz) dollara almışdı. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-343A KOD 40108018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə X6 Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.08 ha həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 25 yanvar 2005-ci ildə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 21 oktyabr 2024-cü il tarixli, 1820 nömrəli Balakən Rayon İcra Hakimiyyəti Balakən şəhər İƏD tərəfindən verilən arayışdan görünür ki, Balakən şəhər İƏD üzrə nümayəndəliyinin 8 saylı Ev təsərüfatlarının uçotu kitabının 174 saylı səhifəsində Fizuli küçəsi 5 saylı ünvanda İddiaçı qeydiyyatda olduğu 771 saylı təsərrüfat qeyd edilmişdir. Həmin təsərrüfatda 2004-cü ildə tikilmiş, 1 (bir) mərtəbəli, 3 (üç) otaqlı, 104 kv.m ümumi sahəsi, 75 kv.m yaşayış evi və həmin ünvanda 0,07 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd edilmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsi-vəkilinin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı, cavabdeh Balakən şəhəri 20 yanvar küçəsi ev 27-də yaşayan X7 ilə keçmiş Balakən rayon Dövlət Notariat Kontorunda 09 noyabr 2003-cü il tarixli, 196648 nömrəli alqı-satqı müqaviləsi bağlayaraq Balakən rayonu Mahamalar kəndində yerləşən (halhazırki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) 700 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1951-ci ildə tikilmiş, divarları çaydaşı və kərpicdən, üstü keramitlə örtülmüş yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 55.6 kv.m olan evi 1600 (min altı yüz) dollara almışdı. Cavabdeh X7 həmin vaxt evi və evin yerləşdiyi torpaq sahəsini İddiaçı satsa da, müqavilədə 700 kv.m torpaq sahəsinin İddiaçı satılması qeyd edilməmişdir. O, vaxtdan da torpaq sahəsi iddiaçının sahibliyində və istifadədəsində olmasına baxmayaraq 2005-ci illin yanvar ayında həmin torpaq sahəsinin də daxil olduğu 0,08 hektar torpaq sahəsinə görə cavabdehin qardaşı X4 adına JN-343A KOD 40108018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” işlənib təqdim edilmişdir. 2024-cü ildə İddiaçı həmin torpaq sahəsinə və evə Hüquqların Dövlət Qeydiyyatından çıxarış almaq məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin alqı-satqısına dair sənədin təqdim edilməməsi əsası ilə torpaq sahəsinin və evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina olunmuşdur. Odur ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 88-ci maddəsinin birinci hissəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Qanunvericiliyin qeyd edilən tələblərinə əsasən X1 rayonu Mahamalar kəndində yerləşən (hal-hazırki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) 700 kv.m torpaq sahəsində yerləşən 1951-ci ildə tikilmiş, divarları çaydaşı və kərpicdən, üstü keramitlə örtülmüş yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 55.6 kv.m olan evini 09 noyabr 2003-cü il tarixli, 196648 nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı satdıqda həmin 700 kv/m torpaq sahəsini də İddiaçı mülkiyyətinə verməli idi . X7 evlə bərabər torpaq sahəsini də İddiaçı satsa da alqı-satqı müqaviləsində torpaq sahəsinin satılması qeyd edilməmişdir. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri 09 noyabr 2003-cü il tarixdə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı, Balakən şəhəri 20 yanvar küçəsi ev 27-də yaşayan X2 Balakən rayonu Mahamalar kəndində yerləşən (hal-hazırki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) 700 kv.m torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 1951-ci ildə tikilmiş, divarları çaydaşı və kərpicdən, üstü keramitlə örtülmüş yaşayış sahəsi 36 kv.m, ümumi sahəsi 55.6 kv.m olan evi 1600 (min altı yüz) dollara almışdı. Bu barədə keçmiş Balakən rayon Dövlət Notariat Kontorunda 196648 nömrəli müqavilə bağlanmışdır.Həmin vaxtdan da sözügedən torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir, torpağın vergisini də özü ödəyir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əqdi icra etmiş, tərəflər arasında bağlanmış 09 noyabr 2003-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermişdir.Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən rayon Dövlət Notariat kontorunda 09 noyabr 2003-cü ildə İddiaçı ilə cavabdeh X7 arasında, Balakən rayonu Mahamalar kəndində (indiki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) ünvanında yerləşən 700 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 196648 nömrəli müqavilə etibarlı hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Balakən rayon Dövlət Notariat kontorunda 09 noyabr 2003-cü ildə İddiaçı ilə cavabdeh X7 arasında, Balakən rayonu Mahamalar kəndində (indiki ünvan Balakən şəhəri Füzuli küçəsi-5) ünvanında yerləşən 700 kv.m torpaq sahəsinin alqı-satqısına dair bağlanmış 196648 nömrəli müqavilə etibarlı hesab edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1113/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1113/2024
09.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver