Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-172/2024 14.02.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X10 katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 11 yanvar 2005-ci il tarixli alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarına əsasən JN-534 kod 40116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Cavabdeh, X5, X21, X44, X33, X16 mülkiyyətinə verilmiş Balakən rayonu Şambul kəndində yerləşən 1.71 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 534 Q olan cizgilər daxilində yerləşən 13749.23 kv.m hissəsinin İddiaçı satılması barədə 11 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktının (müqaviləsinin) etibarlı hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Balakən rayonu Şambul kəndində yaşayır. 11 yanvar 2005-ci ildə o, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə həmkəndlisi Cavabdeh və onun ailə üzvləri-X44, X5, X21, X33 və X22 ümumi birgə mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN-534 kod-40116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının 534 Q planşetində olan 13749.23 kv/m cizgidə əks olunmuş hissəsini ******* (bir milyon üç yüz yetmiş min) manata almışdır. Buna dair 11 yanvar 2005-ci il tarixdə Şambul kənd icra nümayəndəliyində Şambul kənd icra nümayəndəsi X11, Balakən rayon Şambul kənd sakinləri Saramanov Camaldinin, X3, X17, X12, X4, İddiaçı və cavabdehlər X27 və qeyrilərinin iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuş və Balakən ÎHB-nin Şambul kənd icra nümayəndəliyində təsdiq olunmuşdur. Bu günə qədər həmin torpaq sahəsindən etirazsız istifadə edir və həmin torpaq sahəsinin vergisini ödəyir. Bundan əlavə, Balakən rayonu Şambul kənd sakini Cavabdeh və onun ailə üzvləri keçmiş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova ərizə ünvanlayaraq, ərizədə Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə 1.37 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəldiklərini, satmaq istədikləri torpaq sahəsinin girov qoyulmadığını, onunla bağlı məhkəmə mübahisəsinin olmadığını, Azərbaycan Respublikası Nazilər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 №-li qərarına müvafiq olaraq satmaq istədiklərini 1.37 ha torpaq sahəsinin normativ qiyməti barədə arayış verilməsini xahiş etmişlər. Ailə üzvlərinin onlara məxsus torpaq paylarının satılmasına razılıqlarını imzaları ilə təsdiq etmişlər. Həmin ərizə Balakən rayonu Şambul Bələdiyyəsinin möhürü ilə 05 yanvar 2005ci ildə təsdiq edilmişdir. 2005-ci ildən başlayaraq, o,dəfələrlə Cavabdeh və onun ailə üzvlərinə alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilməsi üçün notariusa dəvət etsə də cavabdehlər Notariat orqanına gəlməkdən müxtəlif bəhanələrlə boyun qaçırmışlar.25 sentyabr 2019-cu ildə Cavabdeh ona-İddiaçı etibarnamə verərək, bütün idarə və təşkilatlarda, dövlət orqanlarında,o cümlədən, qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya imtina ərizəsi verməyi, ona çatası sənədləri, o, cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu, Şambul kəndində yerləşən 1.71 ha torpaq sahəsinin mülkün nömrəsi 534 Q olan 13749.23 kv.m olan hissəsindən ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi etibar etmişdir. Odur ki, Cavabdeh və onun ailə üzvləri X5, X21, X44, X33, X34 ilə aralarında 11 yanvar 2005-ci ildə Balakən rayonu Şambul kənd icra nümayəndəliyində JN-534 kod-40116018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN- 534 Q planşeti hissəsində göstərilmiş 13749.23 kvm hissəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər- X21 və X41 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı etiraf etməyərək göstərmişdir ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə onun,atası-X27, anası-X1, bacısı-X8, qızı-X22 və arvadı- X18 ümumi birgə mülkiyyətinə Balakən rayonu Şambul kəndi ərazisindən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-534 KOD-40116018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktı təqdim edilmişdir. Həmin torpaq sahəsinin 1.37 ha hissəsi 2005-ci ildə atası Bəysəfa tərəfindən İddiaçı ilə dəyişdirilmişdir. Atası tərəfindən torpaq sahəsi satılmamışdır. Onlara pul verilməmişdir. 11 yanvar 2005-ci il tarixli akta imza etsə də həmin akt torpaq sahəsinin satılmasına görə deyil, dəyişdirilməsinə görə yazılmışdır. X52 08 iyun 2009-cu ildə, anası X5 03 iyul 2016-cı ildə,arvadı- X33 30 may 2012-ci ildə ölmüşlər.İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X21 əvvəlki məhkəmə iclasında iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə ona, X35, X2, Cavabdeh,X28 və X23 Balakən rayonu Şambul kəndi ərazisindən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-534 KOD- 40116018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim edilmişdir. Torpaq sahəsi atası Bəysəfa və qardaşı Fazilin istifadəsində olmuşdur.O, özü torpaq sahəsindən istifadə etməmişdir. Mülkiyyətlərində olan həmin torpaq sahəsi 2005-ci ildə atası Bəysəfa tərəfindən İddiaçı ilə dəyişdirilmişdir.O,hazırda özünə məxsus olan torpaq sahəsini tələb edir. İddiaçının iddia tələbi əsassızdır. İddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuş X41 əvvəlki məhkəmə iclasında iddianı etiraf etməyərək izahatında göstərdi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə ona, X35, X2,Cavabdeh, X13 və X23 Balakən rayonu Şambul kəndi ərazisindən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və bu barədə onlara JN-534 KOD- 40116018 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət aktı təqdim edilmişdir. 2005-ci ildə o, azyaşlı olmuşdur. Onun həmin torpaq sahəsinin satılmasından xəbəri olmamışdır. Sonradan ona məlum olmuşdur ki,torpaq sahəsi babası Bəysəfa Həsənov tərəfindən İddiaçılə dəyişdirilmişdir. Hazırda o, özünə məxsus olan torpaq payını tələb edir. İddiaçının iddiası əsassızdır, rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, tərəfləri tanıyır, həmkəndçiləridir. Eşitdiyinə görə Bəysəfa Həsənov özünə məxsus olan torpaq sahəsini 2005-ci ildə öz aralarında heç bir sənədləşmə olmadan İddiaçılə dəyişmişdir. Torpaq sahəsinin İddiaçı satıldığını eşitməmişdir. Tərtib edilmiş aktda imza etmiş Şadnus Dovşanov onun qardaşıdır.Şadnusun həmin akta nə üçün imza etdiyini bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında göstərdi ki, tərəfləri tanıyır, həmkəndçiləridir.Cavabdeh onun bacanağıdır. Bəysəfa Həsənov özlərinə məxsus torpaq sahəsini İddiaçı satmamışdır.Eşitdiyinə görə Bəysəfa Həsənov özünə məxsus olan torpaq sahəsini 2005-ci ildə öz aralarında heç bir sənədləşmə olmadan İddiaçılə dəyişmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş JN-534 KOD 40110018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 saylı qərarı ilə X35,X2, X13, X19,X28 və X23 Balakən rayonu Şambul kəndi ərazisindən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 11 yanvar 2005-ci il tarixdə tərtib edilmiş Aktda göstərilmişdir ki,”Tərtib edirik həmin aktı mən- X44, mənim ailə üzvlərim, sahə qonşularım və Şambul kənd icra numayəndəliyi 1.X29, 2.Şambul kənd sakinləri Saramanov Camaldin, X14, X36, X30, X9, X15, X44, X5, X21,Cavabdeh, X33, X20 tərəfindən ondan ötəri ki, JN-534 torpağa mülkiyyət hüququna dair dövlət Aktında göstərilən 534 Q cizgidə əks olunmuş sahəsi 13749 kv.m torpaq sahəsini Şambul kənd sakini İddiaçı satdım və torpaq sahəsinin dəyəri 1 milyon üç yüz yarım min manat məbləğində pulu aldım. Həsənov Bəysəfa imza: aldım. X5 imza. Aldım Cavabdeh . imza. Aldım. X33. İmza. Aldım. Ona görə də torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surəti İddiaçı təhvil verildi. Aktın doğruluğunu imzamızla təsdiq edirik. 1.İmza:R.Abdullayev 2.imza:C.Saramanov 3.imza:.B.Mustafayev 5.imza: Ə.Əzizov 6.imza:H.Nuriyev 7.imza:M.Nuriyev. 8.imza:İddiaçı 9.imza:G.Tanrıverdiyeva 10.imzav: M.Həsənova 11.imza:Cavabdeh 12.imza:B,Bayramova 13.imza:Şahid2.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 05 yanvar 2005-ci il tarixli Balakən rayonu Şambul kənd sakini X44 tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Q.Ş.Məmmədova ünvanlanmış ərizədə göstərilmişdir ki, “Mən ailə üzvlərimlə birlikdə Balakən rayon Aqrar İslahat Komitəsinin 1998-ci il 19 may tarixli 07 nömrəli qərarı ilə 1.37 ha torpaq sahəsini ailə üzvlərinin razılığı ilə satmaq qərarına gəlmişik. Satmaq istədiyimiz torpaq sahəsi girov qoyulmamış və onunla bağlı məhkəmə mübahisəsi yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarına müvafiq olaraq satmaq istədiyimiz 1.37 ha torpaq sahəsininin normativ qiyməti barədə arayış verilməsini xahiş edirəm.Ailə üzvlərim onlara məxsus torpaq paylarının satılmasına razılıqlarını imzaları ilə təsdiq edirlər. 1.X42 02527984 imza 2.X5 02527899 imza 3.Cavabdeh 03957111 imza 4.X33 03917892 imza 5.X41 XVİİ-JQ-283712.” İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 27 dekabr 2005-ci il tarixli Vəsiyyətnamədə göstərilmişdir ki, Balakən rayonu Şambul kənd sakini X44 Azərbaycan Respublikası Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı №534 ilə mənə verilmiş 1.37 ha pay torpaq sahəsini X7 vəsiyyət edirəm”. İşdə olan və məhkəmə iclasında tədqiq edilən,Balakən rayon İcra Hakimiyyəti Başçısının Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 noyabr 2023-cü il tarixdə verilmiş 596 nömrəli məktubda göstərilmişdir ki, “Verilir həmin arayış Şambul kənd inzibati ərazi nümayəndəliyi tərəfindən ondan ötrü ki, Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 07 saylı qərarına əsasən torpaq sahəsi verilən vətəndaşların adlı siyahısında texniki səhv olaraq X31 qeyd olunmuşdur. Odur ki, Cavabdeh ( AZE №********) ilə adlı siyahıda qeyd olunan X31 ilə eyni şəxsdir (özüdür). İşdə olan və məhkəmə iclasında tədqiq edilən,Balakən rayon İcra Hakimiyyəti Başçısının Şambul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 74 nömrəli məktubda göstərilmişdir ki, “Verilir Balakən rayon Şambul kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən İddiaçı ondan ötrü ki, o həqiqətən Şambul kənd sakinidir,X15 ilə eyni şəxsdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AR-1 867568 nömrəli 25 sentyabr 2019cu il tarixli etibarnamədən görünür ki, Cavabdeh İddiaçı etibarnamə verərək, bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən, qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya imtina ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu, Şambul kəndində yerləşən 1.71 ha torpaq sahəsinin mülkün nömrəsi 534 Q olan 13749.23 kv.m olan hissəsindən ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi etibar etmişdir.etibarnamə 50 il müddətinə verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən,Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08 iyun 2009-cu il tarixli 12 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, X44 04 iyul 2009-cu il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 11 iyul 2016-cı il tarixli 12 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, X5 03 iyul 2016-cı il tarixdə ölmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən, Balakən Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 09 iyun 2012-ci il tarixli 10 nömrəli ölüm haqqında akt qeydində göstərilmişdir ki, X33 30 may 2012-ci il tarixdə ölmüşdür. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şahidlərin ifadələrini, işdə olan sübutları bilavasitə tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 07 nömrəli qərarı ilə, JN-534 kod-40116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Cavabdeh, X5, X21, X44, X33 və X16 ümumi birgə mülkiyyətinə Balakən rayonu Şambul kəndi ərazisindən 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 11 yanvar 2005-ci il tarixdə X44, X5, Cavabdeh və X33 ümumi birgə mülkiyyətlərində olan həmin torpaq sahəsinin Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının JN- 534 Q planşet nömrəsində göstərilmiş 13749.23 kv/m hissəsini o vaxtkı məzənnə ilə ******* (bir milyon üç yüz yetmiş min) manata İddiaçı satmışlar. Bu barədə 11 yanvar 2005-ci il tarixdə Şambul kənd icra nümayəndəliyində Şambul kənd icra nümayəndəsi X11, Balakən rayon Şambul kənd sakinləri Saramanov Camaldinin, X3, X17, X12, X4, İddiaçı və cavabdehlər X27 və qeyrilərinin iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuş və Balakən ÎHB-nin Şambul kənd icra nümayəndəliyində təsdiq olunmuşdur. O,vaxtdan da torpaq sahəsi İddiaçı sahibliyində və istifadəsindədir. İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir,torpağın vergisini də özü ödəyir. 25 sentyabr 2019-cu ildə Cavabdeh İddiaçı satılmış 13749.23 kv/m torpaq sahəsinə görə sonuncuya 50 il müddətinə etibarnamə verərək, bütün idarə və təşkilatlarda, dövlət orqanlarında, o cümlədən, qeydiyyat, notariat və vergi orqanlarında, banklarda, daşınmaz əmlakın dövlət reyestri xidmətinin müvafiq idarəsində və digər yerlərdə ona məxsus olan əmlak hüquqları, habelə vərəsəliyə aid bütün hüquqlar ilə əlaqədar onu təmsil etməyi, adından mirasın qəbulu və ya imtina ərizəsi verməyi, ona çatası sənədləri, o cümlədən, vərəsəlik hüququ haqqında şəhadətnaməni, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 1 saylı arayışı almağı, aldığına görə imza etməyi, sonradan həmin mirasa daxil olan Balakən rayonu, Şambul kəndində yerləşən 1.71 ha torpaq sahəsinin mülkün nömrəsi 534 Q olan 13749.23 kv.m olan hissəsindən ona məxsus olan hissəsinə dair öz mülahizəsinə görə sərəncam verməyi, satmağı, pulunu almağı, notariat kontorunda bu barədə müqavilə imzalamağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün digər hərəkətləri etməyi etibar etmişdir. Lakin sonradan Cavabdeh və onun ailə üzvləri alqı-satqı müqaviləsinin notariat qaydasında bağlanması üçün notariat kontoruna getməkdən imtina etmişdirlər.Odur ki, Cavabdeh və onun ailə üzvləri X5, X21, X44, X33, X34 ilə aralarında 11 yanvar 2005-ci ildə Balakən rayonu Şambul kənd icra nümayəndəliyində JN-534 kod-40116018 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş 1.71 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin JN- 534 Q planşeti hissəsində göstərilmiş 13749.23 kv/m hissəsinə dair bağlanmış alqı-satqı müqaviləsinin etibarlı hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir. İş materiallarından görünür ki, tərəflər arasında yaranmış hüquq münasibətləri torpaq alqı-satqı müqaviləsinin etibarlı hesab olunması ilə bağlı yaranan mübahisədir. Tərəflər arasındakı bu hüquq münasibətləri 11 fevral 2002-ci ildə yaranmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən mərkəzi hüquq norması 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsidir. Həmin maddəyə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Qeyd edilən maddə, forma şərtinə riayət edilməməsi səbəbindən etibarsız əqdlərin etibarlı hala gətirilməsini (konvalidasiyasını) nəzərdə tuturdu. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 3 iyun 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir. Qanunvericiliyin müəyyən etdiyi forma (şəkil) tələbinin yerinə yetirilməməsi tərəflərə bu əsas ilə müqavilənin etibarsızlığını irəli sürmək haqqını verir. Lakin nəzərə alınmalıdır ki, digər haqların realizəsində olduğu kimi, əqdin etibarsızlığının irəli sürülməsi halında da mülki dövriyyə subyektləri vicdanla hərəkət etməli, hüquqdan sui-istifadəyə yol verməməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarında qeyd edilmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir. Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi , 11 yanvar 2005-ci il tarixdə X44,X5,Cavabdeh və X33 özlərinin və X21 və X16 ümumi birgə mülkiyyətlərində olan, N-534 kod 40116018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının JN- 534 Q planşet nömrəsində göstərilmiş 13749.23 kv/m torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (bir milyon üç yüz yetmiş min) manata İddiaçı satmışlar. Bu barədə 11 yanvar 2005-ci il tarixdə Şambul kənd icra nümayəndəliyində Şambul kənd icra nümayəndəsi X11, Balakən rayon Şambul kənd sakinləri Saramanov Camaldinin, X3, X17, X12, X4, İddiaçı və cavabdehlər X27 və qeyrilərinin iştirakları ilə alqı-satqı aktı (müqaviləsi) tərtib olunmuş və Balakən ÎHB-nin Şambul kənd icra nümayəndəliyində təsdiq olunmuşdur. Həmin vaxt X44, X5,Cavabdeh və X33 torpaq sahəsinə görə İddiaçı o,vaxtkı məzənnə ilə ******* (bir milyon üç yüz yetmiş min) manat pulu almışlar və torpaq sahəsini İddiaçı sahibliyinə və istifadəsinə vermişlər.O,vaxtdan da torpaq sahəsi İddiaçı aşkar sahibliyində və istifadəsindədir.İddiaçı həmin torpaq sahəsindən etirazsız istifadə edir,torpağın vergisini də özü ödəyir. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı əqdi icra etmiş, tərəflər arasında bağlanmış 11 yanvar 2005-ci il tarixli torpaq sahəsinin alqı-satqı müqaviləsinin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin-yəni cavabdeh tərəfin təqsiri ucbatından baş vermiş, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmış və əqdin özü qanuna zidd olmamış və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmişdir. Alqı-satqının notariat qaydasında bağlanmaması, torpaq sahəsinin İddiaçı satılmaması, həmin torpaq sahəsinin İddiaçı məxsus torpaq sahəsi ilə dəyişdirilməsi,X21 və X34 akta imza etməmələri barədə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin etirazları ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 52-ci maddəsinə əsasən, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin birləşdirilməsi zamanı yaranır. İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququnda məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan suiistifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 3 mart 2023-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Məcəllənin 404-cü maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu mənada mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla müəyyənləşdirilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr tarixli Qərar). Xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayətinə dair 2021-ci il 12 aprel tarixli Qərarı). Məhkəmə işin hallarını, cavabdeh tərəfin torpaq sahəsinin dəyişdirilməsi barədə heç bir sübut təqdim etməmələrini, əksinə torpaq sahəsinin satılması ilə bağlı işdə mötəbər sübutlar olmasını, qanunvericiliyin və konstitusiya məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki,İddiaçı ilə Cavabdeh, X5, X21, X44, X33, X16 araşında, sonuncuların mülkiyyətində olan 13749.23 kv.m sahəsinin İddiaçı satılması barədə 11 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 7 nömrəli qərarına əsasən JN-534 kod 40116018 olan Dövlət Aktı ilə Cavabdeh, X5, X21, X44, X33, X16 mülkiyyətinə verilmiş, Balakən rayonu Şambul kəndində yerləşən 1.71 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 534 Q planşet nömrəsindəki cizgilər daxilində yerləşən 13749.23 kv/m hissəsinin İddiaçı satılması barədə İddiaçı ilə Cavabdeh, X5,X44 və X33 aralarında 11 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddəsini rəhbər tutaraq, məhkəmə qətetdi İddia təmin edilsin. Balakən Rayon Aqrar İslahat Komissiyasının 19 may 1998-ci il tarixli 7 nömrəli qərarına əsasən JN-534 kod 40116018 olan Dövlət Aktı ilə Cavabdeh, X5, X21, X44, X33, X16 mülkiyyətinə verilmiş, Balakən rayonu Şambul kəndində yerləşən 1.71 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsinin 534 Q planşet nömrəsindəki cizgilər daxilində yerləşən 13749.23 kv/m hissəsinin İddiaçı satılması barədə İddiaçı ilə Cavabdeh,X5, X44 və X33 aralarında 11 mart 2005-ci il tarixdə tərtib edilmiş alqı-satqı aktı (müqaviləsi) etibarlı hesab edilsin. 100 manat dövlət rüsumu xərci Cavabdeh alınıb İddiaçı oğluna verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov
Məhkəmə qərarları › İş №e-2(019)-172/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-172/2024
14.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver