Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1225/2025 01.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00281 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET M xidməti üçün, 465.62 (dörd yüz altmış beş manat 62 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 46.56 (qırx altı manat 56 qəpik) manat cərimə, xx.xx.2025-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********84519 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XXXL xidməti üçün , 4229.46 (dörd min iki yüz iyirmi doqquz manat 46 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 422.95 (dörd yüz iyirmi iki manat 95 qəpik) manat cərimə, ümumilikdə 5211.79 manat borc, 72.12 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilələrə əsasən İmei kod **********00281 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET M xidməti, İmei kod **********84519 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XXXL xidməti almış və nəticədə 5211.79 (beş min iki yüz on bir manat 79 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 493.02 (dörd yüz doxsan üç manat 2 qəpik) manat (18 ay x 27.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00281 SAMSUNG GALAXYA05S, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET M xidməti üçün ümumilikdə, 535.78 (beş yüz otuz beş manat 78 qəpik) manat olmaqla ondan, 465.62 (dörd yüz altmış beş manat 62 qəpik manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 46.56 (qırx altı manat 56 qəpik) manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4874.46 (dörd min səkkiz yüz yetmiş dörd manat 46 qəpik) manat (18 ay x 237.47 manat + 600 manat ilkin ödəniş) olan İmei kod **********84519 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XXXL xidməti üçün ümumilikdə, 4676.01 (dörd min altı yüz yetmiş altı manat 1 qəpik) manat olmaqla ondan, 4229.46 (dörd min iiki yüz iyirmi doqquz manat 46 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 422.95 (dörd yüz iyirmi iki manat 95 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 672.4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Tələblərinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsinə yönəldilə bilər. İddiaçı "xxxx" MMC və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Problemli Kreditlər Depertamentinin rəhbəri Nümayəndə məhkəməyə ərizə göndərərək məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmək mümkün olmadığını göstərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.5-ci maddələrinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 493.02 manat dəyərində İmei kod **********00281 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET M xidməti 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilədən görünür ki, Cavabdeh iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 4874.46 manat dəyərində İmei kod **********84519 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XXXL xidməti 18 ay müddətinə kreditlə-nisyə satmışdır. İşdə olan 10 sentyabr 2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən Cavabdeh, nisyə alqı-satqı müqaviləsi əsasında satılmış, İmei kod **********84519 İPHONE 16 PRO MAX markalı telefon üşün 23,6 ( iyirmi üç manat 60 qəpik) manat, İmei kod **********00281 SAMSUNG GALAXY A05S markalı telefon üçün 23,6 ( iyirmi üç manat 60 qəpik) manat olmaqla , mobil telefonların açılıb bağlanması xidmətlərinə görə, İnnovativ Layihələr Mərkəzinə ümumilkidə 47.2 manat (qırx yeddi manat 20 qəpik) AZN pul ödənilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edilmişdir ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən İmei kod **********00281 SAMSUNG GALAXY A05S, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET M xidməti dzə xx.xx.2025-ci il tarixli ********** nömrəli müqaviləyə əsasən isə İmei kod **********84519 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA 3 İL xidməti, PAKET XXXL xidməti 18 ay müddətinə nisyə-kreditlə almışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 493.02 manat (18 ay x 27.39 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********00281 SAMSUNG GALAXYA05S, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET M xidməti üçün 465.62 manatı ödəməmiş, ona 46.56 manat cərimə; xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 4874.46 manat (18 ay x 237.47 manat + 600 manat ilkin ödəniş) olan İmei kod **********84519 İPHONE 16 PRO MAX, QİZİL ZƏMANƏT ULTRA3 İL xidməti, PAKET XXXL xidməti üçün 4229.46 manatı ödəməmiş, ona 422.95 (dörd yüz iyirmi iki manat 95 qəpik) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 672.4 manat təşkil edir.Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 04 manat, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə 40 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 465.62 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum,04 manat cərimə, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 4229.46 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 40 manat cərimə olmaqla cəmi 4786,28 manat və ödənilmiş 72.12 manat dövlət rüsumunun 67,86 manatı alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 465.62 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 04 manat cərimə, xx.xx.2025-ci il tarixli ********** nömrəli müqavilə üzrə ödənilməmiş 4229.46 manat, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 40 manat cərimə, cəmi 4786,28 manat və ödənilmiş dövlət rüsumuna görə 67,86 manat alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1225/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1225/2025
01.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver