Məhkəmə qərarları › İş №e-2(019)-126/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-126/2024

02.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-126/2024 02.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı vəsiyyətnamənin etibarsızlığı və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən Rayon Notariat Ofisi tərəfindən verilmiş *2 yanvar 202*-ci il tarixli reyestr 2V-*5 nömrəli vəsiyyətnamənin etibarsız hesab edilməsi, *2 yanvar 202*-ci il tarixli reyestr 2V-*5 nömrəli vəsiyyətnamə əsasında cavabdeh Balakən Rayon Notariat Ofisi tərəfindən mübahisəli miras əmlak barəsində cavabdeh X* verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, birgə iddiaçılar İddiaçı2 və İddiaçı* mirasın qəbulu müddətini üzrlü səbəbdən dolayı ötürdükləri üçün mirasın qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan *6.*0.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı2 tərəfindən hazırki iddianın qaldırılması üçün *00 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, hazırki işin məhkəmə hazırlıq iclaslarının *6.0*.2024-cü il tarixə saat saat *2.30-a, 26.0*.2024-cü il tarixə saat *5.45-ə və xx.xx.2024-cü il tarixə saat *5.45-ə təyin olunmasına baxmayaraq iş üzrə iddiaçılar İddiaçı* və İddiaçı2 və cavabdehlər Cavabdeh2 nümayəndəsi və Cavabdeh* *6.0*.2024-cü il tarixə saat *2.30-a, 26.0*.2024-cü il tarixə saat *5.45-ə və xx.xx.2024-cü il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclaslarına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun № *2 “ 24 ” dekabr 202*-ci il tarixli qərarına əsasən “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20**-ci il 3* mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 5.*. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.* - 259.0.*0, 259.0.*2 və 259.0.*3-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.*-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *85.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **4.*-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır:…**4.*.5. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **4.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin **9.*-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, qeyd edilən məhkəmə hazırlıq iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçılar və cavabdehlər həmin məhkəmə hazırlıq iclaslarına gəlmədikləri və işə onların iştirakı olmadan baxmağı xahiş etmədikləri üçün iddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı vəsiyyətnamənin etibarsızlığı və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara qaytarılmalı, bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş *00 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı2 qaytarılmalı, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: İddiaçılar İddiaçı* və İddiaçı2 cavabdehlər Cavabdeh2nə və Cavabdeh* qarşı vəsiyyətnamənin etibarsızlığı və onun əsasında verilmiş vərəsəlik şəhadətnaməsinin ləğvi, mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın; iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılar İddiaçı* və İddiaçı2 qaytarılsın; bu qərardad qanuni qüvvəyə mindikdən sonra hazırki iddianın qaldırılması üçün ödənilmiş *00 manat dövlət rüsumu Balakən rayon Maliyyə Şöbəsi vasitəsilə Azərbaycan Respublikasının Dövlət büdcəsindən İddiaçı2 qaytarılsın; iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar