Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1155/2024 06.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlu, İddiaçın Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixinə yaranmış xx.xx.2023-cü il tarixli - 324892 saylı müqavilə üzrə 283 AZN əsas borc, 67 AZN cərimə borcu, xx.xx.2023cü il tarixli - 324893 saylı müqavilə üzrə 200 AZN əsas borc, 67 AZN cərimə borcu ümumilikdə 617 AZN borcun və 30 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixində - 324892 saylı və xx.xx.2023- cü il tarixində - 324893 saylı alqı satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinin şərtlərinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 20 azn olmaqla, kreditlə 10 ay 35,00 AZN, 1 ay 28,00 AZN, 1 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 423 (dörd yüz iyirmi üç) manat məbləğində Qranit qazan dəsti və ilkin ödəniş 10 azn olmaqla, kreditlə 1 ay 30,00 AZN, 11 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində Ətçəkən maşın satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək, 324892 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 50 azn, 324893 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 50 azn ödəniş etmiş, xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində İddiaçı MMC -ə Qranit qazan dəstinə görə əsas borc üzrə 283 (iki yüz səksən üç) manat, hər gecikdiyi gün üçün faiz üzrə 67 (altmış yeddi) manat borcu, Ətçəkən maşına görə isə əsas borc üzrə 200 (iki yüz) manat, hər gecikdiyi gün üçün faiz üzrə 67 (altmış yeddi) manat borcu yaranmışdır. Alqısatqı müqaviləsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 (bir) % dərəcəsi ilə (minimum 0.5 manat) gündəlik dəbbə pulu hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 07 noyabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuş və 14 noyabr 2024-cü il tarixdə Cavabdeh iddia ərizəsi və mülki prosessual hüquq və vəzifələri barədə bildiriş rəsmi qaydada göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, Cavabdeh 20 noyabr 2024-cü il tarixində, məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişdir. Məhkəmə, Cavabdeh prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu, qarşılıqlı iddia verilməməsini, üçüncü şəxsin işə daxil olması barədə vəsatəti olmamasını, tərəflərin təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etməsini, iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti olmamasını nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməsinə zərurət yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 324892 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 423 manat dəyərində bir ədəd “Qranit qazan dəsti” nisyə satılmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2023-cü il tarixli 324893 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh iddiaçı «VVest Appliances” Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 315 manat dəyərində bir ədəd “Ətçəkən”maşın nisyə satılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli, 324892,324893 nömrəli nisyə alqısatqı müqaviləsinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli 324892 nömrəli müqavilə üzrə 283 AZN əsas,67 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli 324893 saylı müqavilə üzrə 200 AZN əsas borcu ,67 AZN cərimə borcu olmaqla ümumilikdə 617 (altı yüz on yeddi) AZN borcu vardır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı MMC ilə borclu Cavabdeh arasında xx.xx.2023-cü il tarixində - 324892 saylı və xx.xx.2023-cü il tarixində- 324893 saylı alqı satqı müqaviləsi imzalanmışdır. Alqı-satqı müqaviləsinə əsasən, İddiaçı MMC Cavabdeh ilkin ödəniş 20 azn olmaqla, kreditlə 10 ay 35,00 AZN, 1 ay 28,00 AZN, 1 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 423 (dört yüz iyirmi üç) manat məbləğində Qranit qazan dəsti və ilkin ödəniş 10 azn olmaqla, kreditlə 1 ay 30,00 AZN, 11 ay 25,00 AZN hissə-hissə ödəmək şərtilə 1 ədəd 315 (üç yüz on beş) manat məbləğində Ətçəkən maşın satmışdır. Lakin Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməyərək,324892 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 50 azn, 324893 saylı alqı-satqı müqaviləsi üzrə sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 50 azn ödəniş etmişdir. xx.xx.2024-cü il tarixdən bu günədək heç bir ödəniş etməmişdir, bunun nəticəsində cavabdeh Elşn Yusibovun İddiaçı MMC -ə Qranit qazan dəstinə görə əsas borc üzrə 283 (iki yüz səksən üç) manat, hər gecikdiyi gün üçün faiz üzrə 67 (altmış yeddi) manat borcu, Ətçəkən maşına görə isə əsas borc üzrə 200 (iki yüz) manat, hər gecikdiyi gün üçün faiz üzrə 67 (altmış yeddi) manat borcu yaranmışdır. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2023-cü il tarixli 324892 nömrəli müqavilə üzrə 06 AZN, xx.xx.2023-cü il tarixli 324893 nömrəli müqavilə üzrə 06 AZN həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli 324892 nömrəli müqavilə üzrə 283 AZN əsas borc, 06 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli 324893 nömrəli müqavilə üzrə 200 AZN əsas borc, 06 AZN cərimə borcu olmaqla, cəmi 495 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 24.07 manatı alınıb İddiaçın xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 324892 nömrəli müqavilə üzrə 283 AZN əsas borc, 06 AZN cərimə borcu, xx.xx.2023-cü il tarixli 324893 nömrəli müqavilə üzrə 200 AZN əsas borc, 06 AZN cərimə borcu olmaqla, cəmi 495 AZN borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 24.07 manatı alınıb İddiaçın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1155/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1155/2024
06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver