Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-12/2024 17.05.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Cavabdeh nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə İddiaçıX9 Polad Məhəmməd oğluna qarşı Balakən rayonu Tülü kəndində cavabdehə məxsus tikilinin qarşısından keçən d-108 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək əvvəlki vəziyyətinə gətrilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Balakən şəhərində 17 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçıİstehsalat X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X8 tərəfindən Balakən rayonu Tülü kəndində ona məxsus tikilinin qarşısından keçən d-108 mm diametri olan orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasaının bərpa edilməsi üçün cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək əvvəlki vəziyyətinə gətirilməsi və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin yazılı razılığı, həmçinin əsl olmayan cavabdeh X3 yazılı razılığı ilə əsl olmayan cavabdeh X8 əsl olan Cavabdeh Nurullah oğlu ilə əvəz edilmişdir. Belə ki, ərizə məhkəməyə daxil olan vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə iddiaçının razılığı ilə, işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edir. Azərbaycan Respublikası MPM-nin 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın tələbləri pozularaq ”Azəriqaz” X7 X19 İdarəsinin balansında və istismarında olan Balakən rayonu Tülü kəndində d-108 mm diametrli orta təzyiqli yerüstü qaz xəttinin mühafizə zonası pozularaq yeraltına salınmışdır. ”Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixli, 773 nömrəli Fərmanına uyğun olaraq qaz təchizatı sahəsində magistral və qaz boru kəmərlərinin, sənaye qurğularının, digər qurğuların və fəaliyyət növlərinin zərərli təsirindən qorumaq, habelə insanların həyatını, sağlamlığını və əmlakını mühafizə etmək və mümkün ola bilən qəzaların qarşısını almaq, onların zərərli təsirini azaltmaq məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” təsdiq edilmişdir. Belə ki, “Qaydalar”ın 2 və 5 nömrəli əlavələrinə əsasən orta təzyiqli yeraltı qaz kəmərinin mühafizə zonası 4 metr, yerüstü qaz kəmərinin mühafizə zonası 5 metr, aşağı təzyiqli yeraltı və yerüstü qaz kəmərinin mühafizə zonası 2 metr müəyyən edilmişdir. Göstərilən məsafədə hər hansı bir tikintinin inşa olunması qəti qadağandır. Kəmərin zədələnməsi və ya qaz sızmasının baş verməsi partlayışa, yanğına və digər bədbəxt hadisələrə gətirib çıxara bilər. Azərbaycan Respublikası Mülkü Məcəllsinin 180-cı maddəsinə əsasən “Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr olmadan və ya şəhərsalma və tikinti normalarını, qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili və başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Bundan əlavə gələcəkdə insan təlafatı ilə nəticələnə biləcək hər hansı qəza və bədbəxt hadisələrin vaxtında qarşısının alınması məqsədilə və kəmərə texniki xidmətin göstərilməsi üçün təhlükəsizlik zonasında inşa edilmiş tikililnin mühafizə zolağına düşən hissəsinin öz vəsaiti hesabına sökülməsi və ya kəmərin təhlükəsiz zonaya çıxarılması üçün texniki icra sənədlərinin hazırlanması məqsədilə Zaqatala RQİİ-nin Texniki istismar şöbəsinə müraciət edilməsi, əks təqdirdə tikililərin sökülməsi barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Buna səlahiyyətli orqanların müvafiq icazəsi olmadan, eləcə də tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa etdiyi qanunsuz tikili, eyni zamanda fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradır. Bu səbəbdən də tikili təxirəsalınmadan sökülməlidir. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbayvan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra AR NK) xx.xx.2001-ci il tarixli 94 saylı qərarında neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid etmişdir. AR NK-nin xx.xx.1999-cu il tarixli 103 №-li qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.1-ci bəndində göstərilir ki, bu qaydalar magistral boru kəmərlərinin mühafizəsini təmin edir, bunun üçün həmin qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir və boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır (bax 2.11 bənd). Azərbaycan Respublikası Prezidentinin xx.xx.1998-ci il tarixdə təsdiq etdiyi “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinin 2-ci hissəsinin tələblərinə görə qaz kəmərlərinin mühafizə zonası dairəsində tikinti işləri aparılmasına, xüsusilə də binaların inşasına icazə verilmir. Həmin Qanunun 22-ci maddəsinə görə bu qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikası Qanunvericiliyinə uyğun məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutduğu (zəbt etdiyi) və faktiki istifadəsində olan torpaq sahəsinə qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanına bilməz. Habelə cavabdehin mühafizə zonasında torpaq sahəsinin özününküləşdirməsinə dair bağladağı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uyğun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən cavabdeh torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdeh qeyd olunan qaz kəmərinin texniki istismarına və təmirinə ciddi maneələr törətməklə yanaşı, orada yaşayan insanların həyatı və əmlakı üçün ciddi təhlükə yaradır. “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29 iyul 2000-ci il tarixli, 356 saylı Fərmanının 10-cu bəndi ilə qaz kəmərləri keçən ərazilərdə qanunsuz tikinti aparılması hallarının qarşısının qəti şəkildə alınması şəhər (rayon) icra hakimiyyəti orqanlarına tapşırılmışdır. İddiaçı Zaqatala RQİİ tərəfindən cavabdehə qanunsuz inşa etdiyi tikintinin adı çəkilən qaz kəmərinin mühafizə zonasından sökülüb köçürülməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən adı çəkilən qanunsuz tikili ilə bağlı tələblərin yerinə yetirilməsindən imtina edildiyindən hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırki iş üzrə 22 oktyabr 2021-ci il tarixdə və 25 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Sonrakı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş üzrə Cavabdeh nümayəndəsi Nümayəndə2 məhkəməyə ərizə ilə müraciət edərək, iddiaçının nümayəndəsinin iştirakı olmadan hazırki mülki işə mahiyyəti üzrə baxılmasını və iş üzrə yekun məhkəmə qətnaməsinin çıxarılmasını tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmə cavabdehin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini nəzərə alaraq hazırki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyüunü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixdə və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında iştirak etdiyi, iddianı müdafiə etdiyi və iddiaya dair izahat verdiyi, iddianın təmin edilməsi barədə xahiş etdiyi, həmçinin cavabdehin nümayəndəsi-vəkili işin mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün hazırki işə Azəbaycan Respublikası MPM-nin 259.0.6-cı və 259.0.7-ci maddələrinin tələbləri tətbiq edilə bilməz və işə mahiyyəti üzrə baxılmaqla iş üzrə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında Cavabdeh nümaynədəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, işə mahiyyəti üzrə baxılmasını tələb etdiyini, iddaiçı tərəfindən sökülməsi tələb edilən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olduğunu, Cavabdeh tərəfindən xüsusi mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evi tikildiyini və onun həmin evə və torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığını, Cavabdeh öz ailəsi ilə həmin fərdi yaşayış evində yaşadığını, onun və ailəsinin başqa evin olmadığını, evin sökülməsi üçün iddiaçı tərəfindən cavabdehə heç bir kompensasiya ödənilmədiyini və ya təklif edilmədiyini, fərdi yaşayış evinin Cavabdeh vəsaiti hesabına tikildiyini, evin sökülməsinin Cavabdeh mülkiyyət hüquqlarını pozacağını bildirərək, iddianın təmin olunmamasını xahiş etmişdir. İş materiallarında olan İddiaçı Zaqatala RQİİ-nin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktda göstərilir ki, Balakən rayonu Tülü kəndində qaz xəttlərinə baxış zamanı kənd sakini Daanov Məhəmmədə məxsus yeni tikilmiş tikilinin qarşısından keçən d-108 mm-lik yerüstü qaz xəttinin mühafizə zonasında vətəndaş tərəfindən tikinti norma və qaydalarının tələbləri pozulmaqla yeni tikinti salınmışdır. İş materiallarından həmçinin görünür ki, İddiaçı tərəfindən 2016-cı ildə Balakən rayonu Tülü kəndindən keçən d-108 mm diametrli qaz xəttinin texniki pasportu tərtib edilmişdir. İş materiallarında olan reyestr nömrəsi **********11-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2020-ci il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Balakən rayonu Tülü kəndində yerləşən ümumi sahəsi 118.8 kv.metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.1245 ha həyətyanı torpaq sahəsinə Cavabdeh tam mülkiyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli məktubundan və ekspertin 05 may 2022ci il tarixli məlumatından, 14 oktyabr 2022-ci il tarixli məktubundan və ekspertin 14 oktyabr 2022-ci il tarixli məlumatından, 02 fevral 2023-cü il tarixli məktubundan və ekspertin 02 fevral 2023-cü il tarixli məlumatından, 09 avqust 2023-cü il tarixli məktubundan və ekspertin 09 avqust 2023-cü il tarixli məlumatından və 13 mart 2024-cü il tarixli məktubundan və ekspertin 13 mart 2024-cü il tarixli məlumatından görünür ki, iş üzrə beş dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, lakin ekspertizanın aparılmasından imtina edilmişdir. Faktiki olaraq iddiaçı tərəf ekspertizanın keçirilməsi üçün gəlməmiş, ekspertiza xərclərini ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Qeyd edilənlərə və iş materiallarına əsasən məhkəmə cavabdeh tərəfindən inşa olunmuş və mülkiyyət hüququ qeydə alınmış fərdi yaşayış evinin d-108 mm diametri olan qaz xəttinin mühafizə zonasında inşa edilməsi faktını qəbul etməməklə, həmin tikintinin cavabdehin xüsusi mülkiyyətində olan torpaq sahəsində tikilməsini qəbul edir. Məhkəmə, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı hazırki iddiası əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iddiaçı təşkilat cavabdehin Balakən rayonu Tülü kəndindən keçən d-108 mm diametri olan orta təzyiqli qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq tikinti (fərdi yaşayış evi) tikməsi, həmin tikilinin özbaşına tikinti olması və beləliklə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1,180.3 və 180.4-cü maddələrinə görə iddiaçının tələbinə əsasən tikilinin qaz xəttinin mühafizə zonasının bərpa edilməklə sökülməsi üçün əsasların olmasını göstərsə də, məhkəmə iddiaçının bu dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh qaz xəttinin mühafizə zonasının bərpa edilməklə sökülməsi tələb edilən fərdi yaşayış evi cavabdehin xüsusi mülkiyyətində olan 0.1245 ha torpaq sahəsində tikilmişdir. Həmin torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kimi fərdi yaşayış evinin tikintisi üçündür, tikinti zamanı torpaq sahəsi təyinatı üzrə istifadə olunmuşdur. Həmçinin həmin 0.1245 ha həyətyanı torpaq sahəsi və orada inşa edilmiş fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüquqları xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. Məhkəmə hesab edir ki, yuxarıda göstərilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********11-10301 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2020 olan çıxarışla Balakən rayonu Tülü kəndində yerləşən 0.1245 ha yaşayış məntəqəsi təyinatlı torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş 118.8 km.metr ümumi sahəsi olan fərdi yaşayış evinə Cavabdeh mülkiyyət hüquqları qeydə alınmaqla, yəni həmin torpaq sahəsi və ev üzərində sahiblik, istifadə və sərəncam hüquqları olmaqla tam mülkiyyət hüquqları yaranmışdır. Cavabdeh da ailəsi ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır və onun və ailəsinin başqa evi yoxdur. Cavabdeh müvafiq olaraq həmin torpaq sahəsi və torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları qanunun müdafiəsi altına düşür. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində mülkiyyətin dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə olması, Azərbaycan Respublikasında mülkiyyətin toxunulmaz olması və dövlət tərəfindən müdafiə olunması təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü «0» səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin dövşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsindək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımların uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin rlanlarından, kəskilərdən və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərzsinin baş planı bölmələrinin hazırlanması tələb olunmur. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (bundan sonra Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, “hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri olan qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.” Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında belə bir hüquqi mövqe ifadə edilmişdir ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Məhkəmə, hesab edir ki, cavabdehin sözügedən 0.1245 ha torpaq sahəsinə və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, qaz xəttinin mühafizə zonasının bərpası adı ilə sökülməsi tələb edilən fərdi yaşayış evi cavabdehin öz vəsaiti hesabına tikildiyindən, cavabdeh ailəsi ilə birlikdə həmin evdə yaşadığından və ona məxsus başqa yaşayış evi müəyyən olunmadığından, tikinti ilə bağlı hər hansı dövlət orqanı tərəfindən ona irad və narazılıqlar bildirilmədiyindən, cavabdeh torpaq sahəsinə və orada yerləşən tikintiyə sahiblik, istifadə və sərəncam verməkdə ifadə olunan mülkiyyət hüquqlarını həyata keçirdiyindən, hazırki işdə bu mülkiyyət hüququna müdaxilə üçün qanunda nəzərdə tutulan şərtlər mövcud deyildir. Həmin fərdi yaşayış evinin tikintisi hər hansı ictimai maraqlara zidd deyil, əksinə fərdin layiqli yaşamaq üçün yaşayış sahəsinə malik olması barədə onun hüquqları ilə ictimai maraqlar arasında ədalətli tarazlıq yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikası Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Aidiyyəti dövlət orqanları tərəfindən tikinti ilə bağlı hər hansı iradın bildirilməməsi, iddianın qaldırılmaması, əksinə evə və torpaq sahəsinə cavabdehin mülkiyyət hüquqlarının qeydə alınması həmin dövlət orqanlarının bu evin tikintisinə razılıq və icazəsi kimi qiymətləndirilməlidir. Belə ki, dövlət öz müvafiq orqanlarının timsalında cavabdehin həmin tikintiyə mülkiyyət hüququnu tanımış, cavabdehin tikintiyə və onun yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ dövlət qeydiyyatına almışdır. İş materialları ilə göstərilən fərdi yaşayış evinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla inşa edilməsi müəyyən olunmur. Digər tərəfdən, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən həmin tikinti mülkiyyətində olan torpaq sahəsində tikilmiş və həmin daşınmaz əmlaklara onun mülkiyyət hüququ qeydə alınmışdır. İddiaçı təşkilat isə həmin tikilinin tikintisinə icazə verən və tikinti normaları və qaydalarına ciddi surətdə əməl etməklə tikilməsinə nəzarət edən təşkilat deyildir. Belə ki, «Memarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 4,7 və 12-ci maddələrinə, «Şəhərsalmanın əsasları haqqında» Azərbaycan Respublikası Qanununun 4,6,10,17,19,24 və 26-cı maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli, 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnamənin 27-ci bəndinə əsasən rayonlarda, o cümlədən kənd yaşayış məntəqələrində memarlıq layihələrinin hazırlanması, layihələrin təsdiq edilməsi, tikintiyə müvafiq razılıqların verilməsi, tikintinin şəhərsalma, tikinti normaları və qaydaları əsasında aparılmasına nəzarət yerli icra hakimiyəti orqanları tərəfindən həyata keçirilir. Həmin Qanunlarda fərdi yaşayış evinin tikintisi zamanı şəhərsalma qaydalarının gözlənilməsi və tikintin tikinti normaları və qaydaları əsasında həyata keçirilməsinə nəzarət edən orqanlar sırasında iddiaçı təşkilat göstərilməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1 və 80.2-ci maddələrinə əsasən mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə icazənin alınması tələb olunmur və belə tikinti məlumatlandırma qaydasında həyata keçirilir. Dövlət fərdi yaşayış evlərinin tikintisinin belə sadə qaydasını müəyyən etməklə, insanlar tərəfindən fərdi yaşayış evlərinin tikintisinə daha geniş rəvac verir və belə hallarda lazımsız bürokratik əngəlləri aradan qaldırır. Bu da Azərbaycan dövlətinin insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi və insanların rifah halının yüksəldilməsinə töhfəsi kimi dəyərləndirilməlidir. Həm də cavabdehin həmin torpaq sahəsi və fərdi yaşayış evinə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır ki, qanunvericiliyin tələbinə əsasən də bu xüsusda reyestrin həmin məzmununun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirilənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. İddiaçı da cavabdehə aid ev və torpaq sahəsi ilə bağlı reyestrin məzmununun qeyri-dəqiqliyini sübuta yetirməmiş, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin cavabdehin ev və torpaq sahəsinə mülkiyyət hüquqlarına dair çıxarış və reyestrdəki qeyd, eyni zamanda bu qeydə əsas verən aktlar ləğv edilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəsi) iddia tələbinin əsaslandırıldığı halları sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı İnsan Hüquqlarının və X12 X10 müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnsan Hüquqlarının və X12 X5 iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinə görə (Sporronq və Lonnrot İsveçə qarşı, X13rşı, Vinterverp Niderlanda qarşı, Latridis Yunanıstana qarşı, X11rşı və s.) Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi ilə təmin edilən mülkiyyət hüququnun pozulub-pozulmadığı məsələsinə baxılarkən aşağıdakı məsələlər araşdırılmalıdır:1) iş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi?; 2) əmlaka sahiblik hüququna müdaxilə baş veribmi?; 3) həmin müdaxiləyə 1-ci normada yer alan üç normadan hansının əsasında baxılmalıdır?; 4) mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı?; 5) müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?; 6) müdaxilə hüquqi müəyyənlik və ya qanunilik prinsipinin tələblərinə cavab verirmi? İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) Önəryıldız Türkiyəyə qarşı iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarına əsasən 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində təsbit olunmuş «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələbləri əhatə edir. Avropa Məhkəməsinin «X2rşı» işi üzrə 17 noyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, «İnsan Hüquqlarının və X12 Haqqında» Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsi ilk növbədə tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanlarının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün müddəalarının tərkib hissəsidir. Avropa Məhkəməsi «Qerasimovanın Rusiyaya qarşı işi üzrə 16 sentyabr 2004-cü il tarixli qərarında qeyd etmişdir ki, yerli özünüidarə orqanları da şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur və Konstitusiya və Qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazə almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tkintiyə mükiyyət hüququ tanına bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. İş materiallarından görünür ki, cavabdehdən qaz xəttinin mühafizə zonasının bərpası adı ilə sökülməsi tələb edilən fərdi yaşayış evi tikinti məqsədləri üçün ayrılan cavabdehin mülkiyyətində olan həyətyanı torpaq sahəsində tikilmiş, bu zaman müvafiq icra hakimiyyəti orqanı tərəfindən tikintinin aparılmasına heç bir irad və narazılıqlar bildirilməmiş, bu tikintinin qanunsuz olub-olmaması mübahisələndirilməmiş, həmin tikintinin şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilməsi müəyyən edilməmişdir. Həmçinin qeyd edildiyi kimi, həmin fərdi yaşayış evinə və evin yerləşdiyi 0.1245 ha torpaq sahəsinə Cavabdeh mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının sökülməsini tələb etdiyi tikili (fərdi yaşayış evi) qanunsuz tikinti olmadığı üçün, sökülə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları o cümlədən müvafiq icra hakimiyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqlar qanunvericiliklə müəyyən edilmiş qaydada geri qaytarılmadıqda, həmin torpaq sahəsinin kadastr dəyəri torpağı zəbt etmiş şəxs tərəfindən onun qanuni mülkiyyətçisinə ödənilməklə geri alınır. Yuxarıda istinad olunan Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə edə bilər, qanunun və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göstərilənlərin konteksində məhkəmə hesab edir ki, cavabdehin qaz kəmərinin mühafizə zonasında yerləşməsi göstərilən torpaq sahəsinə və orada tikilən fərdi yaşayış evinə mülkiyyət hüquqları dövlət qeydiyyatına alındığından, torpaq sahəsinin ayrılması və orada fərdi yaşayış evi tikintisi ilə bağlı və həmçinin həmin daşınmaz əmlaklara mülkiyyət hüquqlarının dövlət qeydiyyatı ilə bağlı aidiyyəti dövlət orqanları tərəfindən cavabdehə hər hansı irad və narazılıqlar bildirilmədiyindən, həmin tikintinin aparılmasına razılıq verildiyindən, buna görə də tikili qanunsuz və özbaşına tikinti sayılmadığından, torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmadığından və onun tikintinin və torpaq sahəsinin qaz kəmərinin mühafizə zonasında yerləşməsində təqsiri müəyyən olunmadığından, hazırki mübahisənin predmetinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180 və Torpaq Məcəlləsinin 109, 110 və 111-ci maddələri tətbiq edilə və həmin fərdi yaşayış evinin və torpaq sahəsinin dəyəri qanunla müəyyən edilmiş qaydada ödənilmədən tikintinin sökülüb, torpaq sahəsinin boşaldılması barədə qərar qəbul edilə bilməz. Əks hal mülkiyyətin qorunmasına dair milli və beynəlxalq qanunvericilikdə təsbit olunmuş tələblərə zidd olardı. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilə olan Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsi o cümlədən şəxsin mülkiyyət hüquqlarına təminat verməklə, dövlətin bu hüquqları qorumaq vəzifəsini təsbit edir. Həmin qanun normaları mülkiyyətə yalnız müstəsna hallarda, cəmiyyətin maraqları naminə müdaxilənin mümkünlüyünü qeyd edirlər ki, bu müdaxilə də şəxsin hüquqlarının qorunması və ona mülkiyyətinin itirilməsi nəticəsində dəymiş zərərin tam və səmərəli kompensasiyanın ödənilməsi ilə birmənalı şəkildə şərtləndirilir. Lakin yuxarıda istinad olunan qanun normalarının əksinə olaraq, cavabdehin xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin söküləcəyi, həmin sökülməsi tələb edilən evin yerləşdiyi torpaq sahəsinin əldən çıxacağı halda, çəkəcəyi zərərlə bağlı heç bir kompensasiya təklif olunmamış, bu kompensasiyanın ödənilməsi üçün heç bir tədbir görülməmişdir. Başqa hal, yəni cavabdehin mülkiyyətində olan fərdi yaşayış evindən və sökülməsi tələb edilən evin yerləşdiyi torpaq sahəsindən məhrum olunması, həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin ona tam və səmərəli kompensasiya ödənilmədən sökülməsi, onun mülkiyyət hüquqlarına ədalətli sayılmayan müdaxilədir ki, yuxarıda istinad edilən normativ aktlar da bunu qəti şəkildə qadağan edir. Ona görə də məhkəmə, iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-cı maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 103 saylı qərarını bu işdə tətbiq etməklə, cavabdehin mülkiyyətindən məhrum edilməsi barədə mövqeyi ilə qəti razılaşmayaraq, belə halı yolverilməz hesab edir. Məhkəmə hesab edir ki, başqa hal, yəni iddianın təmin edilməklə, cavabdehin mülkiyyətində olan torpaq sahəsində tikdiyi xüsusi mülkiyyət hüququ ilə ona məxsus və ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin sökülməsi cavabdehin qanunun müdafiəsi altına düşən mülkiyyət hüquqlarının kobud pozuntusu ilə nəticələnmiş olardı. Məhkəmə bir daha xatırladır ki, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyrimaddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpaq sahəsinə icarə və istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Məhkəmə, yuxarıda sadalanan qanun normalarına əsaslanaraq, onu qeyd edir ki, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ mütləq deyildir və o, qanunla məhdudlaşdırıla bilər. Bu zaman həmin hüququn məhdulaşdırılması imkanının özü və onun xarakteri qanunverici tərəfindən Konstitusiyaya uyğun qaydada müəyyənləşdirilməlidir. Mülkiyyət hüquqlarının məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər konkretləşdirilmiş olmalıdır. Lakin hər bir halda mülkiyyət hüququnun məhdudlaşdırılması qanunda nəzərdə tutulan müəyyən şərtlərlə bağlanır ki, yuxarıda da həmin şərtlər sadanmışdır. Sporronq və Lonnrot İsveçə qarşı məhkəmə işində Avropa Məhkəməsi 1 saylı protokolun 1-ci maddəsinin təhlilini həyata keçirərək, onu üç normadan ibarət maddə kimi səciyyələndirdi. Birinci norma mülkiyyətdən maneəsiz istifadə prinsiplərini, ikinci norma mülkiyyətdən məhrum edilmənin bir sıra şərtlərini, üçüncü norma isə mülkiyyətdən istifadəyə nəzarəti müəyyən edir. X13rşı işdə Avropa Məhkəməsi vurğuladı ki, mülkiyyət hüququna istənilən müdaxilənin əsaslı olması üçün həmin müdaxilə cəmiyyətin ümumi maraqlarına xidmət etməli, yəni qanuni məqsəd daşımalıdır. Lakin Sporronq və Lonnrotun işində Avropa Məhkəməsi qanuni məqsəd daşımanı mülkiyyət hüququna müdaxilə üçün yetərli saymadı. Məhkəmə qeyd etdi ki, mülkiyyət hüququna müdaxilə baş veribsə, bu zaman cəmiyyətin ümumi maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalət tarazlığına riayət edilib-edilməməsi yoxlanmalıdır. Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və 1 saylı protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb. Avropa Məhkəməsi Sporronq və Lonnrotun işində bu tarazlığın pozulması qənaətinə gələrək, mövqeyini onunla əsaslandırdı ki, Sporronqun mirasının mülkiyyətçiləri və xanım Lonnrot xüsusi və həddən artıq ağır məhdudiyyətlər yükünə məruz qaldılar; həmin məhdudiyyətlər o halda qanuni ola bilərdi ki, müddətlərin (söhbət mülkiyyətə müdaxilənin müddətindən gedir) azaldılması və ya zərərin əvəzinin ödənilməsi mümkün olsun. Lakin həmin vaxt İsveç qanunvericiliyi bu imkanları istisna edirdi və həmin imkanlardan ikincisini hələ də istisna edir. X11rşı işdə Avropa Məhkəməsi qeyd etdi ki, ödənilən kompensasiya beynəlxalq hüququn ümumi prinsiplərinin tələb etdiyi kimi «adekvat, vaxtında ödənilən və səmərəli» olmalıdır. Slivçenko Latviyaya qarşı işdə Avropa Məhkəməsi bildirdi ki, təminat verilən hüquqlara müdaxiləni təşkil edən tədbir o halda «demokratik cəmiyyətdə zəruri» sayıla bilər ki, təxirəsalınmaz sosial tələbata cavab versin və tətbiq edilən vasitələr qarşıya qoyulan məqsədlərə mütənasib olsun. Göründüyü kimi, cavabdehin göstərilən torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarına hər hansı müdaxiləyə haqq qazandırmaq üçün bu müdaxilə qanuni məqsəd daşımalı, yəni cəmiyyətin ümumi maraqlarına xidmət etməli, ən əsası, bu zaman cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalət tarazlığına riayət olunmalıdır. Mülkiyyətdən məhrum etmə zamanı mülkiyyətçinin, yəni cavabdehin xüsusi və həddən artıq məhdudiyyətlər yükünə məruz qalması bu tarazlığın pozulması və 1 saylı protokolun 1-ci maddəsinin pozulması deməkdir. Bu məhdudiyyət o zaman qanuni ola bilərdi ki, mülkiyyətə müdaxilə, o cümlədən mülkiyyətdən məhrum etmə zamanı cavabdehə dəyən zərər tam şəkildə ona vaxtında və səmərəli şəkildə kompensasiya edilmiş olsun. Hazırki işdə iddiaçı cavabdehin fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna müdaxilənin hansı qanuni məqsədlər daşımasını, bunun hansı təxirəsalınmaz sosial tələbata cavab verməsini əsaslandırmamış, cavabdehə fərdi yaşayış evi və torpaq sahəsinə mülkiyyət hüquqlarına müdaxilə ilə əlaqədar ona dəyəcək zərərlə bağlı bu zərərə adekvat, vaxtında ödənilən və səmərəli kompensasiya ödənilməmiş və ya təklif edilməmişdir. İddiaçı tərəf göstərilənlərin əksini, yəni mülkiyyətə müdaxilənin təxirəsalınmaz sosial tələbata cavab verməsi və cavabdehə mülkiyyət hüqüqlarına müdaxilə ilə bağlı ona dəyəcək zərərlə bağlı adekvat, vaxtında ödənilən və səmərəli kompensasiyanın ödənilməsi və ya təklif edilməsini təsdiq edən har hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddianın təmin edilməklə, cavabdehə məxsus tikintinin ona heç bir kompensasiya ödənilmədən sökülməsi və onun mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi cavabdeh üçün xüsusi və ağır məhdudiyyətlər yükü yaratmış olardı ki, bu da mülkiyyətçinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29 və Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsi ilə təminat verilmiş mülkiyyət hüquqlarının kobud pozuntusu olardı. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normaları ilə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Cavabdeh qarşı Balakən rayonu Tülü kəndində cavabdehə məxsus tikilinin qarşısından keçən d-108 mm diametrli orta təzyiqli yerüstü qaz kəmərinin mühafizə zonasının bərpa edilməsi üçün cavabdehin öz hesabına (əvəzi ödənilmədən) sökülərək əvvəlki vəziyyətinə gətrilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır. Həmçinin hazırki iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçınə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iş üzrə ödənilmiş 10 manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən:Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-12/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-12/2024
17.05.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver