Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-188/2024 07.01.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Tahirov Zamin Cəbrayıl oğlunun sədrliyi, məhkəmə iclas katibi Qədirov İbadullah Şamil oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 304.36 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının, cəmi 334.76 manat pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. "xxxx" ASC iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi ‘'Bakı Sığorta” ASC-də “icbari sığorta" qaydasında sığortalanmış **-UM-*** dövlət qeydiyyat nişanlı "Daewoo Cientra minik” markalı avtomobil və X1 idarə etdiyi **-EP-*** dövlət nömrə nişanlı "Nissan note minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, **-UM-*** dövlət qeydiyyat nişanlı "Daewoo Gentra minik" markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "icbari sığorta qaydasında ASC-də sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və AR İXM-in 327.6 və 327.1 -ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt **-UM-*** dövlət qeydiyyat nişanlı "Daewoo Gentra minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İddia ərizəsinə əlavə edilmiş "A-Qroup Sığorta Şirkəti” ASC-nin qüsur aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-EP-*** dövlət nömrə nişanlı "Nissan note minik” markalı avtomobilə 400 (dörd yüz) manat məbləğində zərər dəymişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-ci il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, vurulmuş zərərə görə 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ASC qarşısında irəli sürülmüşdür. Yeni qaydalara əsasən **-FP-*** dövlət nömrə nişanlı "Nissan note minik" markalı avtomobilə dəymiş zərərə görə 304.36 (üç yüz dörd manat «tuz altı qəpik) manat məbləğində sığorta ödənişi tərəflərindən müvafiq qaydada “A-GROUP SİĞORTA ŞİRKƏTİ" ASC-nin bank hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan və məktubların çatdırılmasına dair xəbəmamələrdən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "Bakı Sığorta” ASC tərəfindən "A-GROUP SİĞORTA ŞİRKƏTİ” ASC-yə ödənilmiş 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində pulun Cəmiyyətə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. Yuxarıda qeyd edilmiş yeni qaydalara əsasən, iddiaçı **-EP-*** dövlət nömrə nişanlı «Nissan note minik» markalı avtomobilə dəymiş zərərə görə ödənilməli olan 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində sığorta ödənişini cavabdehlərdən müştərək qaydada tələb etmək hüququna malikdir. Bundan başqa, hesab edilir ki, iddianın qaldırılması ilə bağlı dövlət rüsumu və xidmət haqqı da cavabdehlərdən tutulmalıdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, ərizə xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədən görünür ki, cavabdehlər X2 və Cavabdeh1 məhkəmə bildirişini qəbul etmiş, lakin həmin tarixdən 10 (on) iş günü müddət keçməsinə baxmayaraq iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərməmişlər. Məhkəmə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilməsinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, PBA ********** saylı sığorta şəhadətnaməsindən görünür ki, **-UM-*** dövlət qeydiyyat nişanlı "Daewoo Gentra minik" markalı avtomobilin sürücüsünün üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "icbari sığorta qaydasında "xxxx" ASC-də sığortalanmışdır. İş materiallarında olan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1 -ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4) dan görünür ki, yol-nəqliyyat hadisəsi baş verən vaxt **-UM-*** dövlət qeydiyyat nişanlı "Daewoo Gentra minik” markalı avtomobilin mülkiyyətçisi Cavabdeh1 olmuşdur. İş materiallarında olan "A-Qroup Sığorta Şirkəti” ASC-nin qüsur aktından görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-EP-*** dövlət nömrə nişanlı "Nissan note minik” markalı avtomobilə 400 (dörd yüz) manat məbləğində zərər dəymişdir. İş matertiallarında olan xx.xx.2023-ci il tarixli subroqasiya tələblərinin reyestrindən görünür ki, vurulmuş zərərə görə 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən ASC qarşısında irəli sürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli geriyə tələb məktubundan və məktubların çatdırılmasına dair xəbəmamələrdən müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində "Bakı Sığorta” ASC tərəfindən "A-GROUP SİĞORTA ŞİRKƏTİ” ASC-yə ödənilmiş 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində pulun Cəmiyyətə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh1 məxsus olan və Cavabdeh2 idarə etdiyi ‘'Bakı Sığorta” ASC-də “icbari sığorta" qaydasında sığortalanmış **-UM-*** dövlət qeydiyyat nişanlı "Daewoo Cientra minik” markalı avtomobil və X1 idarə etdiyi **-EP-*** dövlət nömrə nişanlı "Nissan note minik” markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində **-EP- *** dövlət nömrə nişanlı "Nissan note minik” markalı avtomobilə 400 (dörd yüz) manat məbləğində zərər dəymişdir. Vurulmuş zərərə görə 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində pulun ödənilməsi zərərçəkənin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddiaçı "xxxx" ASC tərəfindən 304.36 manat sığorta ödənişi həyata keçirilmişdir. Sığorta hadisəsi nəticəsində "Bakı Sığorta” ASC tərəfindən "A-GROUP SİĞORTA ŞİRKƏTİ” ASC-yə ödənilmiş 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" ASC-yə ödənilməsi cavabdehlərdən müştərək qaydada tələb edilmiş, lakin cavabdehlər tərəfindən həmin 304.36 manat pul iddiaçıya ödənilməmişdir. Ona görə də iddiaçı "Bakı Sığorta” ASC hazırki iddia ilə məhkəməyə müraciət etmiş və hazırki iddianın qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu və 0.4 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən üçüncü şəxs ona vurulan zərərin ödənilməsini nəqliyyat vasitəsi sahibindən, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçısından tələb edə bilər. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 23.1.6-cı maddəsinə görə sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 52-1.1 -ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X3 25/2 Qərarına əsasən yol-nəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. Azərbaycan Respublikası Mərkəzi X6 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbi zərərçəkənin sığortaçısına verilir. Sığorta tələbi barədə müraciət daxil olduğu gün zərərçəkənin sığortaçısı tərəfindən həmin tələb Büronun elektron informasiya sistemi (bundan sonra - informasiya sistemi) vasitəsilə qeydiyyata alınır. Həmin Qaydaların 5.1, 5.2, 5.3 və 5.4-cü bəndlərinə əsasən zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşı subroqasiya hüququndan istifadə edir. Zərərvuranın sığortaçısı subroqasiva tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin sonuncusu iddia faylına daxil edildikdən sonra zərərçəkənin sığortaçısı informasiya sistemi üzərindən zərərvuranın sığortaçısına qarşı subroqasiva tələbi yaradır və informasiya sistemi vasitəsilə Büroya təqdim edir. Həmin Qaydaların 2.1.9-cu bəndinə əsasən iştirakçıların göndərdiyi və aldığı subroqasiya tələblərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsi nettinq adlanır. Həmin Qaydaların 6.1. və 6.2-ci bəndlərinə əsasən İcbari Sığorta Bürosu subroqasiya tələblərini həftəlik əsasda (bazar ertəsindən bazar gününədək) toplayır və onların əsasında bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq hər iştirakçının öhdəliyini hesablayaraq nettinqi həyata keçirir. Həmin Qaydaların 6.2-ci bəndə əsasən subroqasiya tələbləri və nettinqin nəticəsi bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada hər bir iştirakçı üzrə formalaşdırılan subroqasiya tələblərinin reyestrində əks olunur. Həmin Qaydaların 7.1 və 7.2-ci bəndlərinə əsasən zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir. Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçı qarşısında öhdəliklərinin məbləği zərərçəkənin sığortaçısı tərəfindən zərərvuranın sığortaçısına qarşı irəli sürülmüş bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabərdir. Orta məbləğlərin hesablanması qaydası Büronun üzvü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərmək hüququna malik sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən olunur. Həmin Qaydaların 10.1-ci bəndinə əsasən bu Qaydada nəzərdə tutulmuş subroqasiya tələbləri üzrə öhdəliyin icra edilməsi məqsədilə iştirakçılar və Büro (İcbari Sığorta Bürosu) arasında bu Qaydanın qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanılır. Yol-nəqliyyat hadisəsi hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair 18 avqust 2022-ci il tarixli kollektiv sazişin 3.1-ci bəndinə əsasən subroqasiya tələbləri üzrə tərəflər arasında hesablaşmalar subroqasiya tələblərinin müəyyən edilmiş orta məbləğləri əsasında aparılacaqdır. Subroqasiya tələblərinin orta məbləği loto üsülu ilə müəyyən edilir. Həmin Sazişin 7.1-ci bəndinə əsasən bu Saziş çərçivəsində sığorta hadisələrinin, sığorta tələblərinin, sığorta ödənişlərinin və subroqasiya tələblərinin qeydiyyatı Büronun elektron İnformasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən, həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq, əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında - onun verdiyi sığorta ödənişi həcmində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün üksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən istifadə edilməsi: tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş liziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda, məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində liziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranm təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutulabilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranlarin hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuraııın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 459.1-ci maddəsinə əsasən zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə işin faktoloji və hüquqi əsaslarına istinad edərək, hesab edir ki, iddia əsaslıdır və təmin olunmalıdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan qanun normalarına əsaslanaraq, iddiaçının təqdim etdiyi mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı, cəmi 334.76 (üç yüz otuz dörd manat yetmiş altı qəpik) manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 284-1, 284-2, 284-3, 284-5, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 304.36 (üç yüz dörd manat otuz altı qəpik) manat məbləğində sığorta ödənişi, 30 (otuz) manat məbləğində dövlət rüsumu və 0.4 (qırx qəpik) manat xidmət haqqı, cəmi 334.76 (üç yüz otuz dörd manat yetmiş altı qəpik) manat pul tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zamin Tahirov
Məhkəmə qərarları › İş №e-2(019)-188/2024
Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-188/2024
07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver