Məhkəmə qərarları › İş №e-2(019)-1156/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1156/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1156/2025 13.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X15 qızının katibliyi, iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X7, Cavabdeh4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı2 arasında 18 sentyabr 2004-cü ildə JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvləri: X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X13 tərəfindən olan hissədən 0.035 ha hissəsinin 4000 ABŞ dollarına satılmasına dair alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və İddiaçı1 ilə Cavabdeh1 arasında 18 sentyabr 2004-cü ildə JN- 265 A kod 40101004 olan “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvləri: X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X13 tərəfindən olan hissədə 0.020 ha həyətyanı torpaq sahəsinin 2000 (iki min) ABŞ dollarına satılmasına dair alqı-satqı müqavilələrinin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. İşin məhkəmədə baxılmağa hazırlanması zamanı iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər- Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 adına Balakən şəhəri M.Əsədov küçəsi 60 ünvanında yerləşən 0.1411 ha həyətyanı torpaq sahəsinə dair üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 02 mart 2024cü ildə verilmiş reyestr nömrəsi **********94- 10301 qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatındakı reyestrdəki qeydin və çıxarışın ləğv edilməsi, Cavabdeh1 ilə İddiaçı2 arasında 18 sentyabr 2004-cü ildə ünvan 2 evdə yaşayan Cavabdeh1 ilə JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən ona və onun ailə üzvləri: X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X13 tərəfindən olan hissədən 0.035 ha hissəsinin 4000 ABŞ dollarına satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh1 arasında 18 sentyabr 2004-cü ildə JN-265 A kod 40101004 olan “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən Cavabdeh1 və onun ailə üzvləri: X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X13 tərəfindən olan hissədə 0.020 ha həyətyanı torpaq sahəsinin 2000 (iki min) ABŞ dollara satılmasına dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü madəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdırlar ki, İddiaçı2 18 sentyabr 2004-cü ildə Balakən şəhəri M.Əsədov küçəsi 60 nömrəli evdə yaşayan Cavabdeh1 4000 ABŞ dollarına 0.035 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində o, 2 mərtəbəli 4 otaqlı ev tikmiş və həmin evdə ailəsi ilə birgə yaşayır. Həmin alqı-satqı müqaviləsi aşağıdakı məzmunda yazılmışdır: “Mən Balakən şəhəri M.Əsədov küçəsi 60 N:li evdə yaşayan Cavabdeh1 tərtib edirəm həmin alqı-satqı müqaviləsini İddiaçı2 iştirakı ilə ondan ötrü ki, JN-265 kod 40101004 “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən mənə və ailə üzvlərimə məxsus 0.14 ha həyətyanı torpaq sahəsindən qonşu X13 tərəfindən olan hissədən 0.035 ha hissəsini İddiaçı2 4000 ABŞ dollarına satdım. Alqı-satqı müqaviləsinin doğruluğunu imzamızla təsdiq edirik. Satıcı: imza var. Cavabdeh1, Alıcı: imza var. İddiaçı2 xx.xx.2024-cü il”. İddiaçı1 da 18 sentyabr 2004-cü ildə Balakən şəhəri M.Əsədov küçəsi 60 nömrəli evdə yaşayan Cavabdeh1 2000 ABŞ dollarına 0.020 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində o, 2 mərtəbəli 3 otaq və mətbəxdən ibarət ev tikmiş və həmin evdə ailəsi ilə birgə yaşayır. Bu günə qədər o, torpaq sahəsindən və evdən etinasız və etirazsız istifadə edir. Lakin, həmin torpaq sahəsindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsindən Hüquqların Dövlət Qeydiyyatından çıxarış ala bilmir. Ona görə ki, cavabdeh onun ailə üzvləri torpağın alqı-satqısı ilə bağlı Notariat Orqanına gəlməkdən boyun qaçırırlar. Dəfələrlə, onlarla məhkəmədənkənar pretenziya qaydasında danışıqlar aparılmasına baxmayaraq danışıqlar müsbət nəticə verməmişdir. Odur ki,alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçılar İddiaçı2 və İddiaçı1 nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı etiraf edərək izahatında göstərdi ki, o, Balakən şəhəri M.Əsədov küçəsində yerləşən ona və ailə üzvlərinə məxsus 0.14 ha həyətyanı torpaq sahəsinin qonşusu X13 tərəfindən olan hissədən 0.035 ha hissəsini 4000 ABŞ dollarına İddiaçı2 və 0.020 ha hissəsini 2000 ABŞ dollarına İddiaçı1 satmışdır. Bu barədə xx.xx.2004-cü ildə aralarında alqı-satqı müqaviləsi bağlamışlar. Aralarında notarial qaydada alqı-satqı müqaviləsi olmasa da o, ona və ailə üzvlərinə məxsus torpaq sahəsini iddiaçılara satmışlar və pulunu almışlar. Lakin digər cavabdehlər notariat kontoruna getməkdən imtina edirlər. İddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə etiraz etmir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X12 məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmələrinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin idarənin rəisi Nazim Məmmədov məhkəməyə 07 noyabr 2025-ci il tarixdə 3-21-3-47/2-4003/2025 nömrəli məktub göndərərək xx.xx.2025-ci il tarixə ,saat 09:25-də baxılacaq e-2(019)-1156/2025 nömrəli mülki işin məhkəmə iclasında nümayəndənin iştirakının təmin edilməsinin mümkün olmayacağını göstərərək nümayəndənin iştirakı olmadan işə baxılmasının xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-265A KOD 40101004 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 23 noyabr 2004-cü il tarixli 02 saylı qərarı ilə Cavabdeh1, X2, X4, Cavabdeh4 Karlo qızına,X7 və Cavabdeh3 Balakən şəhəri ərazisindən 0.14 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 sentyabr 2004-cü il tarixli, alqısatqı müqaviləsinin surətində göstərilir: “Mən Balakən şəhəri, M.Əsədov küçəsi 60 №li evdə yaşayan Cavabdeh1 tərtib edirəm həmin müqaviləni İddiaçı2 iştirakı ilə ondan ötrü ki, JN-265A Kod-40101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus olan 0.14 ha həyətyanı torpaq sahəsindən qonşu X13 tərəfindən olan hissədən 0,035 ha hissəsini İddiaçı2 4000 ABŞ dollarına satdım. Alqı-satqı müqaviləsinin doğruluğunu öz imzamızla təsdiq edirik. Satıcı:imza: Cavabdeh1. Alıcı:İddiaçı2. xx.xx.2024.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 sentyabr 2004-cü il tarixli, alqısatqı müqaviləsinin surətində göstərilir: “Mən Balakən şəhəri, M.Əsədov küçəsi 60 №li evdə yaşayan Cavabdeh1 tərtib edirəm həmin müqaviləni X8 iştirakı ilə ondan ötrü ki, JN- 265A Kod-40101004 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən ona və ailə üzvlərinə məxsus olan 0.14 ha həyətyanı torpaq sahəsindən qonşu X13 tərəfindən olan hissədən 0,020 ha hissəsini 2000 ABŞ dollarına İddiaçı1 satdım.Alqı-satqı müqaviləsinini doğruluğunu öz imzamızla təsdiq edirik. Satıcı:imza: Cavabdeh1. Alıcı: imza: İddiaçı1. xx.xx.2024”. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********94-10301 olan, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.1411 ha yaşayış məntəqələrinin torpaqları 36 nömrəli reyestr kitabının 90 nömrəli vərəqində xx.xx.2024-cü il tarixdə fərdi yaşayış evi tam və 0.23516 ha torpaq sahəsi Cavabdeh1, 0.23516 ha torpaq sahəsi Cavabdeh3, 0.23516 ha torpaq sahəsi Cavabdeh2, 0.23516 ha torpaq sahəsi X1, 0.23516 ha torpaq sahəsi Cavabdeh4 Karlo qızının və 0.23516 ha torpaq sahəsi X5 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin və məhkəmə iclasına gəlmiş cavabdehin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Cavabdeh1 iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə 18 sentyabr 2004-cü ildə ayrı- ayrılıqda müqavilə bağlayaraq,ünvan 2 ünvanda yerləşən, JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri- X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X6 torpaq sahəsi tərəfindən olan hissəsindən 0.035 ha torpaq sahəsini 4000 ABŞ dollarına İddiaçı2, 0.020 ha torpaq sahəsini isə İddiaçı1 2000 (iki min) ABŞ dollarına satmışdır. İddiaçı2 aldığı torpaq sahəsində 2 mərtəbəli 4 otaqlı ev tikərək orada, İddiaçı1 isə aldığı torpaq sahəsində 2 mərtəbəli 3 otaq və mətbəxdən ibarət ev tikərək orada yaşayırlar. Onlar hal-hazıradək sözügedən torpaq sahələrindən etirazsız istifadə edirlər. Lakin torpaq sahələrinin alqı-satqısı notariat qaydasında həyata keçirilmədiyindən iddiaçılar həmin torpaq sahələrini Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququ ilə öz adlarına qeydə aldıra bilmirlər. Cavabdehlər isə notariat orqanına getməkdən imtina edirlər. Eyni zamanda onlar torpaq sahələrini iddiaçılarda satdıqdan sonra öz adlarına 02 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 ,qeydiyyat nömrəsi ********** ona Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışlar. Odur ki, iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 646.1-cı maddəsinə əsasən daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini,evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri xx.xx.2004-cü il tarixdə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi , Cavabdeh1 ünvan 2 ünvanda yerləşən, JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri- X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X6 torpaq sahəsi tərəfindən olan hissəsindən 0.035 ha torpaq sahəsini 4000 ABŞ dollarına İddiaçı2, 0.020 ha torpaq sahəsini isə İddiaçı1 2000 (iki min) ABŞ dollarına satmışdır. Bu barədə Cavabdeh1 ilə iddiaçılar İddiaçı2 və İddiaçı1 arasında 18 sentyabr 2004-cü ildə ayrı- ayrılıqda alqı-satqı müqavilələri bağlanmışdır. Həmin vaxt Cavabdeh1 İddiaçı2 4000 ABŞ dolları alıb 0,035 hektar torpaq sahəsini onun istifadəsinə və sahibliyinə, İddiaçı1 isə 2000 (iki min) ABŞ dolları alaraq torpaq sahəsinin 0.020 hektar hissəsini onun istifadəsinə və sahibliyinə vermişdir. O, vaxtdan da torpaq sahələri iddiaçıların aşkar sahibliyində və istifadəsindədir. Onlar həmin torpaq sahəsindən etirazsız istifadə edirlər, ev tikərək orada yaşayırlar. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar əqdi icra etmiş, tərəflər arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli torpaq sahəsinin alqı-satqı müqavilələrinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdırlar. Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 ünvan 2 ünvanda yerləşən, JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri-X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X6 torpaq sahəsi tərəfindən olan hissədən 0.035 ha torpaq sahəsini 4000 ABŞ dollarına İddiaçı2 satmasına dair onunla İddiaçı2 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh1 JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri-X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X6 torpaq sahəsi tərəfindən olan hissədən 0.020 ha torpaq sahəsini 2000 ABŞ dollarına İddiaçı1 satmasına dair onunla İddiaçı1 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab olunmalıdır. Eyni zamanda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.4-cü maddəsinə əsasən, qeydiyyat orqanı – daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır. 2.1-ci maddəsində deyilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsində deyilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0.4-cü maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Hazırkı işdən görünür ki, cavabdehlər ünvan 2 ünvanda yerləşən, ümumi birgə mülkiyyətlərində olan 0.14 ha həyətyanı torpaq sahəsinin 0,055 ha hissəsini iddiaçılara satdıqdan sonra 02 mart 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********94-10301 ,qeydiyyat nömrəsi ********** ona Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış almışlar. Məhkəmə hesab edir ki, iddia tələbi sözügedən çıxarışın ləğv edilməsinə aid hissədə də təmin edilməli, ünvan 2 ünvanda yerləşən, ümumi birgə mülkiyyətlərində olan 0.14 ha həyətyanı torpaq sahəsinə görə cavabdehlərə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 mart 2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********94-10301 , qeydiyyat nömrəsi ********** ona Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış da ləğv edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən, 0.14 ha həyətyanı torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 mart 2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********94-10301 ,qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilməli; Cavabdeh1 ünvan 2 ünvanda yerləşən, JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri-X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X9 aid torpaq sahəsi tərəfində olan hissədən 0.035 ha torpaq sahəsini 4000 ABŞ dollarına İddiaçı2 satmasına dair onunla İddiaçı2 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi; Cavabdeh1 JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən onun və ailə üzvləri-X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X9 aid torpaq sahəsi tərəfində olan hissədən 0.020 ha torpaq sahəsini 2000 ABŞ dollarına İddiaçı1 satmasına dair onunla İddiaçı1 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab olunmalıdır. İddiaçılar tələb etmədiklərindən onlar tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçılar İddiaçı2 və İddiaçı1 özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ünvan 2 ünvanda yerləşən, 0.14 ha həyətyanı torpaq sahəsinə görə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 02 mart 2024-cü il tarixdə verilmiş reyestr nömrəsi **********94-10301 ,qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış ləğv edilsin; Cavabdeh1 ünvan 2 ünvanda yerləşən, JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri-X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X9 aid torpaq sahəsi tərəfində olan hissədən 0.035 ha torpaq sahəsini 4000 ABŞ dollarına İddiaçı2 satmasına dair onunla İddiaçı2 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi və Cavabdeh1 JN-265 A kod 40101004 “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməyə əsasən özünün və ailə üzvləri-X3, Cavabdeh2, Cavabdeh4 Karlo qızı, X12 və Cavabdeh3 ümumibirgə mülkiyyətinə verilmiş 0.14 ha həyətyanı torpaq sahəsinin qonşu X9 aid torpaq sahəsi tərəfində olan hissədən 0.020 ha torpaq sahəsini 2000 ABŞ dollarına İddiaçı1 satmasına dair onunla İddiaçı1 arasında bağlanmış 18 sentyabr 2004-cü il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab olunsun. Ödənmiş 100 manat dövlət rüsumu xərci iddiaçılar İddiaçı2 və İddiaçı1 özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən H.Q.Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar