Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1298/2024 20.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq, müəyyən etdim: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh Zaqatala X2 İdarəsi tərəfindən mülkiyyətçisi olduğu ünvan 1 ünvanında yerləşən mənzilində qazdan istifadə ilə bağlı, əsassız olaraq artıq ödənilmiş 294 (iki yüz doxsan dörd) manat pulun geri qaytarılması və 250 (iki yüz əlli) manat maddi ziyanın (çəkilmiş xərclər) cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq hesab edir ki, aşağıda göstərilən əsaslara görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, İş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı ondan tutulan 294 manat və yola xərclənən 250 manat pulun ona qaytarılması tələbinə dair iddiası təmin olunmamışdır. İş materiallarından həmçinin görünür ki, Balakən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(019)-640/2021 saylı qətnaməsi qanuni qüvvəyə minmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədləri, mülki prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğuna görə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin ərizəçi İddiaçı hazırki ərizəsinin qəbul edilməsindən imtina edilməsinin Cavabdehnə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153, 263-264 və 266-268-ci maddələrini rəhbər tutub q ə r a r a a l d ı m: İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsinin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə İddiaçı rəsmi qaydada verilsin. Ərizəçi İddiaçı ərizənin qəbul edilməsindən imtina edilməsinin Cavabdehnə qarşı həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olması izah edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova
Məhkəmə qərarları › İş №e-2(019)-1298/2024
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1298/2024
20.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver