Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-16/2025 10.06.2025 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, Dibirova Leyla Rəfail qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər-X28 və X34 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi X3na və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin,mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair mülki işə Balakən Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi X3na və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-182 nömrə ilə Cavabdeh1 verilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara-ünvan 2ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X35 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş ünvan 2i ünvanında yerləşən,ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Gülbahar İsmayılova tərəfindən verilmiş 15 dekabr 2022-ci il tarixli reyestr nömrəsi 2M-1061,2V-1062,2V-1063 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli reyestr nömrəsi **********83 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi,20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara-ünvan 2ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə X40 vasitəsi ilə (miras qoyanın oğlu)irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarla vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddialarını onunla əsaslandırmışlar ki, İddiaçı1 X35 ilə rəsmi nikahla evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 1985-ci il tarixdə X18 adında uşaqları olmuşdur. Evləndiyi vaxtdan hazıradək ünvan 2ində X13na məxsus olmuş 0.20 ha həyətyanı torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları ev qəzalı vəziyyətdə olduğundan sonradan sökülərək yeni ev inşa edilmişdir. X13 08 fevral 2021-ci il tarixdə ölmüşdür.Onun ölümündən sonra ərindən miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik işi açılmış, xx.xx.2021-ci il tarixdə sözügedən əmlakların 1/2 hissədə İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********86 olan çıxarış almışdır.Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 01 saylı qərarı ilə X11 və Cavabdeh1 Səid oğluna 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi onlara məxsus olan torpaq sahəsinin arxa tərəfində yerləşir. Eyni zamanda həmin torpaq sahəsinə bitişik də Şərif bələdiyyəsinə məxsus olan 1.50 ha torpaq sahəsi vardır. Həmin torpaq sahələrini həmişə onlar istifadə etmiş və vergilərini ödəmişlər.X20 xx.xx.2002-ci ildə ölmüşdür.Onun dəfnini oğlu-X35 və o, yola salmışlar,onlara məxsus əmlak olan torpaq sahələrini faktiki qəbul edərək mirası idarə etmişlər. X20 25 may 2002-ci il tarixdə vəsiyyətnamə qoyaraq ona məxsus olan bütün əmlakını oğlu X19 vəsiyyət etmişdir. xx.xx.2021-ci ildə X13 ölmüş, onun ölümündən sonra həmin təsərrüfatı onun ailə üzvləri idarə etməklə hal-hazırda orada yaşayırlar.X4 vəfat edəndən sonra onların digər övladlarının hər biri təsərrüfatdan ayrılmaqla başqa ünvanlarda yaşayırlar. Cavabdeh1 isə anası X20 vəfat etdiyi vaxt Rusiya Federasiyasında olmuş və uzun müddət orada yaşamışdır. 05 oktyabr 2022-ci il tarixdə X15 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair 08 fevral 2021-ci il tarixdə vəfat edən X13 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə X59 Xidmət mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisi xx.xx.2022-ci il tarixli 1543 saylı arayış təqdim edərək göstərmişdir ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən 10 noyabr 2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu Cavabdeh1 ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Buna görə də mirasın qəbulu ilə əlaqədar, o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. Hesab edir ki, notarius miras əmlaka dair vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etməmiş,mirası qəbul etməyən vərəsəyə tam həcmdə miras payı verməklə Mülki Məcəllənin 1243-cü,1252-ci,1262-ci və 1263-cü,1273-1-ci maddələrinin tələblərini pozmuş, miras qoyanın oğluna münasibətdə irsi transmissiya üzrə mirası yeganə qəbul etmiş vərəsələr olan iddiaçıları miras payından məhrum etmişdir. Belə ki, qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Qeyd etməlidir ki, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara vərəsəlik açılarkən notarius qanunvericiliyin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, nə formal üsulla, nə də ki, qeyri-formal üsulla mirası qəbul etməmiş Cavabdeh1 mirasdan tam həcmdə pay vermişdir.Cavabdeh1 isə X4nın öldüyü zaman mirasın qəbulunda,eləcə də mərhumun dəfnində iştirak etməmiş,onlardan qalan hər hansı bir mirası qəbul etməmişdir.Belə ki,Cavabdeh1 həmin müddətlərdə ölkə xaricində olmuşdur. 2005-ci ildə ölkəyə gəlmiş və həmin ildə Rusiyaya getmişdir. 2022-ci ildə Rusiyadan qayıtmışdır. Miras əmlaka faktiki sahiblik və idarə etmələri Şərif kənd İnzibati Ərazi Dairəsinin və Şərif Bələdiyyəsinin verdiyi arayışlarla təsdiq olunur. Mirası faktiki qəbul etdiklərinə və mərhuma məxsus torpaq sahələrini istifadə etdiklərinə və onlara məxsus evdə yaşadıqlarına görə vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişlər. Eyni zamanda bildirmək istəyir ki, keçmiş Balakən rayon dövlət notariat kontoru mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyənləşdirməklə miras əmlakı vəsiyyət üzrə vərəsəlik qaydasında bölüşdürməli idi. Belə ki, vərəsələrin dairəsinin müəyyən edilməsi irsi transmissiya ilə bağlı məsələnin həllində mühüm əhəmiyyət kəsb edir. Balakən rayon dövlət notariat kontoru X4ndan miras qalmış əmlaklara vərəsəlik işi açarkən və mirası bölüşdürərkən səhvə yol verildiyinə-mərhumdan qalmış mirası qəbul etmiş vərəsələrin vərəsəliyə çağırılmadığına, mirası qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilmədiyinə, miras əmlaka faktiki sahiblik və faktiki idarəçiliyin hansı vərəsəyə məxsus olmağını müəyyən etmədiyinə, vəsiyyət üzrə vərəsəlik qaydasında mirası bölüşdürmədiyinə görə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, miras əmlakla bağlı irsi transmissiya tətbiq edilməklə miras əmlak onu qəbul etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda bölünməlidir. Eyni zamanda qeyd etmək istəyir ki, X10 öldüyü məqamda ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsi və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evi onun mülkiyyətində olmadığına görə miras kütləsinə daxil edilə bilməzdi və həm də buna görə Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməlidir. X10 öldüyü məqamda ünvan 1i ünvanında yerləşən JN 747 Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən verilmiş 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən ona məxsus hissəsi onun mülkiyyətində olduğuna görə 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsi üzrə miras əmlak bölüşdürülməlidir. Balakən Rayon Məhkəməsi e-2(019)-16/2025 nömrəli, 10 iyun 2025-ci il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi X3na və Cavabdeh1 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi, miras əmlakların irsi transmissiya üzrə onu qəbul etmiş vərəsələr arasında bərabər paylarla bölüşdürülməsi tələbinə dair iş üzrə icraata “mirasın irsi transmissiya üzrə iddiaçılar tərəfindən qəbul etmə faktının müəyyən edilməsi”nə aid hissədə xitam verilmişdir.. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil1 iddianı etiraf etməyərək izahatında göstərdi ki, X7 qalan miras əmlak X35 tərəfindən qəbul edilməmişdir.Belə olsa idi həmin əmlaklar mərhum X14 ölümünə qədər, yəni 20 dekabr 2002-ci il tarixdən-08 fevral 2021-ci il tarixə kimi təxmininən 19 il ərzində onun adına rəsmiləşdirilərdi. İş materiallarından məlum olur ki, X14 mirası qəbul etmək üçün kifayət qədər vaxtı olduğu halda qəbul etməmişdir. Miras qoyan X10 20 dekabr 2002-ci il tarixdə vəfatından sonra birinci növbə vərəsələrdən X35 anasından qalmış miras əmlakı nə qəbul etmiş nə də ki, onun qəbulundan imtina etmişdir. Bununla da mərhum X35 qanunvericiliyin tələblərinə uyğun olaraq susmuş vərəsə hesab edilir. Vərəsənin susması mirasdan imtina kimi qiymətləndirilir.İş üzrə iddiaçıların mövcud iddia tələbini irəli sürməyə subyektiv hüquqları yoxdur. Belə ki, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Miras açıldıqdan sonra vəsiyyət üzrə müvafiq vərəsələr vərəsəliyə çağırılırlar. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir. Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa,üç ayadək uzadılmalıdır. İddiaçılar X10 irsi transmissiya qaydasında vərəsələri deyildirlər.Anası bütün özünə məxsus əmlakını oğlu X19 yox, Cavabdeh1 vəsiyyət etmişdir.Bundan əlavə X4na məxsus evi mərhum X35 öləndən 1,5 il keçmiş həyat yoldaşı İddiaçı1 dağıtmışdır. Halbuki, Cavabdeh1 dəfələrlə mərhum qardaşının sağlığında ona zəng edib tapşırmışdır ki,evi söküb-dağıtmaq olmaz,ata yurdudur. Cavabdeh1 qardaşına bildirmişdir ki, o, Rusiyadan gələndə həmin evdə yaşamalıdır. Cavabdeh1 həmin təsərrüfatdadır və təsərrüfatdan ayrılmamışdır. Onun başqa yaşayış yeri yoxdur. Artıq 5 aydır ki, o, öz ata yurdunda qala bilmir. İddiaçı ona məxsus olan ata evini dağıdıb,onun qabağında ev tikmişdir.Onu həmin evə buraxmır.Mirasın iddiaçılar tərəfindən qəbul edilməsinə dair iddia ərizəsində göstərilənlər həqiqətə uyğun deyil. Cavabdeh1 Seyidoviç anasından miras qalmış əmlaklara Daşınmaz Əmlakın Dövlət Reyestrindən Hüquqların Dövlət Qeydiyyatından çıxarışlar almışdır.İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X44 izahatında göstərdi ki,atası Səid Qistarov, anası isə Mesed Qıstarovadır. Valideynlərinin Məryəm, Şaban, Ramazan, Həybullah, Sevil və İsmayıl adlı altı uşaqları olmuşlar. Atası Səid 23 may 1998-ci ildə, anası Mesed isə xx.xx.2002-ci ildə ölmüşlər. Anası öləndən sonra həmin evdə qardaşı Ramazan və onun arvadı Zenfirə yaşamışlar. X6 08 fevral 2021-ci ildə ölmüşdür. Cavabdeh1 Rusiyada olmuşdur.Anası öləndən sonra İsmayıl Rusiyadan gələndə həmin evdə yaşamışdır.O,anasından qalan miras əmlakdakı payından imtina etməsi barədə ərizə ilə notariat ofisinə müraciət etməmişdir.O,öz payını tələb edir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X49 izahatında göstərdi ki,onlar 2 bacı,4 qardaş olmuşlar. Atası Səid 23 may 1998-ci ildə, anası Mesed isə xx.xx.2002-ci ildə ölmüşlər. Qardaşlarından Ramazan ölmuş, digər qardaşları Şaban Qazaxıstanda, Heybullah və İsimayıl isə Rusiya Federasiyasındadırlar. Atasının ölümündən sonra evdə anası Mesed və qardaşı İsmayıl yaşamışlar. Anasının ölümündən sonra həmin evdə Ramazan ailəsi ilə yaşamışdır.O, nə miras əmlakdan pay alması üçün, nə də payından imtina etməsi üçün ərizə ilə notariat ofisinə müraciət etməmişdir. Cavabdeh Balakən Regional “ASAN Xidmət” Mərkəzində notariat ofisinin Xüsusi X3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X29 və X50 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən keçmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X26 və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 1066 nömrəli Qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2ində yerləşən, ümumi sahəsi 59.1 kv/m, yaşayış sahəsi 46.5 kv/m olan iki otaqlı fərdi yaşayış evi X10 adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən JN-747.KOD 40100048 olan Torpağa Mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki,Balakən rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə X11 və X37 ünvan 2i ərazisindən 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasıqnda tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş,reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki,ünvan 2ində yerləşən 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********82 olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş,reyestr nömrəsi **********81 olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.1444 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********82 olan xx.xx.2022-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.22 ha kənd təsərrüfatı təyinatlı torpaqları Cavabdeh1 və X10 adına ümumi birgə mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 135195 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 20 dekabr 2002-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 03 noyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 136194 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X51 25 sentyabr 1992-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 24 fevral 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 162764 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 2ində yaşayan oğlu - Cavabdeh1dir. Şəhadətnamə verilən miras əmlak ünvan 2ində yerləşən, 1967-ci il də tikilən, divar, beton, üstü keramit, yaşayış sahəsi 46.5 kvm, ümumi sahəsi 59.1 kvm, torpaq sahəsi 2500 kvm, 2 otaqlı yaşayış evindən ibarətdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir:xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1dir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X11 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0.22 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətində göstərilmişdir: ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu-Cavabdeh1dir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X11 verilmiş **********83 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0.1665 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasıqnda tədqiq edilən 15 dekabr 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il tarixdə vəfat etmiş-X10 vərəsəsi: ünvan 3 ünvanında qeydiyyatda olan oğlu - Cavabdeh1-dir (AZE0*******, xx.xx.2012 - Balakən RPŞ, FİN:xxxxxxx, d/t: xx.xx.1973) və o miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak -ƏMDK-nin yanında DƏDRX-nin 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X11 verilmiş **********81 reyestr nömrəli,********** qeydiyyat nömrəli dövlət reyestrindən Çıxarışa əsasən ünvan 1ində yerləşən ümumi sahəsi 0.1444 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. - Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2022 tarixli qeydiyyat nömrəsi **********DC34401 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 1i ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respubilkası Ədliyyə Nazirliyi Balakən regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 05 oktyabr 2022-ci il tarixli 1543 nömrəli arayışda göstərilir ki, 05 oktyabr 2022-ci il tarixdə X15 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaka dair 08 fevral 2021-ci il tarixdə vəfat edən X13 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq məqsədilə müraciət etmişdir. Məlum olmuşdur ki, Balakən rayon dövlət notariat kontoru tərəfindən 10 noyabr 2005-ci il tarixdə X10 mirasından almalı olduğu irs tam hissə müəyyənləşdirilməklə oğlu Cavabdeh1 ünvan 4i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.Odur ki, mirasın qəbulu ilə əlaqədar,o cümlədən vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və payların yenidən müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etmək zəruridir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 25 may 2006-ci il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 2ində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilinievini X30 vəsiyyət etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon icra Hakimiyyəti başçısının Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə verilmiş 511 nömrəli arayışdan görünür ki, xx.xx.2002-ci ildə vəfat edən X10 ölümündən sonra ona məxsus təsərrüfatı mərhum oğlu X35 idarə etmiş, mərhum anasının dəfnini yola salmış, Mesed Qıstarovaya məxsus torpaq sahəsini öz ölümünə qədər özü, sonra isə ailəsi xx.xx.2022-ci il tarixinə qədər mübahisəsiz istifadə etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən rayon Şərif Bələdiyyəsi tərəfindən 22 sentyabr 2022-ci il tarixdə verilmiş 20 nömrəli arayışdan görünür ki, JN-747 saylı Dövlət Aktı ilə X11 məxsus olan 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və ona bitişik olan 1.5 ha bələdiyyə mülkiyyətinə aid olan torpaq sahəsinin vergilX13 tərəfindən ödənilmişdir. X35 vəfat etdikdən sonra torpaq sahəsinin vergiləri həyat yoldaşı İddiaçı1 tərəfindən ödənilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********86 olan xx.xx.2021-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 2ində yerləşən 0.2079 ha kənd təsərrüfatı təyinatlı torpaqlarının ½ hissəsi İddiaçı1, ½ hissəsi X8 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasıqnda tədqiq edilən ünvan 2 icra nümayəndəliyi tərəfindən 20 sentyabr 2005-ci il tarixdə verilmiş AZ-İ seriyalı 165305 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X41 ilə X18 arasında 20 sentyabr 2005-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Çerçiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən keçmiş ünvan 2 soveti tərəfindən verilmiş X-JQ seriyalı 410506 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.1985-ci il tarixdə anadan olmuş, atası X40, anası İddiaçı1 göstərilmişdir. İşdə olan və məhkəmə iclasıqnda tədqiq edilən ünvan 2 soveti tərəfindən 2 fevral 1958-ci il tarixdə verilmiş İ-İE seriyalı 044882 nömrəli evlənmək haqqında şəhadətnamədən görünür ki, X52 ilə X21 arasında 02 fevral 1958-ci ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qıstarova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən keçmiş ünvan 2 soveti tərəfindən 02 fevral 1984-cü il tarixdə verilmiş İİ-JQ seriyalı 333063 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X35 ilə X9 arasında 02 fevral 1984-cü ildə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Qıstarova soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Balakən Rayon İcra Hakimiyyəti Balakən Rayon Dövlət Arxivi tərəfindən Azərbaycan Respublikası Vəkillər Kollegiyası Balakən rayon Vəkil bürosunun vəkili Vəkil1 ünvanladığı 08 avqust 2023-cü il tarixdə verilmiş 3-48-7RA/2-84/2023 nömrəli məktubda göstərilmişdir ki; Balakən rayon Şərif kənd İcra Nümayəndəliyinin 2010-cu illərə aid təsərrüfatbaşına kitablarda X38 təsərrüfatı barədə qeydiyyat aparılmamışdır. Şərif kənd icra nümayəndəliyinin 1996-2010-cu illərə aid təsərrüfatbaşına kitablarında X10 və Cavabdeh1 Səid oğlunun təsərrüfatı barədə qeydiyyat aparılmışdır. 1996-2000-ci illər üzrə: Birinci yazılan təsərrüfat üzvü---X54 1.X45—A/b(qadın,1938. Avar) 2.X50 (kişi ,4/İİİ-1960, avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd-getmişdir—2/İİİ-81 “Şambul”--yazılıbı. 3.X64---oğlu (kişi,15/Xİİ-1973. Avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd--- getmişdir—“15(V-92 ordu sırada” yazılıb. Evin tikildiyi il ---1967-ci il Damın tikildiyi idl---1969-cu il Cəmi torpaq sahəsi ---1996-1997-ci illərdə ---0,25(hektarın yüzdə biri ilə) 1998-2000-ci illərdə torpaq sahəsi qeyd edilməyib. 2001-2005-ci illər üzrə 1.X45 ---A/b (qadın,1938,avar) Adın üstündən xətt çəkilib,”vəfat edib 26.Xİİ.2002” yazılıb. 2.Qıstarov İsmail ----oğlu (kişi,15.Xİİ.1973.avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd---gedib—“rusiya” karandaşla yazılıb. Evin tikildiyi il ---1967-ci il Damın tikildiyi idl---1969-cu il Cəmi torpaq sahəsi ---2001-2004-cü illərdə ---0,78(hektarın yüzdə biri ilə) 2005-ci ildə torpaq sahəsi qeyd edilməyib. Xüsusi mülkiyyətdə---2001-2004-cü illərdə ---0,25 (hektarın yüzdə biri ilə) 2005-ci ildə torpaq sahəsi qeyd edilməyib. Qeyd əlavə məlumatla 10 noyabr 2005-ci ildə Balakən rayonu Dövlət Notariat Kontorununa Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən əmlak Cavabdeh1 Səid oğluna yazılmışdır. 2006-2010-cu illər üzrə 2.Cavabdeh1 Səid---A/b(kişi,xx.xx.1973,avar) Müvəqqəti qaib olan təsərrüfat üzvləri haqqında qeyd---gedib—“Rusiya” karandaşla yazılıb. Evin tikildiyi il ---1967-ci il Damın tikildiyi il---1969-cu il Təsərrüfatın mülkiyyətində və sahibliyində ---0,78 (hektarın yüzdə biri ilə) O cümlədən bələdiyyədən---1,50 (hektarın yüzdə biri ilə) Əsas:fond №41,siyahı №1/1,sax.vahidi №269,284,298,səhifəə №61,66,75. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki pasportundan görünür ki, ünvan 2ində yerləşən fərdi yaşayış evi Cavabdeh1 Səid oğlunun adınadır. Məhkəmə iddiaçıların nümayəndəsi-vəkilinin,cavabdehin nümayəndəsi-vəkilnin, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatlarını dinləyib, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında işin faktiki halları araşdırılarkən müəyyən edildi ki, İddiaçı1 X35 ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 1985-ci il tarixdə X18 adında uşaqları olmuşdur. X35 08 fevral 2021-ci il tarixdə ölmüşdür.Onun ölümündən sonra ondan miras qalmış 0.20 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi ilə bağlı vərəsəlik işi açılmış,xx.xx.2021-ci il tarixdə sözügedən əmlakların 1/2 hissədə İddiaçı1, 1/2 hissədə isə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində reyestr nömrəsi **********86 olan çıxarış alınmışdır.İddiaçılar hazırda X14 xx.xx.2002-ci ildə ölmüş anası X7 miras qalmış əmlaklarla bağlı Cavabdeh1 adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməmələrin və bu şəhadətnamələr əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsini,miras əmlakdan X19 düşən payı irsi transmissiya qaydasında tələb edirlər. Məhkəmə iclasında işin faktiki halları araşdırılarkən həmçinin müəyyən olundu ki, miras qoyan X1 Səid Şaban oğlu adlı şəxslə evli olmuş, onların birgə nikahlarından Məryəm, Şaban, Ramazan, Həybullah, Sevil və İsmayıl adlı altı uşaqları olmuşlar. Səid Qistarov 23 may 1998-ci ildə ölmüşdür. Mesed Qistarovanın mülkiyyətində ünvan 1i ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və həmin kənddə oğlu -Cavabdeh1lə ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmuşdur. X20 25 may 2002-ci il tarixli vəsiyyətnamə ilə ünvan 2ində yaşayan X2 rayonu Şərif kəndində yerləşən 0.75 ha torpaq sahəsi, 1967-ci ildə tikilən, divarı beton, üstü keramitlə örtülmüş mənzilini-evini X30 vəsiyyət etmişdir.X20 xx.xx.2002-ci ildə ölmüş,ondan miras olaraq qeyd edilən əmlaklar, yəni ünvan 1i ünvanında yerləşən, 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və X32 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsi miras qalmışdır.Cavabdeh1 2005-ci ildə anası X7 miras qalmış əmlaklarla bağlı Balakən Rayon Notariat kontoruna müraciət etmiş,10 noyabr 2005-ci il tarixdə Cavabdeh1 adına xx.xx.2002-ci ildə ölmüş X10 vərəsəsi olaraq ondan miras qalmış, ünvan 1i ünvanında yerləşən,2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Sözügedən ev 2021-ci ildə iddiaçılar tərəfindən sökülmüş, həmin ünvanda yeni ev inşa olunmuşdur.Cavabdeh1 təkrarən 2022-ci ildə X7 miras qalmış əmlaklarla-0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən X10 payına aid hissəsi ilə bağlı Balakən Rayon notariat Ofisinə müraciət etmişdir. X5 0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, 0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli,2V- 1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir.İsmayıl Qistarov xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə öz adına qeydə aldırmış, ona bu barədə reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmişdir. 15 noyabr 2022-ci ildə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi X3na və Cavabdeh1 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə 2V-182 nömrə ilə Cavabdeh1 verilmiş ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 2500 kv.m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi,20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara-ünvan 2ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1/2 hissəsinə X35 vasitəsilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarda vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.21 fevral 2023-cü ildə iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi-vəkili Nümayəndə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Balakən rayon dövlət notariat kontoru tərəfindən xx.xx.2005-ci il tarixdə Cavabdeh1 verilmiş ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsinə və 59.1 kv.m sahədən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Balakən Regional “ASAN Xidmət” mərkəzində Notariat Ofisinin xüsusi notariusu Gülbahar İsmayılova tərəfindən verilmiş 15 dekabr 2022ci il tarixli reyestr nömrəsi 2M-1061,2V-1062,2V-1063 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında Cavabdeh1 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən verilmiş 12 yanvar 2023-cü il tarixli reyestr nömrəsi **********83 olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi, 20 dekabr 2002-ci il tarixdə vəfat etmiş X7 miras qalmış əmlaklara-ünvan 2ində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ½ hissəsinə X40 vasitəsi ilə (miras qoyanın oğlu) irsi transmissiya üzrə iddiaçılar tərəfindən mirasın qəbulu faktının müəyyən edilməsi, irsi transmissiya tətbiq edilməklə miras əmlakları onu qəbul etmiş 08 fevral 2021-ci il tarixdə vəfat etmiş mərhum X14 vərəsələri olan iddiaçılar arasında bərabər paylarla vəsiyyət üzrə vərəsəlik qaydasında bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Ərizə icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırkı işin icraatı Balakən Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbinə dair e-2(019)-759/2023 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılmışdır. Cavabdeh1 cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı vəsiyyətnamənin etibarsız hesab edilməsi tələbi məhkəmələr tərəfindən təmin edilməmiş, iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini almışdır. Balakən Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə işin icraatı təzələnmişdir. Məhkəmə tərəflər arasındakı mübahisənin vərəsəliklə bağlı olmasını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə mübahisəyə aşağıdakı hüquq tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddənin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddənin İ, İİ, İV və Vİİ hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə əsasən vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1179.1-ci maddəsinə əsasən vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1193-cü vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1196-cı maddəsinə əsasən vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasm qəbuluna yol verilmir. 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. 1255-ci maddəsinə (mirasa mülkiyyətin əmələ gəlməsi) əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1321.1-ci maddəsinə əsasən, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu: 57-ci maddəsinə əsasən mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. 58-ci maddəsinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir; mirasın qəbulu müddətini ötürmüş vərəsələr mirası qəbul etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Razılıq notarius tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək təqdim olunmalıdır; notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir: miras əmlak dövlətə keçdikdə şəhadətnamə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına verilməlidir. 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır; qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. 60-cı maddəsinə əsasən notarius vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən miras qoyanın ölüm faktını, vəsiyyətnamənin olmasını, mirasın açılma yerini və tarixini, miras əmlakın tərkibini yoxlamalıdır; notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır “Daşınmaz Əmlakın Reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrıayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. 8.0 və 8.0.3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 26 iyul 2021-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 3.Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək qeyd edir ki,miras qoyanın ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur.Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir.MM-nin 1252-ci maddəsi “irsi transmissiya” anlayışı altında vərəsənin miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək öldüyü halda, mirasdan pay almaq hüququnun onun vərəsələrinə keçməsini nəzərdə tutur. Konstitusiya Məhkəməsinin mövqeyinə görə, vərəsəlik hüququnda irsi transmissiya dedikdə, miras açıldıqdan sonra öldüyünə görə mirası qəbul edə bilməyən vərəsənin (transmittent) mirası qəbul etmək hüququnun onun öz vərəsələrinə (transmissar) keçməsi başa düşülür. Yəni, qanun və ya vəsiyyət üzrə vərəsə miras açıldıqdan sonra miras əmlakın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mirası qəbul etmədən və vərəsəlik hüququnu həyata keçirə bilmədən ölərsə, mirası qəbul etmək hüququ ləğv edilmir və bu hüquq ölmüş vərəsənin vərəsələrinə keçir. Bu halda əksi sübuta yetirilməyincə mirası qəbul etmədən ölmüş vərəsənin miras qoyanın əmlakını, mirası qəbul etmək niyyətinin mövcudluğu prezumpsiyası tətbiq edilir (Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 fevral 2020-ci il tarixli qərarı). Sözügedən norma və mövqe ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sözügedən norma həm qanun, həm də vəsiyyət üzrə vərəsəlik münasibətlərini əhatə edir. Hazırkı işin araşdırılan hallarından müəyyən olunduğu kimi əri və valideynləri öldüyündən miras qoyan X10 birinci növbəli vərəsələri onun uşaqları- Çukayeva(Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova ) Sevil Səid qızı,X29, X50, Cavabdeh1 və X22r. Bu vərəsələrdən Ramazan Qistarov ölmüş, digər vərəsələr sağdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri qüvvədən düşmüş hesab edildiyinə və bu Qərarın qüvvəsi,bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edildiyinə , hazırkı mübahisə 2022-ci ildən məhkəmənin icraatında olduğuna və X10 birinci növbəli vərəsələri Çukayeva(Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova )Sevil Səid qızı,X29, X50, Cavabdeh1 və X35 mirasdan imtina etmələrinə dair notariat ofisinə ərizə vermədiklərindən onlar tərəfindən miras qəbul edilmiş sayılır. Birinci növbəli vərəsələrin hamısı miras qəbul etdiklərindən miras əmlakdan tam irs almasına dair Cavabdeh1 adına verilmiş 10 noyabr 2005-ci il tarixli, 2V-182 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və xx.xx.2022-ci il tarixli,2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr, habelə xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə görə verilmiş reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış qanuni və əsaslı hesab oluna bilməzlər,odur ki, ləğv edilməli, X7 miras qalmış əmlaklar onun birinci növbəli vərəsələri arasında bölünməlidir. Mesed Qistarova bütün əmlakını Ramazan Qistarova vəsiyyət etdiyindən onun miras əmlakdan vəsiyyət üzrə payı, digər vərəsələrin isə məcburi payları müəyyən olunmalıdır. Mesed Qistarovanın 6 nəfər brinci növbəli vərəsəsi olduğundan və MM-in 1193-cü maddəsinə əsasən məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etdiyindən,vərəsələr Çukayeva(Qistarova) Məryəm Səid qızı, Telekova (Qistarova )Sevil Səid qızı, X29, X50, Cavabdeh1 oğlunun hər birinin miras əmlakda 1/12 hissə, X14 isə 7/12 hissə payları vardır.X35 öldüyündən,iddiaçılar onun vərəsələri olduqlarından və onların hər biri öz paylarını tələb etdiklərindən miras əmlakın X19 aid 7/12 hissəsi iddiaçıların arasında bölünməli, hər birinin 7/24 hissə payları müəyyən edilməlidir. X10 mirasına gəldikdə məhkəmə hesab edir ki, onun mirasına öldüyü məqamadək mülkiyyətində olan ünvan 1i ünvanında 2500 kv.m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və onunla Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X10 payı daxildir. Sözügedən fərdi yaşayış evinin hazırda sökülmüş olması onun mirasa daxil olmaması üçün əsas ola bilməz. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinin məzmunundan göründüyü kimi mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. İş materiallarından göründüyü kimi Mesed Qistarovanın mülkiyyətində olmuş iki otaqlı fərdi yaşayış evi o, ölərkən, hətta 2021-ci ilə kimi mövcud olmuşdur. 2021-ci ildə həmin ev hazırkı iddiaçılar tərəfindən sökülmüşdür. Məhkəmə hesab edir ki, sözügedən evin miras əmlka daxil edilməməsi qanunvericiliyin tələblərinə ziddir və digər vərəsələrin hüquqlarının pozulmasına səbəb olar. Odur ki, vərəsələrin payları mirasa daxil olan ünvan 1i ünvanında 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evi və Mesed Qistarova ilə Cavabdeh1 ümumi birgə mülkiyyətində olan, ünvan 1ində yerləşən 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindəki X10 payı üzrə müəyyən olunmalıdır. İddia müddətinin keçməsi barədə cavabdeh X33 nümayəndəsi –vəkili Vəkil1 ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 384.0 –cı maddəsinə əsasən iddia müddəti aşağıdakılara şamil edilmir: 384.0.1. şəxsi qeyri-əmlak hüquqlarının və digər qeyri-maddi nemətlərin müdafiəsi haqqında tələblər; 384.0.4. mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə; Odur ki, iddia müddətinin keçməsi barədə Cavabdeh1 nümayəndəsi –vəkili Vəkil1 ərizəsi təmin edilməməlidir. Məhkəmə yekun olaraq bu nəticəyə gəlir ki,iddia qismən təmin edilməli,Balakən rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh1 20 dekabr 2002-ci il tarixdə ölmüş X7 miras qalmış ünvan 2i ünvanında yerləşən,ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair xx.xx.2005-ci il tarixli, 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, onun 20 dekabr 2002-ci il tarixdə ölmüş X7 miras qalmış, ünvan 2i ünvanında yerləşən, 0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli, 0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr,xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə İsmayıl Qistarovun adına qeydə alınmasına dair,reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış torpaq sahəsinin X11 aid ½ hissəsində ləğv edilməli; 20 dekabr 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarının -ünvan 2i ünvanında yerləşən,1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 2i ünvanında yerləşən X20 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsinin 7/12 hissəsinə X23, miras payı, 1/12 hissəsinə Cavabdeh1 məcburi miras payı müəyyən edilməli,mərhum X23 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 payları müəyyən edilməli, idia tələbi qalan hissədə təmin edilməməlidir. 20 dekabr 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarından-ünvan 2i ünvanında yerləşən,1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 2i ünvanında yerləşən X20 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan,0,1444 ha,0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma aid hissəsinin 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Çukayeva(Qistarova) Məryəm Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telekova (Qistarova )Sevil Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12,1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 miras payı müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən iddiaçılar tərəfindən ödənmiş 100 manat dövlət rüsumu xərcinin 58,33 manatı Cavabdeh1 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Balakən rayon dövlət notariat kontoru tərəfindən Cavabdeh1 20 dekabr 2002-ci il tarixdə ölmüş X7 miras qalmış ünvan 2i ünvanında yerləşən, ümumi sahəsi 2500 kv/m olan torpaq sahəsində 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m,ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evindən tam irs almasına dair xx.xx.2005-ci il tarixli, 2V-182 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə,onun X7 miras qalmış,ünvan 2i ünvanında yerləşən,0,22 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1061 reyestr nömrəli,0,1665 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli və 0,1444 ha torpaq sahəsindəki payından tam irs almasına dair xx.xx.2022-ci il tarixli,2V-1063 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr,xx.xx.2022-ci il tarixli, 2V-1062 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında 0.1665 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydə alınmasına dair,reyestr nömrəsi **********83 olan xx.xx.2023-cü il tarixli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış torpaq sahəsinin X11 aid ½ hissəsində ləğv edilsin; 20 dekabr 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarının - ünvan 2i ünvanında yerləşən, 1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 2i ünvanında yerləşən X20 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mərhuma aid hissəsinin 7/12 hissəsinə X24 miras payı, 1/12 hissəsinə Cavabdeh1 məcburi miras payı müəyyən edilsin, mərhum X24 7/12 hissə payına 7/24 hissədə İddiaçı1 və 7/24 hissədə İddiaçı2 payları müəyyən edilsin; iddia tələbi qalan hissədə təmin edilməsin. 20 dekabr 2002-ci il tarixdə ölmüş X10 miras əmlaklarının-ünvan 2i ünvanında yerləşən,1967-ci ildə inşa olunmuş, divarı beton, üstü kirəmitli, yaşayış sahəsi 46,5 kv/m, ümumi sahəsi 59.1 kv.m sahədən ibarət iki otaqlı fərdi yaşayış evinin və ünvan 2i ünvanında yerləşən X20 ilə Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan, 0,1444 ha, 0,22 ha və 0.1665 ha olmaqla, ümumilikdə 0,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin ona aid hissəsinin 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Çukayeva(Qistarova) Məryəm Səid qızının, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Telekova (Qistarova )Sevil Səid qızının,1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12, 1/12 hissəsinə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X39 miras payları müəyyən olunsun. Ödənmiş 100 manat dövlət rüsumu xərcinin 58,33 manatı Cavabdeh1 alınıb iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirməklə Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Hümbət Səlimov