Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-128/2025 10.02.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, xx xxxxxx 1976-cı il təvəllüdlü Cavabdeh 27 avqust 2023-cü il tarixli BKK6441636 saylı borc müqaviləsinə əsasən 405 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 535 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 27 avqust 2023-cü il tarixli borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 605 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 405 manat əsas borcu qalmışdır. Qeyd edilən borc müqaviləsinə əsasən borcalan (cavabdeh) müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% cərimə ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 243 manat cərimə borcu yaranmışdır (405 manat x 60 gün x 1%=243 manat). İddiaçı cərimə borcunu cavabdehdən cəmi 100 manat məbləğində tələb edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh 27 avqust 2023-cü il tarixli BKK6441636 saylı borc müqaviləsinə əsasən 405 manat əsas borc, müqavilə üzrə hesablanmış 100 manat cərimə borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 535 manat pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Müqavilədə tərəflər arasında yaranmış mübahisənin pretenziya qaydasında həll olunmağı nəzərdə tutulmadığından cavabdeh tərəfə pretenziya məktubu göndərilməmişdir. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək 10 fevral 2025-ci il tarixə saat 14:50-ə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiyini, hər hansı əlavə sübut və vəsatətinin olmadığını göstərərək, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Cavabdeh məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1 və 185.5-ci maddələrinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 27 avqust 2023-cü il tarixli, BKK6441636 nömrəli borc müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən 12 ay müddətinə 605 manat dəyərində məişət avadanlığı satılmışdır. İlkin olaraq 65 manat ödəniş edilmiş, ödəniləcək məbləğ 405 manatdır. Qeyd: Borcalan borc üzrə əsas borc məbləğini şirkətə vaxtında qaytarmadıqda əlavə olaraq şirkətə vaxtında qaytarılmayan məbləğ üçün hər günə görə 1% dərəcəsi ilə hesablanan dəbbə pulunu cərimə kimi ödəməlidir. İşdə olan xx.xx.2024-cü il tarixli 1576 qeyd nömrəli maliyyə arayışında göstərilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixində bağlanmış BKK6441636 saylı müqavilə üzrə ödənilməmiş 405 AZN əsas (qalıq) borcu vardır. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC ilə müddəti 12 ay olmaqla 27 avqust 2023-cü il tarixli BKK6441636 saylı borc müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 605 manat olan məişət avadanlığı əldə etmiş, cavabdehin müqavilə üzrə ödənişlər etdikdən sonra iddiaçıya 405 manat əsas borcu qalmışdır. İddiaçı cavabdehdən 100 manat məbləğində cərimə tələb edir.Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə,icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafeyini, həm də digər əsaslı mənafeləri nəzərə alaraq hesab edir ki, cərimənin miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 7 manat həcmində müəyyən edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh 07 yanvar 1976-cı il təvəllüdlü Cavabdeh 27 avqust 2023-cü il tarixli BKK6441636 nömrəli borc müqaviləsinə əsasən 405 manat əsas borc, 7 manat cərimə borcu, cəmi 412 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 24,60 manatı alınıb İddiaçın xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 07 yanvar 1976-cı il təvəllüdlü Cavabdeh 27 avqust 2023-cü il tarixli BKK6441636 nömrəli borc müqaviləsinə əsasən 405 manat əsas borc, 7 manat cərimə borcu, cəmi 412 manat borc və ödənilmiş dövlət rüsumuna görə 24,60 manat alınıb İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətə ödənilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-128/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-128/2025
10.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver