Məhkəmə qərarları › İş №e-2(019)-187/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-187/2023

25.04.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-187/2023 25.04.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 və Cavabdeh1 nümayəndəsi-vəkili və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X57 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Cavabdeh2 qarşı Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1, X57 Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”nin etibarsız hesab olunması, həmin şəhadətnamə əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, və məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması, məhkəməyə ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı nümayəndəsi-vəkili Nümayəndə1 iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ilə X28 11 avqust 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikah dövründə 08 iyul 2007-ci il tarixdə X36, 13 iyun 2009-cu il tarixdə X35 və xx.xx.2011-ci il tarixdə isə X45 adlı 3 övladları anadan olmuşdur. X22 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi miras qalmışdır. X25 vəfat etdikdən sonra mərhumdan miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini iddiaçının həyat yoldaşı X28 idarə etmiş və faktiki sahibliyi həyata keçirmişdir. X5 başqa övladı olmamış, yeganə vərəsəsi X28 olmuşdur. İddiaçının həyat yoldaşı X28 03 noyabr 2017-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra birgə nikah dövründə anadan olmuş övladları azyaşlı olduqları və iddiaçı həmin vaxt həbsdə olduğu üçün uşaqlar İsmayıllı rayonu Lahıc kəndində iddiaçının valideynlərinin himayəsində yaşamışlar. İddiaçı hal-hazırda övladları ilə birlikdə Bakı şəhərində yaşayır. İddiaçı və övladları hər il bayram ərəfələrində Balakən şəhərinə gələrək mərhumların məzarını ziyarət edirlər. Sonuncu dəfə 2022-ci ilin sentyabr ayında Balakənə gələrkən məlumatları olmuşdur ki, mərhum X16 miras qalmış evə və torpaq sahəsinə Cavabdeh1 vərəsəlik açdırmış və miras əmlakları tamamilə öz adına rəsmiləşdirmişdir. Məsələni aydınlaşdırmaq üçün Cavabdeh1 ilə danışıqlar aparılmış, sonuncu əmlakın artıq öz adına rəsmiləşdirdiyini bildirmiş və əmlakı verməkdən imtina etmişdir. Torpaq sahəsinin necə və hansı əsaslar əsasında rəsmiləşdirilməsini aydınlaşdırmaq üçün Balakən rayon Asan Xidmət Mərkəzinin Notariat Ofisinə vəkil sorğusu ilə müraciət olunmuş və notariat ofisi tərəfindən mərhum X14 miras qalmış əmlaklara açılmış vərəsəlik işində olan bütün sənədlər əldə olunmuşdur. Notariat Ofisindən əldə olunmuş sənədlərdən görünür ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş mərhum X14 miras qalmış əmlaklara 16 mart 2018-ci il tarixdə Cavabdeh1 olunun adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Notariat Ofisinə Balakən rayon Mahamalar inzibati ərazi dairəsi tərəfindən 2018-ci ilin yanvar ayında 71 saylı arayış verilmişdir. Həmin arayışa əsasən müəyyən olunur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsələri yalnız mərhumun qardaşları qeyd olunmuşdur. Arayışda qeyd olunmuş mərhumun qardaşlarından yalnız Cavabdeh1 təsərrüfatda qeydiyyatda olmağı yazılmışdır. Daha sonra tərəfindən Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə vəkil sorğusu göndərilərək, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsələri barədə məlumatın verilməsi xahiş olunmuşdur. Balakən rayon Mahamalar kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 804 saylı arayışda qeyd olunur ki, 11 noyabr 2001-ci il tarixdə vəfat etmiş X15 vərəsəsi X29 olmuşdur. İcra nümayəndəliyi tərəfindən verilmiş 104 saylı arayışda qeyd olunur ki, mərhumə X29 03 noyabr 2017-ci ilədək Mahamalar kəndində azyaşlı övladları ilə birlikdə yaşamışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mərhum X14 miras qalmış fərdi yaşayış evini və həyətyanı torpaq sahəsini 03 noyabr 2017-ci il tarixədək iddiaçının mərhum həyat yoldaşı X28 idarə etmişdir. Yuxarıda qeyd etdiyi icra nümayəndəliyi tərəfindən müxtəlif tarixlərdə verilmiş arayışlar biri-biri ilə ziddiyyət təşkil edir. Belə ki, 2018-ci il tarixli arayışda X5 vərəsəsi Cavabdeh1 göstərilmiş, 2022-ci il tarixdə vəkil sorğusuna verilmiş cavabda isə X28 göstərilmişdir. Görünür ki, İcra nümayəndəliyi tərəfindən müxtəlif məzmunlu arayışların verilməsi nəticəsində vərəsəlik hüququndan iddiaçı və 3 azyaşlı övladı məhrum olmuşlar. 03 noyabr 2017-ci il tarixdə vəfat etmiş X19 1-ci növbədə vərəsələri iddiaçı və 3 azyaşlı övladlarıdır. Mülki iş üzrə Cavabdeh1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və verilmiş şəhadətnamə əsasında hüquqlarını DƏDRX-də qeydiyyata alması qanunsuzdur. Bunun üçün 16 mart 2018-ci il tarixdə Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən verilmiş 2V-127 saylı reyestr nömrəsi ilə qeydə alınan “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” etibarsız hesab olunmalı və onun əsasında Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış ləğv olunmalıdır. Eyni zamanda həmin əmlak qanunsuz olaraq xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi bağlandığından həmin bağışlanma müqaviləsi ləğv olunmalı, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarış ləğv olunmalıdır. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonrakı məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun, onun nümayəndəsi-vəkili Nümayəndə1 izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, həyat yoldaşı X28 hazırda mübahisələndirilən evdə yaşamasa da, həmin ev Xatirənin anasının adına olmuşdur. Xatirə anasının birinci növbəli vərəsəsi olmuşdur, anasından qalmış miras ona keçməli idi. Həyat yoldaşı X19 adına fərdi yaşayış evi və torpaq sahəsi də olmuşdur. Nə özü, nə də həyat yoldaşı X10 Mamed Abdulməcid oğlunun adına olan evdə yaşamamışlar. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, X25 onun bacısı olmuşdur. 1977-ci il təvəllüdlü X43 isə onun qızı olmuşdur. 1995-ci ildə Balakən rayonu Mahamalar kəndində ev almaq qərarına gəlmişdir. Həmin vaxt Qazaxıstan Respublikasında yaşadığına görə evi X15 adına almışdır. 2001-ci ilədək həmin evdə bacısı Rəfiqə Xəlilova yaşamış, 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Onun dəfnini özü ata evindən yola salmaqla həyata keçirmişdir. Mərhumənin ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha (on dörd sot) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qalmışdır. X2 qalmış mirası o, faktiki qəbul edərək idarə etmiş, mərhuməyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmir etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. 2003-cü ildə isə Cavabdeh2 ilə qeyri-rəsmi nikahla evlənərək, həmin evə köçüb orada yaşamışlar. 2005-ci ildə isə onunla nikahlarını rəsmiləşdirmişlər. Cavabdeh2 ilə 2003-cü ildən halhazıradək birlikdə həmin evdə yaşayırlar. X15 ölümündən sonra onun təsərrüfatında o, qalmışdır. Bunu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş yanvar 2018-ci il tarixli 71 saylı arayış da təsdiq edir. Eyni zamanda bacısı X15 qızı olmuş X32 atası X30 məxsus olan Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamış, həmin təsərrüfatda 0.25 ha həyətyanı torpaq sahəsi, 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1918-ci ildə tikilmiş fərdi yaşayış evi omuşdur. Bunu iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 104 saylı arayış da təsdiq edir. X32 2006-cı ilədək atasına məxsus evdə yaşamış, xx.xx.2006-cı ildə rəsmi nikahla İsmayıllı rayonu Lahıc qəsəbə sakini İddiaçı ilə evlənmiş, Xatirə onun özünün adına olan torpaq sahəsində yerləşən evindən gəlin köçmüş, rəsmi nikahlarından üç övladları olmuşdur. İddiaçı sonradan korrupsiya xarakterli cinayət törətdiyinə görə həbs olmuş, uzun müddət həbsdə qalmış, X32 isə Balakən rayonuna qayıtmış, öldüyü vaxtadək kirayədə yaşamışdır. Xatirə İsmayılzadə 03 noyabr 2017-ci ildə vəfat etmiş, onun da dəfnini o, yola salmışdır. 2018-ci ilin yanvar ayında onun müraciəti əsasında Balakən rayon Notariat Kontorunda mərhum bacısı X15 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kvm-dən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə X15 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən 16 mart 2018ci il tarixdə verilmiş 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi Balakən rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 adına bağışlanmışdır. xx.xx.2022-ci il tarixdə isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi **********71-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Eyni zamanda bildirir ki, X32 iddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evində və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsində heç vaxt yaşamamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən X22 0.25 has həyətyanı torpaq sahəsi verilmişdir. Həmin ərazi atası Abdulməcid Xəlilovdan qalmış, Xatirə isə həmin torpaqda yerləşən evdə yaşamışdır. 2006-cı ildə Xatirə İddiaçı İsmayılzadə ilə evləndikdən sonra həmin təsərrüfatdan ayrılmış, bundan sonra orada yaşamamışdır. X12 X24 keçmiş, Balakən rayonu Mahamalar kəndində yerləşən Xatirənin yaşadığı 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016-cı ildə Xatirə İsmayılzadə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında qardaşı oğlu Şahin Məcidzadəyə satmışdır. Hazırda onun ailəsi Abşeron rayonu Masazır qəsəbəsi Qurtuluş 93 yaşayış kompleksində öz evlərində yaşayırlar. 2022-ci ilin sentyabr ayında İddiaçı onun yaşadığı evə gələrək bildirmişdir ki, həmin ev onun qaynanasının adına olmuşdur. Həyat yoldaşı öldüyünə görə evin sahibi özü olmalı idi. Evi qanunsuz olaraq adına rəsmiləşdirmişdir. Əgər istədiyi məbləğdə pulu verməsə, vərəsəlik işini ləğv etdirəcəkdir. Özü ona qəti etiraz etmiş və onu həyətdən çıxarmışdır. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddia əsassız olduğundan iddianın təmin olunmamasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili və Cavabdeh2 nümayəndəsi-vəkili Nümayəndə2 iddianı qəbul etməyərək, Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermiş və əlavə olaraq göstərmişdir ki, X6 Mamed Abdulməcid oğlunun bacısı olmuşdur. O, 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Mərhumənin ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha (on dörd sot) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qalmışdır. X2 qalmış mirasını Cavabdeh1 faktiki qəbul edərək idarə etmiş, mərhuməyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmir etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Onun ölümündən sonra orada Cavabdeh1 yaşamış, 2003-cü ildə isə Cavabdeh2 ilə evlənmişdir və hazıradək orada yaşayırlar.X15 ölümündən sonra ona məxsus olmuş təsərrüfatda Cavabdeh1 qalmışdır. X15 qızı olmuş X32 Cavabdeh1 atası X30 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamış, həmin təsərrüfatda 0.25 ha həyətyanı torpaq sahəsi, 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1918-ci ildə tikilmiş fərdi yaşayış evi omuşdur. Bunu iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 104 saylı arayış, Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən X19 adına verilmiş JN 1157A, KOD 40108018 olan torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə təsdiq edir. X32 2006-cı ilədək özünə məxsus 0.25 ha torpaq sahəsində yerləşən evdə yaşamış, xx.xx.2006-cı ildə rəsmi nikahla İsmayıllı rayonu Lahıc qəsəbə sakini İddiaçı ilə evlənmiş, Xatirə onun özünün adına olan torpaq sahəsində yerləşən evindən gəlin köçmüş, Xatirə ilə Həsənin rəsmi nikahlarından üç övladları olmuşdur. Xatirə İsmayılzadə 03 noyabr 2017-ci ildə vəfat etmiş, onun da dəfnini Cavabdeh1 təşkil etmişdir. 2018-ci ilin yanvar ayında Cavabdeh1 müraciəti əsasında Balakən rayon Notariat Kontorunda mərhum bacısı X15 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kvm-dən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə X15 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən 16 mart 2018ci il tarixdə verilmiş 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Cavabdeh1 tərəfindən DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi Balakən rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinə əsasən həyat yoldaşı Cavabdeh2 adına bağışlanmışdır. xx.xx.2022-ci il tarixdə isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi **********71-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmaqla Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsində X32 heç vaxt yaşamamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən JN 1157A, KOD 40108018 olan torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əsasında X22 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin ərazi cavabdehin atası Abdulməcid Xəlilovdan qalmış, Xatirə isə həmin torpaqda yerləşən evdə yaşamışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən Xatirənin yaşadığı 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016-cı ildə Xatirə İsmayılzadə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şahin Məcidzadəyə satmışdır. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkən Cavabdeh1 onun təsərrüfatında qeydiyyatda olması, onun mirasını faktiki olaraq qəbul etməsi müəyyən edilmiş, digər vərəsələr isə mirası nə faktiki, nə də formal-rəsmi qaydada qəbul etmədiklərindən, təsərrüfatdan ayrıldıqlarından, mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilmiş və onlara miras əmlakdan pay verilməmişdir. X28 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X15 birinci növbəli vərəsəsi olsa da, anası Rəfiqədən qalmış mirası qəbul etmədiyindən Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan mərhumun qardaşı Cavabdeh1 adına keçirilmişdir. Mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. İddiaçı tərəf xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlakı onun qızı X28 tərəfindən mirasın formal və ya qeyri-formal üsulla qəbul edilməsini şərtləndirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında da belə bir sübutlar mövcud deyildir. Eyni zamanda bağışlanma müqaviləsi də qanuni əsaslarla həyata keçirildiyindən onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Cavabdeh X57 Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi, Cavabdeh2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cavabdeh1 onun qardaşıdır. Onların hazırda münasibətləri pisdir. Aralarında baş vermiş narazılıqlarla bağlı danışmırlar. X25 onun bacısı olmuşdur. Rəfiqə 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Mərhumənin ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha (on dörd sot) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qalmışdır. Rəfiqə öləndən sonra həmin miras əmlaka Cavabdeh1 yiyələnmişdir. Rəfiqənin qızı olduğu halda Mamedin ora sahiblik etməsi doğru deyil. Rəfiqə öləndən sonra orada Mamed yaşayır. Rəfiqənin qızı Xatirə isə atası Abdulməcid Xəlilovdan qalmış torpaq sahəsində olan evdə yaşamış, 2006-cı ildə isə evlənərək oradan köçmüşdür. Rəfiqə Xəlilova öldüyü vaxt qızı Xatirə atası Abdulməcid Xəlilovdan qalmış torpaq sahəsində olan evdə yaşamışdır. Sonralar əri həbsdə olmuş, Xatirə isə Balakən şəhər ərazisində kirayədə yaşamışdır. Xatirə İsmayılzadə 03 noyabr 2017-ci ildə vəfat etmiş, onun dəfni kənddə təşkil edilmişdir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Cavabdeh1la uzaq qohumdurlar. Özü Mamedlə qonşuluqda yaşayır. X6 Mamed Abdulməcid oğlu ilə bacı qardaşdır. 1977-ci il təvəllüdlü X43 isə Rəfiqənin qızı olmuşdur. X25 1995-ci ildə qardaşı Cavabdeh1 tərəfindən ona alınmış evdə 2001-ci ilədək yaşamışdır. Kənddə əvvəllər eşitdiklərinə görə həmin evi Cavabdeh1 bacısının adına özü üçün almışdır. Çünki həmişə bacısı Rəfiqə onlara deyirdi ki, ev Mamedindir, Mamed Qazaxıstanda olduğuna görə oradan pul göndərib Rəfiqənin adına alıblar. 2001-ci ilədək həmin evdə Rəfiqə yaşamış, 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Rəfiqənin dəfni Cavabdeh1 tərəfindən yola salınmışdır. X2 sonra orada Cavabdeh1 yaşamış, oraları abadlaşdırmış, torpağını əkib becərmiş, ev köhnə olduğundan onu təmir etdirmişdir. Mamed 2003-cü ildə Cavabdeh2 ilə evlənmişdir və halhazıra kimi Mamedlə Zülfidə həmin evdə yaşayırlar. X15 qızı olmuş X32 isə Mamedin atası X30 məxsus olan Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamışdır. 2006-cı ildə Xatirə həmin evdən ərə köçmüş, əri həbsdə olan vaxt Balakən rayonuna qayıtmış, Balakən şəhərində kirayədə yaşamış, 2017-ci ildə vəfat etmişdir. Onun dəfnini də Cavabdeh1 təşkil etmişdir. İsmayılzadə Xatirə heç vaxt Cavabdeh1 məxsus olan evdə yaşamamışdır. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cavabdeh1la qonşuluqda yaşayır. X6 Mamed Abdulməcid oğlu ilə bacı qardaşdır. Xatirə Rəfiqənin qızı olmuşdur. X25 1995-ci ildən 2001-ci ilədək qardaşı Cavabdeh1 tərəfindən ona alınmış evdə yaşamışdır. Kənddə hər kəs bilir ki, həmin evi Cavabdeh1 bacısının adına özü üçün almışdır. Bunun Rəfiqə də həmişə demişdir. O, demək olar ki, te-tez həmin evə gedib gəlmişdir. 2001-ci ilədək həmin evdə Rəfiqə yaşamış, 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. Onun dəfn mərasimi Cavabdeh1 tərəfindən təşkil edilmişdir. Rəfiqə Xəlilova öldüyü vaxt onun qızı Xatirə babası Abdulməcid Xəlilova məxsus olmuş 0.25 ha həyətyanı torpaq sahəsində yerləşən evində yaşamışdır. Rəfiqənin ölümündən sonra Mamed həmin təsərrüfata sahib olmuş, oranı abadlaşdırmışdır, bir müddət sonra evlənərək hazıra kimi orada yaşayır. X15 qızı olmuş X32 isə Mamedin atası X30 məxsus olan Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamışdır. 2006-cı ildə Xatirə həmin evdən ərə köçmüş, Xatirə yaşadığı evi və torpaq sahəsini sonralar dayısı oğlu Şahin Məcidzadəyə satmışdır. X32 heç vaxt Cavabdeh1 məxsus olan evdə yaşamamışdır. İş materiallarına əlavə edilmiş Balakən rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli, AZ-İ 903054 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X25 11 noyabr 2001-ci ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Balakən rayonu Mahamalar kənd İƏD tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli, AZ-İ 902929 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 03 noyabr 2017-ci ildə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi 22 №li reyestr kitabının 65 №li vərəqində X15 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 16 mart 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 11 noyabr 2001-ci il tarixdə ölmüş X15 Balakən rayonu Mahamalar kəndində yaşayan qardaşı Cavabdeh1 miras əmlakdan tam irs almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-in 18 saylı Zaqatala Ərazi idarəsi tərəfindən X15 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsindən mərhuma çatacaq hissəsindən ibarətdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 18 yanvar 2018-ci il tarixli 71 saylı arayışdan görünür ki, 11 noyabr 2001-ci il tarixdə ölmüş X15 vərəsələri Cavabdeh1, Şahid2, X17, X13r. Cavabdeh1 X15 təsərrüfatında 1995-ci ildən qeydiyyatdadır. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 xx.xx.1949-cu ildə doğulmuş, atası X37, anası X48 yazılmışdır. İş materiallarında olan Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu Cavabdeh3 tərəfindən miras qoyan X15 barəsində açılmış 2V-127 saylı vərəsəlik işindən görünür ki, Cavabdeh1 xx.xx.2018-ci ildə Balakən rayon Notariat Kontoruna 11 noyabr 2001-ci il tarixdə ölmüş bacısı X15 mirasını qəbul etməsi və miras əmlakdan ona çatacaq paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli 104 saylı arayışdan görünür ki, mərhumə Balakən rayonu Mahamalar kənd sakini olmuş X25 11 noyabr 2001-ci ildə vəfat etmişdir. Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arxivində hal-hazırda 2011- 2015, 2016-2020 və 2021-2025-ci illər üzrə Təsərrüfatbaşına kitablar vardır, əvvəlki dövrlərə aid Təsərrüfatbaşına Kitablar Balakən Rayon Dövlət Arxiv İdarəsinə təhvil verilmişdir. Həmin kitablarda X8 barədə qeyd aşkar olunmadı. X8 barədə məlumat aşkar olunmasa da onun övladı mərhumə X29 03 noyabr 2017 - ci ilədək Mahamalar kəndində azyaşlı övladları ilə birgə yaşamışdır. Belə ki, o 2011 - 2015 - ci illər üzrə təsərrüfatbaşına Kitab N 07. şəxsi hesab N 593. səhifə N 80 - da. 2016 - 2020 - ci illər üzrə təsərrüfatbaşma Kitab N 11. şəxsi hesab N 928. səhifə N 157 - də. 2021 - 2025 - ci illər üzrə isə 2017- ci ildə vəfat etdiyinə görə Təsərrüfatbaşına Kitab № 11. şəxsi hesab N 934. səhifə N 151 - də yalnız övladları qeydiyyatda qalmışdır. Həmin təsərrüfatda 0.25 ha (iyirmi beş sot) həyətyanı və 0.20 ha (iyirmi sot) pay torpağı, 1918-ci ildə tikilmiş fərdi yaşayış evi barədə qeyd vardır. X3 adına sənəd təqdim olunmadığına və Statistika Komitəsinin təlimatına uyğun olaraq hər il təsərrüfatların yerində şifahi sorğu əsasında aparıldığına görə qeyd olunan miras fərdi yaşayış evinin olub-olmaması barədə nümayəndəliyin məlumatı yoxdur, ətraflı əmlak barəsində məlumat üçün kənd bələdiyyəsinə, DƏDRX - nə və Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmək xahiş olunur. Mahamalar kəndi üzrə əmlak və torpaq vergilərinin vətəndaşlar tərəfindən kənd bələdiyyəsinə ödənildiyini nəzərə alaraq mərhuməyə məxsus fərdi yaşayış evi, torpağı həmçinin vergi ödəyicisinin və faktiki sahibliyin kimin tərəfindən həyala keçirildiyi barədə məlumat alına bilər. İş materiallarında olan Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X43 arasında nikah 11 avqust 2006-cı il tarixdə 159 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada İsmayılzadə soyadı verilmişdir. İş materiallarında olan Balakən rayonu Mahamalar kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli 1060 saylı arayışdan görünür ki, mərhumə X7 rayon Mahamalar kənd sakini olub və 11 noyabr 2001 - ci il tarixdə vəfat etmiş, onun dəfni qardaşı Cavabdeh1 tərəfindən ata evindən yola salınmışdır. Mərhumənin ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha (səkkiz sot) həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha (on dörd sot) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi qalmışdır. X2 qalmış mirası onun qardaşı Cavabdeh1 qəbul etmiş, mərhuməyə məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Cavabdeh1 özünün bildirməsinə görə 2003 - cü ildə Cavabdeh2 (2005 - ci ildə rəsmi nikah qeydə alınmışdır.) ilə evlənmişdir və həmin vaxtdan hal-hazıradək ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. İş materiallarında olan Balakən rayonu Mahamalar Bələdiyyəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli 189 saylı arayışdan görünür ki, Cavabdeh2 ondan ötrü ki, onun Mahamalar bələdiyyəsi ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixli ********** saylı qeydiyyat nömrəli Çıxarışa əsasən 0.08 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 82.40 kvadratmetr olan yaşayış evi var. Həmin torpaq sahəsi üçün hesablanmış vergi Cavabdeh1 tərəfindən ödənilir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi 22 №li reyestr kitabının 65 №li vərəqində Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan 06 aprel 2018-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Cavabdeh1 ƏMDK-nin yanında DƏDRX-in Zaqatala Ərazi idarəsinin qeydiyyat №**********, qeydiyyat tarixi xx.xx.2018-ci il, reyestr kitabı-22, səhifə-65 olan çıxarışına əsasən ona məxsus olan Balakən rayonu Mahamalar kəndində 0.0883 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evini həyat yoldaşı Cavabdeh2 bağışladı. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********71-10301 olan, ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi 22 №li reyestr kitabının 65 №li vərəqində Cavabdeh2 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan JN-1157A KOD-40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Balakən rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə X31 mülkiyyətinə Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan 10 avqust 2016-cı il tarixli 4Ə-356 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X11 rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə JN-1157A KOD-40108018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən X31 mülkiyyətinə verilmiş Balakən rayonu Mahamalar kəndi ərazisindən 0.25 ha həyətyanı torpaq sahəsini 3000 manata X1. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən reyestr nömrəsi **********46 olan, ********** qeydiyyat nömrəli xx.xx.2016-cı il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 0.2499 ha olan həyətyanı torpaq sahəsi 56 №li reyestr kitabının 2 №li vərəqində X18 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından həmçinin görünür ki, iddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə İddiaçı, onun nümayəndəsi-vəkilinin, Cavabdeh1, onun və digər Cavabdeh2 nümayəndəsi-vəkilinin izahatlarını və şahidlərin ifadələrini dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə təhqiqatı zamanı sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, X25 Cavabdeh1 bacısı olmuşdur. Rəfiqə Xəlilova 11 noyabr 2001-ci il tarixdə vəfat etmişdir. X15 ölümündən sonra Balakən rayonu Mahamalar kəndində 0.08 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kv.m olan fərdi yaşayış evi, 0.14 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi miras qalmışdır. X2 qalmış mirası Cavabdeh1 faktiki qəbul edərək idarə etmiş, mərhumə Rəfiqə Xəlilovaya məxsus torpaq sahəsində abadlıq işləri görmüş, əkib becərmiş, məhsulunu toplamış, mərhumənin dəfn xərclərini çəkmiş, ev köhnə olduğundan onu təmir etdirməklə abadlaşdırmış və bununla da mirası faktiki qəbul etdiyini nümayiş etdirmişdir. Rəfiqə Xəlilovanın ölümündən sonra orada Cavabdeh1 yaşamış, Cavabdeh1 2003-cü ildə isə Cavabdeh2 ilə evlənmişdir və hazıradək orada yaşayırlar. X15 ölümündən sonra ona məxsus olmuş təsərrüfatda Cavabdeh1 qalmışdır. X15 qızı olmuş X32 Cavabdeh1 atası X30 məxsus olmuş Balakən rayonu Mahamalar kəndində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evində yaşamış, həmin təsərrüfatda 0.25 ha həyətyanı torpaq sahəsi, 0.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 1918-ci ildə tikilmiş fərdi yaşayış evi omuşdur. X32 2006-cı ilədək özünə məxsus 0.25 ha torpaq sahəsində yerləşən evdə yaşamış, xx.xx.2006-cı ildə rəsmi nikahla İsmayıllı rayonu Lahıc qəsəbə sakini İddiaçı ilə evlənmiş, rəsmi nikahlarından üç övladları olmuşdur. Xatirə İsmayılzadə 03 noyabr 2017-ci ildə vəfat etmişdir. 2018-ci ilin yanvar ayında Cavabdeh1 müraciəti əsasında Balakən rayon Notariat Kontorunda mərhum bacısı X15 adına qeydə alınmış 0.0883 ha torpaq sahəsi və onun üzərində yerləşən 82.40 kvmdən ibarət fərdi yaşayış evinə dair mərhumdan ona çatacaq paya dair vərəsəlik işi açılmışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə X15 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən 16 mart 2018-ci il tarixdə verilmiş 2V-127 saylı reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsinə Cavabdeh1 adına DƏDRX tərəfindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. DƏDRX tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Cavabdeh1 adına qeydiyyata alınmış Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsi Balakən rayon Notariat Kontorunun xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh1 tərəfindən həyat yoldaşı Cavabdeh2 bağışlanmışdır. xx.xx.2022-ci il tarixdə isə sözügedən fərdi yaşayış evi və torpaq sahəsi **********71-10301 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmaqla ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə məhkəmə təhqiqatı zamanı o da müəyyən edildi ki, iddiaçının hazırda mübahisələndirdiyi Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsində X32 heç vaxt yaşamamışdır. Balakən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 08 nömrəli qərarına əsasən JN 1157A KOD 40108018 olan torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə əsasında X22 0.25 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Cavabdeh1 atası Abdulməcid Xəlilovdan qalmış, Xatirə isə həmin torpaqda yerləşən evdə yaşamışdır. Balakən rayonu Mahamalar kəndində yerləşən Xatirənin yaşadığı 0.25 ha həyətyanı torpaq sahəsi və onun üzərində yerləşən 1918-ci ildə tikilmiş fərdi yaşayış evini 10 avqust 2016-cı ildə Xatirə İsmayılzadə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında Şahin Məcidzadəyə satmışdır. Eyni zamanda məhkəmə təhqiqatı zamanı müəyyən edildi ki, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaklarla bağlı vərəsəlik açılarkən Cavabdeh1 onun təsərrüfatında qeydiyyatda olması, onun mirasını faktiki olaraq qəbul etməsi müəyyən edilmiş, digər vərəsələr isə mirası nə faktiki, nə də formal-rəsmi qaydada qəbul etmədiklərindən, təsərrüfatdan ayrıldıqlarından, mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiklərindən, eyni zamanda onların miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiklərindən onlar susmuş vərəsə hesab edilmiş və miras əmlakdan digər vərəsələrə pay verilməmişdir. X9 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X15 birinci növbəli vərəsəsi olsa da, anası Rəfiqə Xəlilovadan qalmış mirası qəbul etmədiyindən Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan Rəfiqə Xəlilovanın qardaşı Cavabdeh1 adına keçirilmişdir. Lakin iddiaçı mərhum həyat yoldaşının onun anasından miras qalmış əmlakları qəbul etdiyini, onun birinci növbə vərəsə olduğunu olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sözügedən hüquq normalarının tələbinə görə İddiaçı mərhum həyat yoldaşı X19 xx.xx.2001-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış əmlakları qəbul etdiyini sübut etməlidir. İddiaçı isə mərhum həyat yoldaşı X19 xx.xx.2001-ci il tarixdə vəfat etmiş anası X14 mirası qəbul etdiyini sübut edən heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. O, sübut olaraq bir şahidi məhkəmə iclasına dəvət etmiş, lakin iddiaçı tərəfin vəsatəti əsasında yeganə şahid qismində dindirilmiş Şahid2 da İddiaçı mərhum həyat yoldaşı X19 xx.xx.2001-ci il tarixdə vəfat etmiş anası X14 miras qalmış əmlakları qəbul etməsini təsdiq etməmişdir. Əksinə cavabdeh tərəfin vəsatəti əsasında dindirilmiş şahidlər isə X19 özünün başqa yerdə həyətyanı torpaq sahəsi olduğunu, orada yaşadığını, anası X21 məxsus olan evdə heç vaxt yaşamadığını, ümumiyyətlə anasından qalmış mirasın qəbulu üçün hər hansı hərəkətlər etmədiyini, Xatirənin evləndikdən sonra da özünə məxsus olan torpaq sahəsini və evini başqa şəxsə satdığını bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda bağışlanma müqaviləsi də qanuni əsaslarla həyata keçirildiyindən onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Lakin iddiaçı mərhum həyat yoldaşının anasından miras qalmış əmlakları qəbul etdiyini, ondan başqa mərhumların digər vərəsələrinin olduğunu bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında o da müəyyən edildi ki, Balakən rayon Notariat Ofisi xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlaklara vərəsəlik işi açarkən mirası qəbul etmiş vərəsələrin dairəsini müəyyən etmiş, mirası onu faktiki qəbul edən vərəsəsi olan qardaşı Cavabdeh1 mərhum bacısı X15 mirasına xx.xx.2018-ci il tarixdə 2V-127 reyestr nömrəsi ilə X15 adına xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Balakən rayonu Mahamalar kəndində yerləşən ümumi sahəsi 82.40 kvm olan fərdi yaşayış evi və ümumi sahəsi 0.0883 ha olan torpaq sahəsindən tam hissədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməklə mirası qanuni bölüşdürmüşdür. Qeyd edilməlidir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlakları bölüşdürərkən notarius tərəfindən ilk növbədə mirası faktiki qəbul etmiş vərəsələrin dairəsi müəyyən edilməlidir. Belə ki, mərhum Rəfiqə Xəlilovanın bir nəfər övladı-Xatirə İsmayılzadə olsa da, o, mirasın qəbulu ilə bağlı hər hansı hərəkətlər etməmiş, onun mirası faktiki qəbul və idarə etdiyini iddiaçı məhkəməyə sübut edə bilməmişdir. Buna görə də X28 mirasın qəbulu üçün notariat orqanına ərizə vermədiyindən, eyni zamanda onun miras əmlaka faktiki sahiblik etməklə qəbul etmədiyindən o, susmuş vərəsə hesab edilməlidir. Belə olan halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1273-1-ci maddəsi tətbiq edilməlidir. Mülki Məcəllənin 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1263-cü maddəsinə görə əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. Məhkəmə iclasında xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlakını qəbul etmiş yeganə vərəsə isə onun qardaşı Cavabdeh1 müəyyən edilmişdir. X28 xx.xx.2001-ci il tarixdə vəfat etmiş X15 birinci növbəli vərəsəsi olsa da, anası Rəfiqə Xəlilovadan qalmış mirası qəbul etmədiyindən Mülki Məcəllənin 1263-cü maddəsinə əsasən miras onu qəbul etmiş sonrakı növbənin vərəsəsi olan mərhum Rəfiqə Xəlilovanın qardaşı Cavabdeh1 adına keçirilmişdir. Mülki qanunvericiliyə görə fiziki şəxs öldükdən sonra onun əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur. Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. İddiaçı tərəf xx.xx.2001-ci il tarixdə vəfat etmiş X14 miras qalmış əmlakı onun qızı X28 tərəfindən mirasın formal və ya qeyri-formal üsulla qəbul edilməsini şərtləndirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarında da belə bir sübut mövcud deyildir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasm qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: -formal üsul; -qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakm mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir. Vərəsə ərizəni yalnız yazılı formada verməlidir. Vərəsə yazılı ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu barədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini göstərməklə qeyd edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qebul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: • miras əmlaka faktiki sahiblik etmək üsulu; • miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki «ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konkludent hərəkətlərdir. Ona görə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq həmin mənzildə yaşamaqda davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götürüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qoyanın həyatyanı sahəsində işləmək və s. Azərbaycan Respublikasının vərəsəlik hüququ birbaşa müəyyən edir: vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir (Mülki Məcəllənin 1243-cü maddəsinin 3-cü bəndi). Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə olan əmlakı idarə edə bilər. Miras əmlakı faktiki idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134, 1146 və 1252-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 fevral 2020-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenum Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 1134, 1145 və 1146-cı maddələrinə uyğun olaraq miras fiziki şəxsin öldüyü və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün onun ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır və miras qoyanın öldüyü anda sağ olmuş şəxslər vərəsə ola bilərlər; - Eyni gündə ölən və biri digərindən sonra vərəsə olmaq hüququna malik şəxslərlə bağlı irsi transmissiyanın tətbiqi üçün miras qoyanın dəqiq ölüm anı müəyyən edilərək daha sonra ölən şəxs ondan əvvəl ölən şəxsə vərəsə hesab edilir. Bu anı müəyyənləşdirmək mümkün olmadığı təqdirdə eyni gündə ölən şəxslər hüquqi varislik baxımından eyni anda ölmüş şəxslər hesab edilərək hər biri üçün ayrılıqda miras açılır və irsi transmissiyanın tətbiqi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci və 1133.2-ci maddələrinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci madddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Eyni zamanda Notariat haqqında Azərbaycan Respublikası Qanununun 55-ci maddəsinə görə açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmin Qanunun 59-cu maddəsinə görə notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan İnsan Hüquqlarının və X39 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları Bəyannaməsinin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlakın dövlət reyesri haqqında Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-146.2-ci maddələrinə görə daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-ci maddəsinə əsasən həmin Məcəllənin 223.2-223.4-cü maddələrinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. F.Ə.Hüseynovun və A.Ə.Qasımovun şikayəti ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında göstərilir ki, hüququn dövlət qeydiyyatına alınmasına qədər şəxs ona verilən əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Bu isə daşınmaz əşyanın əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir. Müşfiq Bayramovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyun 2011-ci il tarixli qərarında göstərilir ki, torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi torpaq üzərində mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarını istisna etmir. «V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumunun 15 yanvar 2010-cu il tarixli qərarında mülkiyyət hüququnun məzmunu təşkil edən sahiblik, istifadə və sərəncam hüququ ilə bağlı aşağıdakı hüquqi mövqe formalaşmışdır: «Mülki və torpaq qanunvericilyinin müddəalarından da göründüyü kimi, tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir». Məhkəmə qeyd edir ki, Konstitusiyasının 13 və 29-cu maddələrinin və mülkiyyətin müdafiəsi ilə bağlı digər qanun normalarının mahiyyəti hər bir mülki hüquq subyektinin mülkiyyət hüququnu tanımaqla bərabər onların mülki dövriyyədə eyni hüquqi rejimə malik olmalarını, həmçinin subyektiv hüquqların müdafiəsi ilə bağlı imkan və vasitələrin həcmində də (o cümlədən iddia müddətinin tətbiq olunmaması da) fərqlərin mövcudluğunu inkar edir. Bu müddəaların başqa cür qəbul edilməsi mülkiyyət növləri arasında ayrı-seçkilik yaratmaqla yanaşı digər Konstitusiya normalarının deklarativliyinə gətirib çıxarmaqla bütövlükdə onların sistemliliyinə xələl gətirmiş olardı. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi əmlakdan istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə Marks Belçikaya qarşı işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Məhkəmə Sporronq və Lonrot İsveçə qarşı işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ şərti və qeyri-sabit xarakter almışdır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin Akimova Azərbaycana qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarının 39, 40 və 41-ci bəndlərində göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxil qanunvericilikdə formal təsnifatdan asılı deyil:əmlakı təşkil edən bəzi hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Belə olan halda məhkəmə razılaşır ki, ərizəçinin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşən «mülkiyyət» in təşkil olunması üçnü kifayət qədər əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər; 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur; 1159.1.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar… Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1256-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1268.1-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən imtina etdiyi barədə ərizəni geri götürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1269-cu maddəsinə əsasən mirasa sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağrılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1322-ci maddəsinə əsasən vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» 28 iyul 2022-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin mənasına görə, yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 95-ci bəndinə əsasən mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 96-ci bəndinə əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 99-cu bəndinə əsasən vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır; əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər; yotariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair). «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 102-ci bəndinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Ölüm faktı vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi, mirasın açıldığı vaxt isə həmçinin şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq edilir.Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında müvafiq informasiya sistemləri ilə qarşılıqlı inteqrasiya vasitəsilə avtomatlaşdırılmış rejimdə əldə edilən məlumat, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İddiaçı sözügedən miras əmlakla bağlı ləğvini tələb etdiyi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın qanunsuz və əsassız olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələbinin əsaslılığını sübut edə bilməmişdir. Halbuki qanuna görə (MPM-nin 77.1-ci maddəis) bu vəzifə iddiaçının üzərinə düşür. Məhkəmə onu da qeyd edir ki, iş materiallarına əsasən 16 mart 2018-ci il tarixli 2V-127 reyetsr nömrəli Qanun üzrə vərəsədlik hüquq haqqında şəhadətnamənin etibarsız hesab olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması barədə qanunda nəzərdə tutulmuş hüquqi əsaslar və faktiki hallar müəyyən edilməmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışa əsasən Cavabdeh2 mülkiyyət hüquqları vardır və onun mülkiyyət hüquqları qanunla qorunur. Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun notarial qaydada bağlandığından məhkəmədə onun onun ləğv edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İşdəki sübutlara əsasən Cavabdeh2 mülkiyyət hüquqlarına müdaxilə edilməsi üçün qanunda göstərilmiş hallar və əsaslar isə mövcud deyildir. Cavabdeh2 mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı reyestrin tamlığı və düzlüyü prezumpsiyası qüvvədədir və məhkəmə bu mülkiyyət hüquqlarının qeydiyyatının və çıxarışının etibarsızlığı üçün əsas görmür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1-ci maddəsinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı, 340-cı maddəsində uydurma və yalan əqdlərin etibarsızlığı, 341-ci maddəsində qeyri-ciddi əqdin etibarsızlığı, 342-ci maddəsində fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 343-cü maddəsində fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 344-cü maddəsində on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, 345-ci maddəsində on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın bağladığı əqdin etibarsızlığı, 346-cı maddəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı, 347-ci maddəsində vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqdin etibarsızlığı, 349-cu maddəsində hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxan əqdin etibarsızlığı halları və şərtləri təsbit edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.1ci maddəsinə əsasən etibarlı idarəetmə və ya qəyyumluq əsasında daşınmaz əmlaka sərəncam verilməsi ilə bağlı bütün hüquqlar bu münasibətləri müəyyən edən sənədlər, o cümlədən müqavilələr və məhkəmə qərarları əsasında dövlət qeydiyyatına alınır. «Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında» Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir; hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın; hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır; hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericilikdən göründüyü kimi, şəxslər məhkəmə müdafiəsindən istifadə etmək hüququna bu şərtlə malikdirlər ki, onların hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması qanunla nəzərdə tutulmuş olsun. Eyri İrlandiyaya qarşı iş üzrə qərarda İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyənedilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Yuxarıda göstərilənlər iddia tələbinin heç bir faktiki və hüquqi əsaslara malik olmamasını və tamamilə əsassız olmasını təsdiq edir. Ona görə də iddia tələbi təmin olunmamalıdır. İşdəki sübutlardan birmənalı görünür ki, iddia predmetini təşkil edən Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə əməl edilməklə bağlanmış və Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqlar əsaslı olaraq qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, həmin qanun normalarına görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı pezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur. Qeyd edilməlidir ki, əşyanın özgəninkiləşdirilməsi zamanı özgəninkiləşdirənin adına qeydə alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeydin həqiqiliyi prezumpsiyası əşyanın ipoteka qoyulması halı üçün də tətbiq edilir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara tətbiq edilməli olan qanun normalarına əsasən hüquqi qiymət verərək, hesab edir ki, Balakən rayon Notariat Kontorunun Xüsusi Notariusu tərəfindən Cavabdeh1 adına verilmiş 16 mart 2018-ci il tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə"nin etibarsız hesab olunması, 16 mart 2018-ci 11 tarixli 2V-127 reyestr nömrəli "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" əsasında Cavabdeh1 adına qeydiyyata alınmış xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunması, xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış əsasında Cavabdeh1 ilə Cavabdeh2 arasında Balakən rayon Notariat Kontorunda bağlanmış xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsinin ləğv olunması, xx.xx.2018-ci il tarixli 4Ə-204 nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh2 adına DƏDRX-də qeydiyyata alınmış xx.xx.2022-ci il tarixli **********71-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilməməli, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilməsin; hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamin Tahirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar