Məhkəmə qərarları › İş №e-2(019)-1132/2023

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1132/2023

08.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1132/2023 08.12.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********26594 SAMSUNG GALAXY A23 markalı telefon üçün 827.1 manat (səkkiz yüz iyirmi yeddi manat on qəpik) ödənilməmiş hissə, 82.9 manat (səksən iki manat doxsan qəpik) cərimə pulu-ümumilikdə, 910 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan sənədlərə baxaraq hesab edirəm ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki,iş materiallarından görünür ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2022-ci il tarixli müqavilə üzrə İMEİ KOD **********26594 SAMSUNG GALAXY A23 markalı telefon üçün 827.1 manat (səkkiz yüz iyirmi yeddi manat on qəpik) ödənilməmiş hissə, 82.9 manat (səksən iki manat doxsan qəpik) cərimə pulu-ümumilikdə, 910 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Balakən Regional “Asan xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 02 oktyabr 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 348545 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi məhkəməyə 23 noyabr 2023-cü il tarixdə, yəni cavabdeh qismində göstərilmiş Cavabdeh öldükdən 1ay 29 gün sonra göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1-50.3-cü maddələrinə görə prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Məhkəmə cavabdeh qismində göstərilmiş Cavabdeh iddia ərizəsi verilməmişdən 01 ay 29 gün əvvəl ölməsini nəzərə alaraq hesab edir ki, ölən şəxsə qarşı iddia yönəldilə bilməz və o cavabdeh ola bilməz. Belə olan halda isə məhkəmədə işə baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.1-ci maddəsinə görə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Məhkəmə işin hallarını, prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi üzrə işə xitam verilməlidir. 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunmalıdır ki, Cavabdeh vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 262.1, 263-264.1və 268.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işin icraatına xitam verilsin. 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılsın. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah olunur ki, Cavabdeh vərəsələrinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar