Məhkəmə qərarları › İş №e-2(019)-146/2025

Balakən Rayon Məhkəməsi Qərardad — İş №e-2(019)-146/2025

26.05.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Balakən Rayonu İş № e-2(019)-146/2025 26.05.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçı X1 Qoruğunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı X1 Qoruğunun Cavabdeh qarşı “qanunusuz tikilinin sökülməsi” tələbi barədə işə Balakən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 Qoruğu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh X1 Qoruğunun Gərəkli sahəsinin 06 dolayın 113-cü kvartalında apardığı qanunusuz tikilinin dərhal sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan X1 Qoruğu 04 dekabr 1929-cu il tarixdə Zaqatala və Balakən rayonlarının İnzibati ərazi dairəsində yaradılmışdır.24 mart 2000-ci il tarixli 840-İQ nömrəli Xüsusi Mühafizə Olunan Təbiət əraziləri haqqında Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən X1 Qoruğunun ərazisi Xüsusi mühafizə olunan Təbiət ərazisi statusına malik olduğundan orada hər hansı bir tikinti və digər təsərrüfat fəaliyyətləri qadağandır.Balakən rayon Mahamalar kənd sakini Cavabdeh tərəfindən qanunsuz tikilinin dərhal sökülərək ərazinin əvvəlki vəziyyətə qaytarılması mütləq vacibdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 Qoruğununun nümayəndəsi Nümayəndə ərizə təqdim edərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Cavabdeh iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddiaçının iddiadan imtinası qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı X1 Qoruğu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Balakən rayonu Mahamalar kənd sakini Cavabdeh X1 Qoruğunun Gərəkli sahəsinini 06 dolayın 113-cü kvartalında apardığı qanunusuz tikilinin dərhal sökülərək ərazinin əvvəlki vəziyyətinə qaytarılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1 Qoruğununun nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prossesual Məcəllənin: 261.0 və 261.0.4-cü maddələrinə əsasən iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin: 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 114.1 və 114.1.4-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Qoruğunun iddiadan imtinası qəbul edilsin. İddiaçı X1 Qoruğunun Cavabdeh qarşı “qanunusuz tikilinin sökülməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Balakən Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar