Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-1417/2025 03.12.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Səlimov Hümbət Qamuna oğlu İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair ərizəni Balakən Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Katex kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 879.18 ( səkkiz yüz yetmiş doqquz manat on səkkiz qəpik) manat əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun, ümumilikdə isə 909.18 (doqquz yüz doqquz manat on səkkiz qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kiçik iddialara dair ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizənin qəbul olunmasından imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-4.1-ci maddəsinə əsasən məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından aşağıdakı hallarda imtina edir: 284-4.1.1. bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə; 284-4.1.2. verilmiş tələb bu Məcəllənin 284-1-ci maddəsinə uyğun deyildirsə; 284-4.1.3. verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa. 153.2 və 153.2.2-ci maddələrinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. İşdən göründüyü kimi, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 879.18 manat əsas borcun, əvvəlcədən ödənilmiş 30.40 manat rüsum, 909.58 manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə sadələşdirilmiş icraat qaydasında qətnamə çıxarılmasını xahiş etmişdir.Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(019)- 261/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh qaz sayğacının göstəricisinə əsasən hesablanmış 879.18 manat əsas borc, 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı, cəmi 909.58 manat pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Bundan sonra İddiaçı Cavabdeh qarşı eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, kiçik iddialara dair ərizənin qəbul edilməsindən imtina edilməlidir. Mülki Prosessual Məcəllənin: 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Azəriqaz” İstehsalat Birliyinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 284-4.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “borc” tələbi barədə kiçik iddialara dair ərizəninin qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı Azəriqaz” İstehsalat Birliyinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim H.Q.Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-1417/2025
Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-1417/2025
03.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver