Məhkəmə qərarları › İş №e-2(019)-151/2022

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-151/2022

22.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-151/2022 22.04.2022 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi-vəkili Nümayəndə1, Cavabdeh1 İdris qızının nümayəndəsi Nümayəndə2 İdris oğlunun və Cavabdeh1 İdris qızının nümayəndəsi-vəkili Nümayəndə3 iştirakı ilə İddiaçı Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 İdris qızına qarşı 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Daanov X3 regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə və Cavabdeh1 İdris qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X25 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş, 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin, 12 yanvar 2021-ci iltarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-ni 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2018-ci ildə verilmiş reyestr nömrəsi **********2310301 olan qeydiyyat nömrəsi ********** RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın və qeydiyyat nömrəsi ********** olan 08 aprel 2019-cu il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı və onun nümaynədəsi-vəkili iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehlər qismində əlavə olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin, Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X4, Balakən rayonu Talalar kəndində yaşayan X5 işə cəlb edilməsini, cavabdeh Balakən rayon Notarit Ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu il tarixdə verilmiş 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən 20 fevral 2018-ci ildə verilmiş reyestr nömrəsi **********2310301 olan qeydiyyat nömrəsi ********** RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər qismində əlavə olaraq Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2, Balakən rayonu Talalar kəndində yaşayan X5 işə cəlb edilməsini, cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası MPM-nin 51.3-ci maddəsinə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. Məhkəmə baxışı zamanı başqa cavabdehin işə cəlb edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə tərəfindən Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 İdris qızı cavabdeh qismində, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi, X6 uşaqları X17 və X18 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşlar. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, X12 və X13 onun bibiləri olmuşlar. Zafta Daanova 15 may 1932-cl ildə anadan olmuş, 21 fevral 2018-cl tarixdə vəfat etmişdir. X28 08 sentyabr 1942-ci ildə anadan olmuş, 09 sentyabr 2021-cl il tarixdə vəfat etmişdir. O, mərhum X28 vəfat etdikdən ondan qalmış mirasa dair vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etdiyi zaman ona məlum olmuşdur ki, Taman Daanova ölməzdən əvvəl bütün əmlakını, o cümlədən ünvan 1ində yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, qeyri-yaşayış binasını və həmin torpaq sahəsindəki tikililəri və pay torpaq sahəsini X7 vəsiyyət etmişdir. Halbuki X28 12 yanvar 2020-ci ildə ağır xəstə olmuş, şüuru özündə olmamışdır. Həm şəkər, həm də ürək xəstəsi olmuş, öz hərəkətlərini ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmamışdır. Onun notariusa gedərək vəsiyyətnamə yazdırmasi və həmin vəsiyyətnaməyə imza etməsi inandırıcı deyildir. Rəsmiyyə Tüməliyeva notarius əməkdaşını bibisinin evinə aparmiş, vəsiyyətnaməni isə mərhum bibisi özü imza etməmişdir. Bundan başqa, mərhum X29nın 2 övladı olmuş, buna baxmayaraq o, özünə məxsus bütün əmlakını övladlarının razılığı olmadan bacısı Taman Daanovaya vəsiyyət etmişdir. X29 xəstə olarkən o, anası Pərizad Daanova ilə birgə ona baş çəkmək üçün yaşadığı evə gəlmiş, həmin zaman bibisinin huşunun özündə olmadığının şahidi olmuşlar. Belə ki, mərhum bibisi onları tanımamış, koma vəziyyətində olmuşdur. Onun xəstələnməsi və ölümü çox qısa müddətdə baş vermişdir. Həmin müddətdə onun hüquqları dövlət qeydiyyatına alınmış, halbuki, o, öz hərəkətlərini ölçübbiçmək qabiliyyətində olmamışdır. Əks təqdirdə o, öz əmlakını bacısına deyil, öz övladlarına vəsiyyət edərdi. Taman Daanovanın da öz əmlakını kənar şəxsə bağışlaması da təsdiq edir ki, sonuncunun huşu özündə olmamışdır. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddiasının müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə1 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 İdris qızının nümayəndəsi-vəkili Nümayəndə3 iddianı qəbul etməyərək, iddia tələbinə etiraz edərək bildirdi ki, ünvan 1ində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 94,1 kv.m fərdi yaşayış evi tam, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2/3 hissədə X6 xüsusi mülkiyyətində olmuş, sonuncu 08 fevral 2018-ci il tarixli, 2V-61 reyestr nömrəli vəsiyyətnamə ilə özünə məxsus bütün əmlakını, o cümlədən fərdi yaşayış evi, həyətyanı və pay torpaq sahəsini bacısı X10 vəsiyyət etmiş, X12 21 fevral 2018-ci il tarixdə vəfat etmiş, sonuncunun ölümündən sonra ondan miras qalmış əmlaka dair vərəsəlik işi açılmış, nəticədə vəsiyyət üzrə vərəsə X10 vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş, nəticədə 09 aprel 2019-cu il tarixdə ünvan 1ində 0,08 ha həyətyanı torpaq sahəsində yerləşən 94,1 kv.m fərdi yaşayış evi tam, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi 2/3 hissədə xüsusi mülkiyyət hüququ əsasında X8 adına dövlət qeydiyyatına alınmışdır. X1 Zahid Hacı oğlu ilə nikaha daxil olmuş, həmin nikah 16.03.1972-ci il tarixdə pozulmuş, onların iki övladı-16 mart 1958-ci il təvəllüdlü X17 və 01 oktyabr 1960-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir. Birinci növbəli vərəsələr mövcud olduğundan iddiaçının mərhumdan qalmış miras əmlaka vərəsəliyi istisna olunur. Buna görə də, iddiaçının həmin miras əmlakla bağlı hüquq müəyyənedici sənədləri mübahisələndirmək hüququ yoxdur. İddiaçı, X8 öz hərəkətlərinin mənasını başa düşmədiyini və ya onlara rəhbərlik edə bilmədiyini iddia etsə də, bunu sübut edən hər hansı mötəbər dəlili məhkəməyə təqdim edə bilməmiş, vəsiyyət edən həmin anda tam fəaliyyət qabiliyyətli hesab edilmişdir. Göstərilənlərə əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 03.02.2022-ci il tarixdə məhkəməyə rəsmi etiraz təqdim edərək göstərmişdir ki, iddia tam əsassız olmaqla böhtan xarakterlidir. Mübahisələndirilən vəsiyyətnamələr vəsiyyət edənlər tərəfindən imzalanmış, onlar öz iradəsini şahidlərin və onun yanında aydın şəkildə bildirmişlər. 07.02.2018-ci il tarixdə rayonun Tülü kənd sakini Nümayəndə2 notariat ofisinə gələrək müəllimi, həmkəndlisi, ailəcə yaxın münasibətdə olduğu Taman müəllimənin bacısı Zafta Daanovanın bütün əmlakını bacısına vəsiyyət etmək istədiyini, yaşlı olduğu üçün notariusa gələ bilmədiyini bildirmişdir. Notarius tərəfindən vəsiyyət edənin yaşadığı ünvana gedilmiş, vəsiyyət edənin yaşlı olmasına baxmayaraq nitqinin sərbəst və səlis olması müəyyən edilmişdir. Vəsiyyət edən bildirmişdir ki, ehtiyacı və xəstə olduğu zaman bacısı Taman ona qayğı göstərmiş, daim evə qazanc gətirən bacısı Taman olmuş, özü isə daim ev işləri ilə məşğul olmuş, bacısı həyətdəki mağazanı işlədərək ailəni dolandırmış, ikisi uzun illər birlikdə yaşamışlar. Buna görə də bütün əmlakını bacısına vəsiyyət etmək istəyir. Vəsiyyət edənin tam fəaliyyət qabiliyyətli olması müəyyən edildikdən sonra onun növbəti gün notariat ofisinə gəlməsi bildirilmiş, növbəti gün vəsiyyət edən avtomobildə əyləşmiş, təkrar fikri dəqiqləşdirilmiş, bundan sonra vəsiyyətnamə və müvafiq kitab vəsiyyət edən tərəfindən imzalanmışdır. Taman Daanova isə 2021-ci ilin yanvar ayında şəxsən notariusa zəng etmiş, mirasının Kamilin bacısı Rəsmiyyəyə vəsiyyət edəcəyini, lakin xəstə olduğu üçün notariat ofisinə gələ bilmədiyini, göndərdiyi avtomobillə onun yaşadığı evə gəlməsini bildirmiş, notarius tərəfindən vəsiyyət edənin yaşadığı evə gedilmişdir. Sonuncunun tam fəaliyyət qabiliyyəti yoxlanılmış, şüuru özündə olmuş, normal və səlis danışmış və göstərmişdir ki, yaxın qohumları Zafta və onunla maraqlanmamış, xəstə olduqlarında baş çəkməmiş, onları saymamışlar. Buna görə də, mirasının onlara qalmasını istəmir. Buna görə də bütün əmlakını Rəsmiyyəyə vəsiyyət edir. Vəsiyyətnamə ucadan oxunmuş, vəsiyyət edən tərəfindən şəxsən imzalanmış, iradəsinə uyğun tərtib edilmişdir. Həmin anda yaşlılıq səbəbli vəsiyyət edənin yalnız əlləri əsmişdir. Bundan başqa, iddiaçının Zafta və Taman ilə qohumluq münasibəti təsdiq olunmur. Buna görə də,onun hazırki iddianı irəli sürməyə hüququ yoxdur. Zaftanın həm də birinci növbə susmuş vərəsələri mövcuddur. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı, cavabdehlər Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 və Cavabdeh1 İdris qızı, üçüncü şəxslər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi, X17 və X18 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehlər və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08.02.2018-ci il tarixli, 8i-61 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X12 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini bacısı X10 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər Nümayəndə2 İdris oğlu və X2 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 28.02.2018-ci il tarixli AZ-İ seriyalı 925150 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 21.02.2018-ci il tarixdə xroniki ürək çatışmamazlığı səbəbindən ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12.01.2019-cu il tarixli, 2V-21 reyestr nömrəli Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 08.02.2018-ci il tarixli vəsiyyətnaməyə əsasən, Taman Daanova mərhum Zafta Daanovaya məxsus miras əmlakdan-ünvan 1ində yerləşən ümumi sahəsi 94.1 kv.m fərdi yaşayış evi və onun yerləşdiyi ümumi sahəsi 0,08 ha torpaq sahəsinin mərhuma çatası hissəsindən irs almışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 12.01.2021-ci il tarixli, 8i-212 reyestr nömrəli vəsiyyətnamədən görünür ki, X13 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini, həyətyanı torpaq sahəsini, qeyri-yaşayış binasını və həmin torpaq sahəsində yerləşən digər tikililəri və pay torpaqlarını X7 vəsiyyət etmiş, vəsiyyətnamə xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər X14 və X2 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 25.09.2021-ci il tarixli 937 nömrəli arayışından görünür ki, X13 11.09.2021-ci il tarixdə ürəyin aterosklerotik xəstəliyi səbəbindən ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinin 25.10.2021-ci il tarixli məktubundan görünür ki, mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 20.08.2018-ci il tarixində qeydiyyata alınmış fərdi yaşayış evi Balakən rayon notariat ofisinin 12.01.2019-cu il tarixli, 2V-21 saylı vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə sənədinə əsasən, X16 (həyətyanı torpaq sahəsinin 1/3 hissəsi) və X8 (fərdi yaşayış evi tam, həyətyanı torpaq sahəsinin 2/3 hissəsi) adlarına daşınmaz əmlakın dövlət reyestrində təkrar qeydiyyata alınmışdır. Ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən idarəyə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X12, X13 və X16 ümumi birgə mülkiyyətində (subyekt sayı-3 nəfər) ünvan 1i ünvanında JN-483 nömrəli “Torpağa mülkiyyət hüququna X32 sənədində qeyd olunan 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsinin 05 mart 2022-ci il tarixli məktubu ilə müəyyən olunur ki, X12 ilə X21 arasında bağlanmış nikah 16 mart 1972-ci il tarixdə pozulmuş, həmin nikahdan onların iki övladı-16 mart 1958ci il təvəllüdlü X17 və 01 oktyabr 1960-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir. Məhkəmə, işdə iştirak edən tərəfləri dinləyib, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda sadalanan əsaslara görə iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarının bununla bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün mülki məhkəmə icraatına dair qanunvericiliyin mühüm və əsas mənbəyi olan Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Mülki Prosessual Məcəllənin normaları nəinki mülki məhkəmə icraatının gedişatını, həmçinin mülki prosessual münasibətlərin hər bir iştirakçısı tərəfindən müvafiq hərəkətlərin aparılması və onların mümkünlüyünü də müəyyən edir. Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarlarında əks olunan mövqeyinə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) və sair. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.2-ci maddəsinə əsasən, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1160-cı maddəsinə əsasən, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Sadalanan maddi hüquq normalarının tələbinə görə, miras qoyan vəsiyyətnamə qoymadıqda, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayıldığı halda qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) qüvvədə olur ki, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Bununla yanaşı, qanunvericiliyin tələbinə görə, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 20.08.2018-ci il tarixində mərhum X6 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə fərdi yaşayış evi tam, fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsi 2/3 hissədə tam mülkiyyət hüququ əsasında qeydiyyata alınmış,ləğv edilmiş DTXK-nin Balakən rayon şöbəsi tərəfindən DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsinə təhvil verilmiş arxiv fondundan miqrasiya edilmiş məlumatlarında X12, X13 və X16 ümumi birgə mülkiyyətində (subyekt sayı-3 nəfər) ünvan 1i ünvanında JN-483 nömrəli Torpağa Mülkiyyət Hüququna X32 sənədində qeyd olunan 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı o da müəyyən olunmuşdur ki, X12 ilə X21 arasında rəsmi nikah bağlanmış,həmin nikah 16 mart 1972-ci il tarixdə pozulmuş, həmin nikahdan onların iki övladı-16 mart 1958-ci il təvəllüdlü X17 və 01 oktyabr 1960-cı il təvəllüdlü X18 dünyaya gəlmişdir. X12, 08.02.2021-ci il tarixdə bütün əmlakını bacısı X10 vəsiyyət etmiş, 21.02.2021-ci il tarixdə xroniki ürək çatışmamazlığı səbəbindən ölmüş, onun vəfatından sonra birinci növbə vərəsələri olan övladları X17 və X11 olmuşlar. Bununla yanaşı, iddiaçı hazırki iddianı irəli sürərkən X12 və X8 onun bibisi olmasını iddia etsə də, sonuncularla qohumluq münasibətini təsdiq edən sənədi və onların qanun üzrə vərəsəsi olmasını təsdiq edən sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, X12 vəfat etdiyi zaman onun birinci növbə vərəsələri, övladları sağ olduğundan və bu hal sonrakı növbənin vərəsəliyini istisna etdiyindən, habelə mərhum X12 və X13 ilə qohumluq münasibətində olmasını və vərəsəsi olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilmədiyindən onun mübahisə predmeti olan miras əmlaka hər hansı hüquqlarının müəyyən edilməsi istisna edilir. Belə olan halda qeyd olunan miras əmlakın üçüncü şəxsə və ya digər şəxslərə vəsiyyət edilməsi, bağışlanılması və ya həmin əmlak üzərində başqa üsulla sərəncam verilməsi nəticəsində iddiaçının hər hansı subyektiv hüququnun və qanuni mənafelərinin pozulması mümkün deyildir. Bununla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən, fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1167-ci maddəsinə əsasən, vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1168-ci maddəsinə əsasən, vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.1-cı maddəsinə əsasən, vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1179.2-cı maddəsinə əsasən, notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.1-cı maddəsinə əsasən, vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1180.2-cı maddəsinə əsasən, vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1184-cü maddəsinə əsasən, yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxslər, vəsiyyət üzrə vərəsələr və onların yüksələn və enən xətt üzrə qohumları, bacıları, qardaşları, arvadı (əri) və vəsiyyət tapşırığını alan (leqatari) vəsiyyətin şahidləri ola bilməzlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1188-ci maddəsinə əsasən, vəsiyyətnamənin mətni hamılıqla qəbul olunmuş texniki vasitənin köməyi ilə ifadə edilə bilər, lakin imzanı vəsiyyət edən qoymalıdır. Bu halda vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzalamalıdır. Həmin şahidlər təsdiq etməlidirlər ki, vəsiyyətnamə onların yanında texniki vasitədən istifadə edilməklə tərtib olunmuşdur. Vəsiyyət edən vəsiyyətnaməni imzaladıqdan dərhal sonra şahidlər vəsiyyətnamədə öz adlarını, soyadlarını və yaşayış yerlərini göstərməklə müvafiq qeyd vasitəsilə vəsiyyətnaməni təsdiqləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1190-ci maddəsinə əsasən, vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir. Tarixin göstərilməməsi vəsiyyətnamənin etibarsızlığına yalnız vəsiyyətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət qabiliyyətli olmasına dair şübhələrin aradan qalxmadığı, habelə bir neçə vəsiyyətnamənin olduğu halda səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.1-cı maddəsinə əsasən, vəsiyyətnamə, ümumiyyətlə, əqdlərin etibarsızlığına səbəb olan hallar olduqda etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.2-cı maddəsinə əsasən, qanuna zidd olan vəsiyyət sərəncamları, habelə aydın olmayan və ya bir-birinə zidd olan şərtlər etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1225.3-cü maddəsinə əsasən, əgər vəsiyyətnamə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydalar pozulmaqla, habelə şəxsin öz hərəkətinin mənasını başa düşə bilmədiyi və öz hərəkətini idarə edə bilmədiyi vəziyyətdə tərtib edilmişdirsə, məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1230-cu maddəsinə əsasən, qanun üzrə vərəsələr və digər əlaqədar şəxslər əqdin etibarsızlığına səbəb olan hallar üzrə vəsiyyətnamənin etibarlığı barəsində mübahisə edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə əsasən, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.2-ci maddəsinə əsasən, sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.3-cü maddəsinə əsasən, şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Sadalanan maddi hüquq normalarının da tələbindən göründüyü kimi, X12 ölən günədək özünə məxsus olan bütün əmlakını, o cümlədən ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 08.02.2018-ci il tarixli vəsiyyətnamə ilə bacısı X10 vəsiyyət etmiş, vəsiyyətnamə texniki vasitənin köməyi ilə tərtib olunaraq xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər Nümayəndə2 İdris oğlu və X2 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir. Mərhumun ölümündən sonra, Taman Daanova mərhum Zafta Daanovaya məxsus miras əmlakdan-ümumi sahəsi 94.1 kv.m olan fərdi yaşayış evindən tam və onun yerləşdiyi ümumi sahəsi 0,08 ha torpaq sahəsinin mərhuma çatası hissəsindən irs almış, həmin əmlak üzərində mülkiyyət hüququnu dövlət qeydiyyatına aldırmış, 12.01.2021-ci il tarixli vəsiyyətnamə əsasında bütün əmlakını X7 vəsiyyət etmiş, vəsiyyətnamə texniki vasitənin köməyi ilə tərtib olunaraq xüsusi notarius Cavabdeh2 tərəfindən şahidlər X14 və X2 iştirakı ilə təsdiq edilmiş, vəsiyyətnamənin mətninin vəsiyyət edən tərəfindən oxunması və onun tərəfindən imzalanması şahidlərin iştirakı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, həmin vəsiyyətnamələr tərtib və təsdiq edilərkən yuxarıda sadalanan maddi hüquq normalarının tələblərinə riayət edilmiş, həmin zaman vəsiyyətnamənin, habelə əqdlərin etibarsızlığına səbəb olacaq hala yol verilməmişdir. Bununla yanaşı, o da qeyd edilməlidir ki, yuxarıda sadalanan maddi hüquq normalarınıda vəsiyyət edənin fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə yalnız onun bağladığı əqdi özünün və ya əqdin bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla biləcəyi nəzərdə tutulmuşdur ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulmasını sübut edə bilmədiyindən o, hazırki iddianı irəli sürə bilmək üçün ixtiyarlı şəxs hesab oluna bilməz. Yuxarıda şərh olunanlara əsasən, məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı hazırki iddianı irəli sürmək üçün müvafiq subyektiv hüquqa malik olmadığından İddiaçı cavabdeh Balakən regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh2 tərəfindən 12 yanvar 2019-cu ildə verilmiş 2V-21 nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, 08 fevral 2018-ci il tarixli reyestr nömrəsi 2V-61 olan vəsiyyətnamənin və 12 yanvar 2021-ci il tarixli reyestr nömrəsi 2V-15 olan vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Həmçinin iddianın təmin olunmaması nəticəsinə gəlindiyi üçün hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Resublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunmasın. Hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar