Məhkəmə qərarları › İş №e-2(019)-1171/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1171/2025

27.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1171/2025 27.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Mirzəyeva Afina Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı iddia ərizəsi ilə müraciət edərək "Azəriqaz" İB-nin X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən hesablanmış 6480 kub metr itirilmiş qaz sərfi müəyyən edilərək hər kub metri 12 qəpik olmaqla 777.60 manat məbləğində qazdan istifadə etməyimə görə yaranmış cərimənin abonent hesabımdan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yaşayır. Uzun müddətdir ki, yaşadığı ev təbii qazla təmin olunmuşdur. "Azəriqaz" İB-nin X7 İstismar İdarəsi ilə aralarında qazın alqı-satqısı ilə bağlı müqavilə bağlanmışdır. 06 sentyabr 2023cü il tarixdə "Azəriqaz" İB-nin X7 İstismar İdarəsinin əməkdaşları tərəfindən yaşadıqları evin qaz sayğacına baxış keçirilmiş, növbəti yoxlamaya göndərilməsi ilə bağlı sayğacı yenisi ilə əvəz etmişlər. Elə həmin vaxt qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında AKT tərtib olunmuşdur. 27 sentyabr 2023-cü ildə "Azəriqaz" İBnin X7 İstismar İdarəsi X2 adına Təbii X4nın pozulması haqqında №0387400 nömrəli AKT tərtib etmiş və onun 6480 kub metr qazdan istifadə etməyinə görə 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) məbləğində borcumun yarandığı qeyd edilmişdir. AKT-da göstərilir ki, guya sayğacın giriş membranı kənar təsir nəticəsində sınıb. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Dəymiş ziyan hesablansın və ödənilsin. Onun istifadə etdiyi sayğac həyətində deyil, evdən 30-40 metr aralıda küçədədir və onun qorunması onun vəzifəsi deyildir. Sayğaca onun tərəfindən heç bir müdaxilə olunmamışdır. Müntəzəm olaraq da qaz idarəsinin işçiləri tərəfindən sayğaca hər ay nəzarət edilmişdir. Cərimə olunmağı qanunsuzdur. Cərimənin silinməsini Cavabdeh İB Zaqatala idarəsindən tələb etmişlər. Lakin orada ona mübahisə ilə bağlı Məhkəməyə müraciət etməli olmağım izah edilmişdir. Buna görə də barəsində tərtib edilmiş borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. X5 onun atasıdır. O, 2024-cü ilin iyul ayında vəfat etmişdir. Hazırki borcun yaranma tarixi atasının sağ olduğu dövrə aiddir. Lakin hazırda abonent kimi X2 vərəsəsi o İddiaçı adı abonent hesabında qeyd olunur. Bunu 04 sentyabr 2025-ci ildə "Azəriqaz" İBnin X7 istismar İdarəsi tərəfindən verilmiş Abonentin Saldosu sənədində də görmək mümkündür. Göründüyü kimi“X4’nda imperativ qaydada müəyyən edilmişdir ki, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən öz hesabına həyata keçirilir. Lakin "Azəriqaz" İB-nin X7 İstismar İdarəsinin əməkdaşları qanunsuz olaraq yüksək məbləğdə cərimə tətbiq etməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «X4»nm 6.5-3-cü bəndinin tələblərini kobud surətdə pozmuşlar. Həmin maddədə də qeyd edildiyi kimi qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma hallarıaşkar edildiyi tarixədək lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Cavabdeh iddia ərizəsinə etiraz vermiş, etirazı onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı adına rəsmiləşdirilmiş **********01090 saylı qaz hesabında xx.xx.2025-ci il tarixə 782.55 manat borc vardır. Həmin borcun 4.95 manat hissəsi sayğac üzrə, 777.60 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı **********4 nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı **********4 nömrəli sayğac qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13734918 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2023-cü il tarixli MS-14-2-2/3-5- 9642/Q002 saylı aktında göstərilmişdir ki, sayğacın giriş membranı kənar təsir nəticəsində sınıb, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz sayğacının maksimal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. “təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, X1 Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi X4nın pozulması haqqında akt əsasında hesablanmış 777.60 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək atası vəfat etdikdən sonra sayğacın onun adına keçirildiyini, evdən kənarda quraşdırılmış sayğaca görə ona cərimə yazıldığını, sayğacın onun evinin həyətində yox, ümumi istifadəyə açıq olan yolun kənarında quraşdırıldığını, iddianın əsaslı olmasını nəzərə alaraq təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin təyin edilmiş məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən Füzuli küçəsi ünvanında yaşayan X6 məxsus qaz sayğacı çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13734918 saylı sayğac quraşdırılmışdır. Təbii X4nın pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz İB 14-2-2/3-5- 9642/Q002 saylı akta əsasən sayğacın giriş membranı kənar təsir nəticəsində sınıb, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğac istismara yararsızdır. Dəymiş ziyanın bərpasına dair xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi, cəmi 6480 m3 hesablanmışdır. İddiaçı məxsus **********01090 saylı abonentin saldosundan görünür ki, 2023-cü ilin sentyabr ayına qalıq və aktlar üzrə 777,60 manat borc hesablanmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “X4”nın: 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı yaşadığı ünvan 2 ünvanında sayğaca müdaxilə edilməsi aşkar edilmiş, dəymiş ziyanın həcmi 6480 m3 (və ya 777.60 manat) hesablanmışdır. Lakin məhkəmə qaz sayğacının iddiaçının evindən kənarda yerləşməsini, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşımasını, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə dair heç bir sübut təqdim edilməməsini, onun təqsirinin müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır. Cavabdehin iddia ərizəsinə etirazda qeyd etdiyi qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulmasının, bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa heç kimə müsbət təsirinin olmaması dəlilləri əsassızdır. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı hesablanmış 777,60 manat borc silinməlidir. Hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə 30 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı (abonent kodu: **********01090) 27 sentyabr 2023-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 777,60 manat borc abonent hesabından silinsin. 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar