Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-135/2025 22.01.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, cavabdehlər Cavabdeh2, X10, Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X13, X14, X23 və X15 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, X16 və Cavabdeh3 qarşı 10 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, X16 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək iddianın təmin edilərək cavabdehlərin mülkiyyətinə verilmiş, Balakən rayonu Yeni Şərif kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN 676 KOD 40114018 olan Dövlət Aktında göstərilmiş 8434.28 kv/m torpaq sahəsinin cavabdehlərlə mərhum X37 arasında bağlanmış 10 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində iddianın dəqiqləşdirilməsi, iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərin mülkiyyətinə verilmiş, Balakən rayonu Yeni Şərif kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN-676 KOJD 40114018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktında göstərilmiş 8434,28 kv/m torpaq sahəsinin cavabdehlərlə mərhum X37 arasında bağlanmış 10 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və AN-İ № ******* nömrəli daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək hüquqi savadsızlığından ərizələrdə nöqsanlara yol verdiyini göstərərək Balakən rayonu Tülü kəndində çöl sahəsində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş JN-676 KOJD 40114018 olan Dövlət Aktında göstərilmiş 8434,28 kv/m torpaq sahəsinin cavabdehlərlə mərhum X37 arasında bağlanmış 10 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi və AN-İ № ******* nömrəli daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər həmkəndliləridir. Cavabdeh2 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslahat komissiyasının xx.xx.1997ci il tarixli 37 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN 676 KOD 40114018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı təqdim olunmuşdur. Cavabdehlər onlara verilmiş, çöl sahəsində yerləşən 0.84 ha torpaq sahəsini istifadə edə bilmədiyinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. 10 mart 2005-ci ildə Cavabdeh2, Cavabdeh1 Camaldin qızının, Cavabdeh3, X26 və X19 iştirakları ilə Balakən rayonu Tülü kənd İnzibati Ərazi Dairəsində cavabdehlərə məxsus olan 0.84 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsinin atası X5 dair AKT tərtib edilmiş və orada iştirak edənlər həmin sənədə imza etmişlər. Torpağın müqabilində atası onlara ******* (bir milyon altı yüz min )manat verməklə həmin torpağı onlardan almışdır. Bundan sonra cavabdehlər torpaq sahəsini X18na təhvil vermişlər. Onlar bildirmişlər ki, hazırda sənədləri qaydasında deyil, sənədlər tam hazır olandan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Bundan sonra atası həmin torpaq sahəsindən istifadə etmişdir. Tərəflər həmin torpaq sahəsinin alqı-satqı müqaviləsini notariat kontorunda təsdiq etdirmək üçün müvafiq sənədlər hazırlandıqdan sonra alqısatqı müqaviləsini təsdiq etdirəcəkləri barədə razılıq əldə etmişlər. X18 xx.xx.2012-ci ildə ölmüşdür. Onun ölümündən sonra ondan qalmış miras əmlakları o, qəbul etmişdir. Bundan sonra dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, onlar notariat kontoruna gəlməyəcəklərini bildirmişlər. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O,əlavə olaraq göstərdi ki, hazırda da həmin torpaq sahəsi onların sahibliyində və istifadəsindədir. Torpaq sahəsindən iddiaçının əmisi istifadə edir. Məhkəmə iclasında onlara məlum olmuşdur ki, onlar məhkəmə iddia qaldırdıqdan sonra 18 noyabr 2024-cü il tarixdə cavabdehlər Cavabdeh3,Cavabdeh2, X33, X27,X28 və X35 formal olaraq X29 adlı şəxslə torpaq sahəsinin alqı-satqısı barədə 18 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışlar və Balakən regional “ASAN xidmət”mərkəzində notariat ofisində qeydə aldırmışlar. Onlar pulunu ödəyib, həmin torpaq sahəsini almışlar və 20 ilə yaxındır ki, o, torpaq sahəsi mübahisəsiz olaraq onların sahibliyində və istifadəsindədir. İddia tələbləri əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. O, 2005-ci ilin mart ayında həmin torpaq sahəsini istifadə etməsi üçün X32 vermiş və indiki pulla 320 manat pul almışdır. Bu barədə akt tərtib olunmuş, o da imzalamışdır. İddiaçının məhkəməyə təqdim etdiyi aktdakı imza da ona məxsusdur. O, vaxtdan hal-hazıra kimi də torpaq sahəsi X26 və ailə üzvülərinin istifadəsindədir. Son vaxtlar Bələdiyyə torpağın vergisini ondan tələb edəndə onlara məlum olmuşdur ki, torpaq sahəsi hal-hazırda da onların adınadır. Bundan sonra o, torpağın vergisini ödəmiş və torpaqdan özü istifadə etmək qərarına gəlmişdir. Sonra isə 18 noyabr 2024-cü il tarixdə həmin torpaq sahəsini X20 4500 manata satmışlar və onlar arasındakı alqı-satqı müqaviləsi Balakən regional “ASAN xidmət” mərkəzində notariat ofisində qeydə alınmışdır. İddiaçının iddia tələbinə etiraz edir. İddiaçının atası aldığı torpağı öz adına qeydə aldıra idi. Torpaq sahəsi özlərinin adında olmuş, vergisini də özləri ödəmişlər. Hazırda da torpaq sahəsini satmışlar. İddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 2005-ci ildə əri Camaldin torpaq sahəsini istifadə etməsi üçün X32 vermişdir. O vaxtda da torpaq sahəsindən onlar istifadə edirlər. O, heç kimə torpaq satmamışdır, heç bir sənədə imza etməmişdir. X37 torpaq sahəsini almışdısa öz adına keçirəydi. Onlar torpaq sahəsini artıq başqa şəxsə satmışlar. İddia tələbinə etiraz edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X24 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 2005-ci ildə o.uşaq olmuşdur, heç bir sənədə imza etməmişdir, heç kimə torpaq satmamışdır. İddia tələbinə etiraz edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. 2005-ci ildə o.uşaq olmuşdur, heç bir sənədə imza etməmişdir, heç kimə torpaq satmamışdır. İddia tələbinə etiraz edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X27 iddiaya etiraz edərək göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. O, nə iddiaçıya,nə də onun atasına torpaq satmamışdır. İddiaya etiraz edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X28 iddiaya etiraz edərək göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. O, nə iddiaçıya, nə də onun atasına torpaq satmamışdır. İddiaya etiraz edir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X35 iddiaya etiraz edərək göstərdi ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. O, nə iddiaçıya,nə də onun atasına torpaq satmamışdır. İddiaya etiraz edir.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən rayonu Tülü kənd sakinləri Cavabdeh3, Cavabdeh2, X33, X27,X28 və X35 mülkiyyətlərində olan 0,7972 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 18 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında ona satmışlar. Hazırda həmin torpaq sahəsindən istifadə etmir, lakin torpaq sahəsi sənədlə onundur. İddiaya etiraz edir.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən Rayon İcra Hakimiyyəti Tülü kənd İcra nümayəndəsi tərəfindən möhürlə təsdiq olunmuş 10 mart 2005-ci il tarixli aktda göstərilir: “10 mart 2005-ci il Tülü kəndi Biz aşağıda adları göstərilən şəxslər : 1.Tülü kənd sakini Cavabdeh2 2.Tülü kənd sakini Cavabdeh3 3.Tülü kənd sakini Cavabdeh1 Camaldin qızı 4,Tülü kənd sakini X37 5.Tülü kənd sakini X34 yoldaşların iştirakı ilə tərtib edirik həmin aktı ondan ötrü ki, Cavabdeh2 ailəsinə verilən 676 saylı Dövlət aktına əsasən verilmiş 0.84 ha pay torpaq sahəsini X32 birdəfəlik olaraq ******* ( bir milyon altı yüz min) manata satdı. 676 saylı dövlət aktına əsasən verilmiş 0.84 ha pay torpaq sahəsini birdəfəlik olaraq X32 gələcəkdə heç bir iddiamız olmamaq şərti ilə ******* (bir milyon altı yüz min) manata satdım: imza var Cavabdeh2. 1600000 (bir milyon altı yüz min) manat nəğd pulu aldım: imza Cavabdeh2. 676 saylı Dövlət aktına əsasən verilmiş 0.84 ha pay torpaq sahəsini 160000 (bir milyon altı yüz min) manata aldım: imza Orucov Cədullah Odur ki. aktın doğruluğunu imzalarımızla təsdiq edirik: 1.imza:Cavabdeh2 2.imza:Cavabdeh3 3.imza:Cavabdeh1 4.imza:S.Orucov 5.imza:A.Atayev. Akt Balakən Rayon İcra Hakimiyyəti Tülü kənd İcra nümayəndəsi tərəfindən möhürlə təsdiq olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 yanvar 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 565730 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X37 19 noyabr 2012-ci ildə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-676,KOD 40114018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Camaldin qızına, X21, X17 və X30 Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 18 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3,Cavabdeh2, X33, X27, X28 və X9 rayonu Tülü kəndində yerləşən 0.7972 ha olan torpaq sahəsini 4500 (dörd min beş yüz) manata X2. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Tülü kənd icra nümayəndəliyi tərəfindən 27 fevral 2021-ci il tarixdə verilmiş AZ-T seriyalı 155917 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X38 xx.xx.1985-ci ildə anadan olmuş, X18, anası X47 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 01 aprel 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 113165 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki,Nümayəndə ilə İddiaçı arasında xx.xx.2021-ci ildə nikah bağlanmış,nikah bağlanandan sonra arvada Çantayeva soyadı verilmişdir. İşdə olan xx.xx.2024-xcü il tarixli 16924 nömrəli qəbzdən görünür ki, İddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehlərin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılarkən müəyyən olunmuşdur ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarı ilə, JN-676 kod-40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh2, Cavabdeh3, Məmmədova Cəlalə(Cəmilə) Camaldin qızının, X13, X11 və X23 ümumi birgə mülkiyyətinə Balakən rayonu Tülü kəndi ərazisindən 0.90 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 10 mart 2005-ci il tarixdə cavabdehlər ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* ( bir milyon altı yüz min) manata iddiaçı X7. Bu barədə 10 mart 2005-ci il tarixdə Tülü kənd icra nümayəndəliyində Cavabdeh2, Cavabdeh3, X22,X26 və X19 iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuşdur. Cavabdeh2,Cavabdeh3 və X31 torpaq sahəsini X32 bir dəfəlik satdıqlarını göstərərək və gələcəkdə heç bir iddialarının olmayacağına söz vermişlər. O, vaxtdan da torpaq sahəsi X26 isitdəsində və sahibliyində olmuşdur. X37 19 noyabr 2012-ci ildə ölmüşdür. O, öldükdən sonra isə sözügedən torpaq sahəsi onun ailə üzvülərinin sahibliyində və istifadəsindədir. X37 və ailə üzvüləri həmin torpaq sahəsindən etirazsız istifadə etmişdirlər. Cavabdehlər hazırda alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanmasından imtina etdikləri üçün X26 vərəsəsi Çantayeva (Orucova ) Günay Sədullah qızı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edildi ki, İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etdikdən sonra Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X35 həmin torpaq sahəsinin 4500 (dörd min beş yüz) manata X3 ilə bağlı Balakən regional “ASAN xidmət”mərkəzində notariat ofisində 18 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlamışlar. Müqavilə reyestrdə 4Ə-1771 nömrə ilə qeydə alınmışdır. Məhkəmə ilk öncə iddia tələbinə 10 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsinə aid hissədə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə iddia tələbinin bu hissəsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından göründüyü kimi tərəflər arasında torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı münasibətlər 10 mart 2005-ci il tarixdə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi , 10 mart 2005-ci il tarixdə Cavabdeh2, Cavabdeh3 və X31 özlərinin və ailə üzvülərinin ümumi birgə mülkiyyətlərində olan, JN-373 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilmiş 0.84 ha torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (bir milyon altı yüz min) manata iddiaçı X7. Bu barədə 10 mart 2005-ci il tarixdə Tülü kənd icra nümayəndəliyində Cavabdeh2,Cavabdeh3, Məmmədova Cəlalə(Cəmilə) Camaldin qızının, X26 və X19 iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuş və kənd icra nümayəndəliyinin möhürü ilə təsdiq olunmuşdur. Həmin vaxt Cavabdeh2 torpaq sahəsinə görə iddiaçı X25 o,vaxtkı məzənnə ilə ******* ( bir milyon altı yüz min) manatı almış və torpaq sahəsini və JN-676 kod 40114018 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın əslini X4 və istifadəsinə vermişlər. O,vaxtdan da torpaq sahəsi X26 aşkar sahibliyində və istifadəsindədir. X37 həmin torpaq sahəsindən etirazsız istifadə etmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının mərhum X18 əqdi icra etmiş, tərəflər arasında bağlanmış 10 mart 2005-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmışdırlar. Əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Torpaq sahəsinin X6, torpaq mülkiyyətçilərindən Cavabdeh3, Məmmədova Cəlalə(Cəmilə) Camaldin qızının, X13, X11 və X23 akta imza etməmələri barədə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə işin hallarını, cavabdeh tərəfin torpaq sahəsinin istifadə üçün verilməsi barədə heç bir sübut təqdim etməmələrini, əksinə torpaq sahəsinin satılması ilə bağlı işdə mötəbər sübutlar olmasını, qanunvericiliyin və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X23 ümumi birgə mülkiyyətində olan 8434.28 kv/m torpaq sahəsinin İddiaçı mərhum atası X8 barədə 10 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir. Məhkəmə iddia tələbinə 18 noyabr 2024-cü il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə aid hissədə hüquqi qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən, əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, almanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia ərizəsi 25 oktyabr 2024-cü ildə məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X35 ilə X29 arasında AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi 18 noyabr 2024-cü il tarixdə bağlanmışdır. Məhkəmə iclasında cavabdeh tərəfin özləri, o cümlədən X29 etiraf etdilər ki, sözügedən torpaq sahəsi hazırda da iddiaçının ailə üzvülərinin istifadəsindədir, həmin torpaq sahəsi X1 və istifadəsinə verilməmişdir. X29 isə məhkəmə iclasında torpaq sahəsini neçəyə aldığını belə deyə bilmədi. Buradan da aydın oldu ki, Yalçın Xəsmədov qarşı tərəfə pul ödəməmişdir. Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X23 torpaq sahəsini X1 və istifadəsinə verməmələrini, sonuncunun isə onlara pul ödəməsinin təsdiq olunmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, onlar arasında bağlanmış AN-İ ******* nömrəli 18 noyabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Mülki Məcəllənin 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Məhkəmə işin yuxarıda göstərilən hallarını, habelə 10 mart 2005-ci il tarixli alqı-satqı müqaviləsi etibarlı hesab olunmasını nəzərə alaraq hesab edir ki , iddia tələbi AN-İ ******* nömrəli 18 noyabr 2024-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız sayılmasına aid hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarına əsasən JN-676 kod 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Camaldin qızının,X13, X11 və X23 mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 8434.28 kv/m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı mərhum atası X8 barədə X37 ilə Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X35 aralarında 10 mart 2005-ci il tarixdə bağlanmış alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməli, həmçinin Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X35 ilə X15 arasında Balakən regional “ASAN xidmət”mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə- 1771 nömrə ilə qeydə alınmış 18 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılmalıdır. İddiaçının dövlət rüsumu olaraq ödədiyi 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2,Cavabdeh3 və X12 alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Balakən Rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1997-ci il tarixli 37 nömrəli qərarına əsasən JN-676 kod 40114018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 Camaldin qızının,X13, X11 və X23 mülkiyyətinə verilmiş, Balakən rayonu Tülü kəndində yerləşən 8434.28 kv/m kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin İddiaçı mərhum atası X8 barədə X37 ilə Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X35 aralarında 10 mart 2005-ci il tarixdə bağlanmış alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilsin; Cavabdeh3, Cavabdeh2, X33, X27, X28 və X35 ilə X15 arasında Balakən regional “ASAN xidmət”mərkəzində notariat ofisində bağlanmış, reyestrdə 4Ə-1771 nömrə ilə qeydə alınmış 18 noyabr 2024-cü il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız sayılsın; 100 manat dövlət rüsumu xərci cavabdehlər Cavabdeh2, Cavabdeh3ndın və X12 alınıb İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-135/2025
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-135/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver