Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1233/2024 12.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızının sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair iş üzrə materialı nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********64231 SAMSUNG GALAXY S23 markalı telefon üçün 1513.35 manat ödənilməmiş hissə, 151.65 manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, SAMSUNG CHARGER üçün 49.49 manat ödənilməmiş hissə, 4.51 manat cərimə, ümumilikdə 1719 manat borc, 37.19 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 37.19 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edib, işi baxılmamış saxlayaraq iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki kiçik iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən və bu, qanuna zidd olmadığına, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığına görə, İddiaçı kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün ödənilmiş 37.19 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə İddiaçınə qaytarılmalı və ərizəçiyə iddia ərizəsinin qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268, 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş 37.19 manat dövlət rüsumu Azərbaycan Respublikasının Dövlət büdcəsindən Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə iddiaçıya qaytarılsın. Ərizəçiyə iddia ərizəsinin qaytarılmasına əsas olan hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1233/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1233/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver