Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1159/2025 27.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, zəmanət + 3 il xidməti, Soyuducu Samsung üçün 2373.12 manat ödənilməmiş hissə, 237.31 manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, X1 13 komputer üçün, 1648.08 manat ödənilməmiş hissə, 164.81 manat dəbbə; xx.xx.2025cü il tarixli müqaviləyə əsasən, Asus Vivobook 15 komputer üçün, 1468.98 manat ödənilməmiş hissə, 146.90 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, X2 4 qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, İmei kod **********73735 Honor X6B markalı telefon üçün 356.61 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi üçün ödənilən 23.6 manat rüsum, 35.66 manat dəbbə Ümumilikdə 6455.07 manat borc, 84.56 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, zəmanət + 3 il xidməti, Soyuducu Samsung, X1 13 komputer, Asus Vivobook 15 komputer, X2 4 qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, İmei kod **********73735 Honor X6B markalı telefon almış və nəticədə 6445.07 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2373.12 manat (24 ay x 98.88 manat + 0 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, Soyuducu Samsung üçün ümumilikdə, 2610.43 manat olmaqla ondan, 2373.12 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 237.31 manat dəbbə. xx.xx.2025-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2088.08 manat (18 ay x 91.56 manat + 440 manat ilkin ödəniş) olan X1 13 komputer üçün ümumilikdə, 1812.89 manat olmaqla ondan, 1648.08 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 164.81 manat dəbbə; xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 1668.98 manat (18 ay x 81.61 manat + 200 manat ilkin ödəniş) olan Asus Vivobook 15 komputer üçün ümumilikdə, 1615.88 manat olmaqla ondan, 1468.98 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 146.90 manat dəbbə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 401.94 (dörd yüz bir manat, 94 qəpik) manat (18 ay x 22.33 manat + 0 manat ilkin ödəniş) olan X2 4 qulaqlıq, qızıl zəmanət ultra 3 il xidməti, İmei kod **********73735 Honor X6B markalı telefonüçün ümumilikdə, 415.87 manat olmaqla ondan, 356.61 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi üçün ödənilən 23.6 manat rüsum, müştəriyə güzəşt olunaraq 35.66 manat dəbbə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 685.33 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2025-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə göndərərək, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, məhkəmə bildirişinin Cavabdeh çatdırılması mümkün olmadığından təqdim edilməsi üçün Balakən rayon İcra Hakimiyyəti Başçısının Balakən şəhər ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə iddia ərizəsini, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 2373.07 manat olan malı nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada hissə-hissə ödəmək şərtilə qəbul etmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 2088.08 manat olan malı nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada hissə-hissə ödəmək şərtilə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 1668.98 manat olan malı nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada hissə-hissə ödəmək şərtilə qəbul etmişdir. xx.xx.2025-ci il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. xx.xx.2024-cü il tarixli müqavilədən və ayrılmaz tərkib hissəsi olan əlavədən görünür ki, İddiaçı Cavabdeh alqı-satqı qiyməti 402 manat olan malı nisyə satmış, müştəri isə onun dəyərini əlavədə göstərilən qaydada hissə-hissə ödəmək şərtilə qəbul etmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən ödənişlərdə gecikdirmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 2%-dək həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. müqavilənin 4.4-cü bəndinə əsasən Müştəri “Müqavilə”nin şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımi qaydada icra etmədiyi hal(lar)da İddiaçı MMC “mal”ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İmei kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət tətbiq edə, “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının riskli müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər, 4.14-cü bəndinə əsasən Müştərinin ümumi borc üzrə “ABC” qarşısında icra edilməmiş hər hansı pul öhdəliyi yaranarsa, bu halda “ABC” dəyəri tam ödənilməmiş istənilən malın istifadəsini mümkünsüz edə, o cümlədən əşyanın AR-in rabitə şəbəkələrində istifadəsinə məhdudiyyət qoya bilər, 4.5-ci bəndinə əsasən Müqavilənin 4.4 və 4.14-cü bəndlərinin icrası ilə əlaqədar “ABC” əlavə ödənişlər tələb edə bilər. xx.xx.2024-cü il tarixli əşyaların təhvil-təslim aktından görünür ki, Cavabdeh əşyaları tam qüsursuz halda təhvil almışdır. Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2373.12 manat ödənilməmiş borcu, 237.31 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1648.08 manat ödənilməmiş borcu, 164.81 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1468.98 manat ödənilməmiş borcu, 146.90 manat cərimə borcu və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 356.61 manat ödənilməmiş borcu, 35.66 manat cərimə borcu, 23.6 manat İnnovativ Layihələr Mərkəzi Rüsumu təşkil edir. xx.xx.2025-ci il tarixli İddiaçı arayışından və "xxxx" QSC ilə İddiaçı arasında təhvil təslim aktından görünür ki, İmei kod **********73735 Honor X6B telefonun açılıb bağlanması xidmətinə görə mərkəzə 23.60 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. 567-cı maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında nisyə alqı-satqı müqavilələri bağlanmış, müqavilələrdə nəzərdə tutulmuş mallar cavabdehə təhvil verilmiş və müqavilənin hissə-hissə ödənilməsi müddəti və məbləği müqaviləyə əlavə edilmiş ödəniş cədvəli ilə müəyyən edilərək cavabdeh tərəfindən də imzalanmışdır. Cavabdeh göstərilən müqavilələr əsasında aldığı əşyanın dəyərini ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmiş və bununla öhdəliyini pozmuşdur. Odur ki, iddiaçı hazırkı iddianı irəli sürməkdə haqlıdır. Bundan əlavə iddia tələbindən görünür ki, iddiaçı tərəfindən cavabdehdən İnnovativ Layihələr Mərkəzi rüsumu kimi 23.6 manat məbləğində pul tələb edilmişdir. Tərəflər arasında bağlanmış müqavilədə müştərinin pul öhdəliyini lazımınca icra etmədiyi halda "xxxx" MMC-nin cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə istifadəsinə məhdudiyyət tətbiq edə bilməsi nəzərdə tutulmuş, bu hüququn həyata keçirilməsi ilə bağlı "xxxx" MMC tərəfindən müştəridən əlavə ödənişlər tələb edilməsinin mümkünlüyü müəyyən edilmişdir. Odur ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Məhkəmə iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları nəzərdə tutulmuşdur. Lakin tələb edilən cərimə tənasübsüz surətdə yüksəkdir. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı xx.xx.2025-ci il tarixli müqavilə üzrə 12 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 9 manat, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 8 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 2 manat həcmində müəyyən edilməlidir. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2373.12 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1648.08 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1468.98 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 356.61 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, 2 manat cərimə, ümumilikdə 5901.39 manat borc və ödənilmiş dövlət rüsumunun 79.01 manatı alınıb İddiaçın xeyrinə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli müqavilə üzrə 2373.12 manat ödənilməmiş hissə, 12 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1648.08 manat ödənilməmiş hissə, 9 manat cərimə, xx.xx.2025-ci il tarixli müqavilə üzrə 1468.98 manat ödənilməmiş hissə, 8 manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 356.61 manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzi rüsumu 23.6 manat, 2 manat cərimə, ümumilikdə 5901.39 manat borc və ödənilmiş dövlət rüsumunun 79.01 manatı alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1159/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1159/2025
27.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver