Məhkəmə qərarları › İş №e-2(019)-1312/2024

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1312/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1312/2024 27.12.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Arifə Namus qızı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiaya dair iş üzrə materialı nəzərdən keçirərək, məhkəmə müəyyən e t d i: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Qazma kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 427.12 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə cəmi 708.48 manat əsas borcun, əvvəlcədən ödənilmiş 31.36 manat dövlət rüsumun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə isə 1167.36 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli mədaxil qəbzi ilə hazırki iddianın qaldırılması üçün Azərbaycan Respublikasının Dövlət büdcəsinə 31.36 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edib, İddiaçı İB-nin Cavabdeh qarşı iddia ərzəsinə dair əvvəlki tarixdə iddia tələbi mövcud olduğu üçün e- 2(019)-1312/2024 saylı işə aid iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə hesab edir ki, İddiaçı hazırki kiçik iddia ərizəsinin qaytarılması barədə ərizə verdiyindən iddiaçının kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, İddiaçı tərəfindən Balakən Rayon Məhkəməsində iddia qaldırmaq üçün ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152, 263-264 və 266-268, 284-3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən Azərbaycan Beynəlxalq Bankı ASC vasitəsilə ********** nömrəli, xx.xx.2024-cü il tarixli qəbzlə ödənilmiş 31.36 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardadın dövlət rüsumuna aid hissədə icrası Balakən Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Arifə Cəfərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar