Məhkəmə qərarları › İş №e-2(019)-1215/2025

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1215/2025

24.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1215/2025 24.11.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ZƏMANƏT + 3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHİ, 2 ədəd PS5 oyun pultu üçün 3997.68 (üç min doqquz yüz doxsan yeddi manat 68 qəpik) manat ödənilməmiş hissə, 399.77 (üç yüz doxsan doqquz manat, 77 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********65769 SAMSUNG GALAXYA35, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 926.86 (doqquz yüz iyirmi altı manat 86 qəpik) manat ödənilməmiş hissə, 92.69 (doxsan iki manat, 69 qəpik) manat dəbbə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, ÜTÜ TEFAL, ZƏMANƏT + 2 İL xidməti üçün , 914.22 (doqquz yüz on dörd manat, 22 qəpik) manat ödənilməmiş hissə, 91.42 (doxsan bir manat, 42 qəpik) manat dəbbə- ümumilikdə 6422.64 manat borc və 84.23 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, ZƏMANƏT +3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHİ, 2 ədəd PS5 oyun pultu, İmei kod **********65769 SAMSUNG GALAXY A35, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ÜTÜ TEFAL, ZƏMANƏT + 2 İL xidməti almış və nəticədə 6422.64 (altı min dörd yüz iyirmi iki manat, 64 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3997.68 (üç min doqquz yüz doxsan yeddi manat, 68 qəpik) manat (24 ay x 166.57 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHİ, 2 ədəd PS5 oyun pultu üçün ümumilikdə, 4397.45 (dörd min üç yüz doxsan yeddi manat, 45 qəpik ) manat olmaqla, ondan, 3997.68 (üç min doqquz yüz doxsan yeddi manat 68 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 399.77 (üç yüz doxsan doqquz manat, 77 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1112.4 (bir min yüz on iki manat, 40 qəpik) manat (18 ay x 61.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********65769 SAMSUNG GALAXYA35, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün ümumilikdə, 1019.55 (bir min on doqquz manat 55 qəpik) olmaqla ondan, 926.86 (doqquz yüz iyirmi altı manat 86 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 92.69 (doxsan iki manat, 69 qəpik) manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 964.22 (doqquz yüz altmış dör dmanat 22 qəpik) manat (18 ay x 50.79 manat + 50 manat ilkin ödəniş) olan ÜTÜ TEFAL, ZƏMANƏT + 2 İL xidməti üçün ümumilikdə, 1005.64 (bir min beş manat, 64 qəpik) manat olmaqla ondan, 914.22 (doqquz yüz on dörd manat, 22 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 91.42 (doxsan bir manat, 42 qəpik) manat dəbbə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 235.54 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır.Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə,qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər;tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhviltəslim aktı və ödəniş cədvəlindən ibarətdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Problemli Kreditlər Departamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığını göstərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.5-ci maddələrinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ZƏMANƏT + 3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHİ, 2 ədəd PS5 oyun pultu 24 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti , İmei kod **********65769 SAMSUNG GALAXY A35, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ÜTÜ TEFAL, ZƏMANƏT + 2 İL xidməti 18 ay müddətinə kreditlə-nisyə satmışdır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki,məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə arasında bağlanmış xx.xx.2025-ci il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən, ZƏMANƏT + 3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHİ, 2 ədəd PS5 oyun pultu, İmei kod **********65769 SAMSUNG GALAXY A35, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti, ÜTÜ TEFAL, ZƏMANƏT + 2 İL xidməti nisyə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3997.68 manat (24 ay x 166.57 manat + 0 manat ilkin ödəniş) olan ZƏMANƏT + 3 İL xidməti, QƏHVƏBİŞİRƏN DELONGHİ, 2 ədəd PS5 oyun pultu üçün 3997.68 manatı ödəməmiş, ona 399.77 manat dəbbə; xx.xx.2025-ci il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1112.4 manat (18 ay x 61.8 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********65769 SAMSUNG GALAXYA35, VİNİL MAT, QİZİL ZƏMANƏT ULTRA2 İL xidməti üçün 926.86 manatı ödəməmiş , ona 92.69 manat dəbbə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 964.22 manat (18 ay x 50.79 manat + 50 manat ilkin ödəniş) olan ÜTÜ TEFAL,ZƏMANƏT + 2 İL xidməti üçün 914.22 manatı ödəməmiş , ona 91.42 manat dəbbə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 235.54 manat təşkil edir. Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 30 manat, xx.xx.2025-ci il tarxli ********** nömrəli müqavilə üzrə 09 manat, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 09 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 3997.68 manat əsas, 30 manat cərimə, xx.xx.2025-ci il tarixli,********** nömrəli müqavilə üzrə 926.86 manat əsas, 09 manat cərimə, xx.xx.2025-ci il tarixli,********** nömrəli müqavilə üzrə 914.22 manat əsas, 09 manat cərimə borcu olmaqla cəmi 5886,76 manat və ödənilmiş 84.23 manat dövlət rüsumunun 58,86 manatı alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 3997.68 manat əsas, 30 manat cərimə, xx.xx.2025-ci il tarixli,********** nömrəli müqavilə üzrə 926.86 manat əsas, 09 manat cərimə, xx.xx.2025-ci il tarixli,********** nömrəli müqavilə üzrə 914.22 manat əsas, 09 manat cərimə borcu olmaqla cəmi 5886,76 manat və ödənilmiş dövlət rüsumuna görə 58,86 manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar