Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1114/2023 24.11.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlu, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsini araşdıraraq, m ü ə y y ə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, JN 1895 KOD 40105018 nömrəli aktın X3 yox, Ərizəçi, X4 yox X2 və X7 yox X8 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən hazırki ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 30 avqust 2016-cı il tarixdə verilmiş AZ-İ 783256 №-li ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2016-cı il tarixdə ölmüşdür. İş materiallarında olan notarial qaydada təsdiq olunmuş 31 iyul 2023-cü il tarixli etibarnamədən görünür ki, Ərizəçi Nümayəndə o cümlədən onun adından iddia ərizəsini imzalamaq səlahiyyətini vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra Azərbaycan Respublikası MPM) 69.1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri hallarda məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkili (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamə əks edilməlidir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-39-cu fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hazırki ərizənin məhkəmə icraatının mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, ərizənin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 149.1-ci maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Azərbaycan Respublikası MPM-nin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb və Azərbaycan Respublikası MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. İş materiallarından görünür ki, Ərizəçi ərizədə JN 1895 KOD 40105018 nömrəli aktın özünə məxsus olması ilə yanaşı həmin hüquq müəyyənedici sənədin həmçinin X2 və X8 məxsus olması faktının müəyyən edilməsini tələb edir. Halbuki işdə Ərizəçi X1 və X9 tərəfindən onlarınn adından ərizəni imzalamaq və belə tələblə məhkəməyə müraciət etmək hüququ verilən müvafiq etibarnamə (etibarnamələr) mövcud deyildir və məhkəməyə təqdim edilməmişdir. Həmçinin Ərizəçi ölmüş X6 vərəsəsi olmasını təsdiq edən hər hansı sənəd işə əlavə edilməmişdir. Bundan əlavə ərizədə ərizəçinin iş yerinin ünvanı, elektron poçt ünvanı, maraqlı şəxsin telefon nömrələri və elektron poçt ünvanı göstərilməmişdir. Şərh olunanlar hazırki ərizənin qaytarılması üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respulikası MPM-nin 114.1.3-cü maddləsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Ona görə də hesab edirəm ki, Ərizəçi hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, həmçinin ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Ərizəçi qaytarılmalı və Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı m: Ərizəçi hüquqmüəyyənedici sənədin şəxslərə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın; ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Ərizəçi qaytarılsın; Ərizəçi ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-1114/2023
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1114/2023
24.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver