Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1212/2025 06.03.2026 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Səfərli Dünya Azad qızının katibliyi, Ərizəçi, maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi X6 iştirakları ilə Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 09 may 1969-cu il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonunun Sarıbulaq kəndində yaşayır. Onun bacısı 09 may 1969-cu il tarixdə doğulmuş X10 “Şizofreniya paranoid fasiləsiz gedişatı hal F20.0” diaqnozu ilə xəstədir. O, Balakən rayon Mərkəzi Xəstəxanasının psixiatriya kabinetində 1997-ci ildən qeydiyyatdadır. 2-ci qrup əlildir. Xəstəliyi ilə əlaqədar olaraq Minayə Xoçberova öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. Minayə Xoçberova ərə getməyib, uşaqları yoxdur. Uzun müddətdir ki, ona özü baxır və qulluq göstərir. Minayənin müntəzəm olaraq kənar şəxsin qulluğuna ehtiyacı var. Minayə Xoçberovanın təqaüd kartının alınması və dövlət tərəfindən əlillər üçün müəyyən edilmiş digər imtiyazlardan istifadə edilməsi üçün müvafiq təşkilatlara müraciət olunur. Lakin o, xəstə olduğundan sənədləri imzalamaq iqtidarında deyil. Minayənin əvəzinə lazımi sənədlərin imzalanması səlahiyyəti başqa şəxsə verilmir. Buna görə də onun fəaliyyət qabiliyyətinin olmaması barədə qərar qəbul olunmalı və ona qəyyum təyin olunmalıdır. Bu səbəbdən də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə Məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi iddia ərizəsinin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 09 may 1969-cu ildə doğulmuşdur. X1, X2r. doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulmuşdur. X2r. Balakən Rayon Mərkəzi Xəstəxanasının ambulator kitabçadan çıxarışdan görünür ki, X7 «Şizofreniya paranoid fasiləsiz gedişatı hal F20.0» formasında xroniki psixi xəstəlik diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X12 Şöbəsinin xx.xx.2025-ci il tarixli 866 nömrəli rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X11 şizofreniya paranoid forma, psixi qusur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, 09 may 1969-cu il tarixdə doğulmuş X5 şizofreniya paranoid forma, psixi qusur əlamətləri ilə (F20.0) diaqnozu ilə xəstəlik aşkar edilmişdir. Xəstəliyi ilə əlaqədar olaraq X10 öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. Bacısının xəstəliyi, yəni psixi pozuntuları ilə əlaqədar olaraq qəyyum təyin olunması zərurəti yaranmışdır. Ona görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 X12 Şöbəsinin rəyinə əsasən X5 «şizofreniya paranoid forma, psixi qusur əlamətləri ilə (F20.0)» formasında xroniki psixi xəstəlik müəyyən edilir, X10 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir, o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09 may 1969-cu il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 09 may 1969-cu il tarixdə doğulmuş X10 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1212/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1212/2025
06.03.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver