Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-178/2023 02.05.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, Qədirov İbadullah Şamil oğlunun katibliyi, Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 və Balakən Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 Rauf qızının iştirakı ilə, Ərizəçi qızı-X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı-xx.xx.1980-ci ildə doğulmuş X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Balakən rayonu Tülü kəndində yaşayır. X7 onun qızıdır. X7 anadangəlmə xəstədir. O, ağır dərəcəli əqli gerilik dioqnozu ilə xəstədir. X7 xx.xx.1991-ci il tarixdən Balakən Mərkəzi Rayon Xəstəxanasının psixiatriya kabinetində ağır dərəcəli əqli gerilik dioqnozu ilə qeydiyyatındadır. Xəstəliyi ilə əlaqədar olaraq X7 əlildir və əmək qabiliyyəti yoxdur. X7 xəsətəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və idarə edə bilmir. X2 məxsus torpaq sahəsinin idarə edilməsi, ona məxsus pensiya kartının dəyişdirilməsi və eləcə də notariat hərəkətləri üçün onun imzası lazım olur. Lakin qızı X7 öz hərəkətlərinin mənasını anlaya, ona verilmiş sualları cavablandıra, hər hansı sənədə imza ata bilmədiyinə görə həmin hərəkətlərin edilməsi mümkün deyildir. 07 aprel 1980-cı ildə doğulmuş X4 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Buna görə də şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona hazırda o, qulluq edir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi-vəkili Nümayəndə1 ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verimş və ərizənin təmin olunmasını xahiş etmidir. Məhkəmə iclasında maraqlı şəxs Balakən Rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsi Nümayəndə2 Rauf qızı məhkəmə iclasında ərizəyə etiraz etməyərək, izahatında göstərdi ki, X7 anadangəlmə xəstədir, xəstəliyi ilə əlaqədar olaraq əmək qabiliyyəti yoxdur. X7 xəstəliyi ilə əlaqədar olaraq öz hərəkətlərinin mənasını anlaya və onları idarə edə bilmir. xx.xx.1980-cı ildə doğulmuş X7in xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar olaraq fəaliyyət qabiliyyətinin olmaması səbəbindən, ona qəyyum təyin olunması zərurəti yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirdi. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X7 özünü idarə edə bilməməsi səbəbindən səhhəti buna imkan vermədiyi üçün məhkəmə iclasına gəlməmişdir. Buna görə də məhkəmə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs X7in iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti buna yol verirsə, məhkəmə iclasına çağrılıır. İş materiallarında olan AZE 0******* 0xxxxxxx3 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1949-cü ildə doğulmuşdur və ona Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X16 «Balakən Rayon Mərkəzi Xəstəxanası» X14 11 noyabr 2022-ci il tarixli PHŞ/6.27-2-2022-152 nömrəli arayışından görünür ki, Balakən rayon sakini X7 xx.xx.1991-ci il tarixdən Balakən MRX-nın psixiatriya kabinetində «ağır dərəcəli əqli gerilik» diaqnozu ilə qeydiyyatdadır. İş materiallarında olan 05 may 1980-ci il tarixdə verilmiş İV-JQ 453349 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə doğlumuş, atası X10, anas isə X3 yazılmışdır. İş materiallarında olan AA3044346 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1980-ci il tarixdə doğulmuşdur və Azərbaycan Respublikasının vətəndaşıdır. İş materiallarına əlavə olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 fevral 2023-ci il tarixli 88 nömrəli rəyindən görünür ki, 07 aprel 1980-ci ildə doğulmuş X7 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F71.1 xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk temək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-u baxış) F71.1 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, hazırki ərizənin verilməsi ilə bağlı Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə ərizəçinin nümayəndəsini və Balakən Rayon İcra Hakimiyyəti Başçısının Qəyyumluq və Himayə Komissiyasının nümayəndəsini dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə əsaslıdır və ona görə də təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işdə olan sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Azərbaycan Respublikasının vətəndaşıdır və Balakən rayonunun Tülü kəndində yaşayır. Ərizəçinin xx.xx.1980-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş qızı X7 “orta dərəcəli əqli gerilik, davranış pozuntuları XBT 10” diaqnozu ilə xəstədir və Balakən Rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsində psixiatriya kabinetində qeydiyyatdadır. xx.xx.1980-ci il tarixdə doğulmuş X7 atası olan Ərizəçi yanında və himayəsində yaşayır. Ərizəçi Akqubayev X8 Bənzərə məxsus torpaq sahəsinin idarə edilməsi, ona məxsus pensiya kartının dəyişdirilməsi və eləcə də notariat hərəkətləri üçün onun imzası lazım olduğundan müvafiq təşkilatlara müraciyət etmiş, lakin X5 xəstəliyi, yəni psixi qüsurları ilə əlaqədar fəaliyyət qabiliyyətinin olmaması səbəbindən ona qəyyum təyin edilməsi zərurəti yaranmışdır. Buna görə də ərizəçi qızı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İş üzrə təyin olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 fevral 2023-ci il tarixli 88 nömrəli rəyinə əsasən 07 aprel 1980-ci ildə doğulmuş X7 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F71.1 xəstəliyi keçirməsi nəticəsində öz əməlinin faktiki xarakterini dərk temək, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir; X1 orta dərəcəli əqli gerilik, davranış pozuntuları ilə XBT-10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-u baxış) F71.1 xəstəliyi ilə əlaqədar fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin Ərizəçi hazırki ərizənin verilməsi ilə bağlı 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyəti orqanları), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi qüsuru haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 445.0.2-ci maddəsinə əsasən barəsində məhdud fəaliyyət qabiliyyəti hesab edilmə haqqında məsələ qaldırılan şəxs Azərbaybaycan Respublikasının vətəndaşı olduqda, yaxud o, Azərbaycan Respublikasının ərazisində adətən yerləşdiyi yerə malik olduqda Azərbaycan Respublikasının məhkəmələri xüsusi icraat işlərinə baxırlar. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına əsasən müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş və hal-hazırda Balakən rayonunun Tülü kəndində yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mulki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mulki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. xx.xx.1980-ci il tarixdə Balakən rayonu Tülü kəndində doğulmuş və hal-hazırda Balakən rayonu Tülü kəndində yaşayan X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-178/2023
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-178/2023
02.05.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver