Məhkəmə qərarları › İş №e-2(019)-189/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-189/2024

04.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-189/2024 04.03.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Balakən Rayon Məhkəməsinin hakimi Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 Y20K5740610 nömrəli,19 iyul 2019-cu il tarixli müqavilə üzrə 320 manat əsas,96 manat dəbbə pulu və Y20K5851154 nömrəli,05 mart 2020-ci il tarixli müqavilə üzrə 650 manat əsas,194 manat dəbbə pulu və 33 manat ödənilmiş dövlər rüsumu olmaqla , cəmi 1293 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 07 yanvar 2024-cü il tarixli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 19 iyul 2019-cu il və 05 mart 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında Y20K5740610 nömrəli və Y20K5851154 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5740610 nömrəli müqavilə üzrə 3910 manat dəyəri olan 1 ədəd “Beko” markalı souyudusu və 1 ədəd “Evms” markalı qazan dəsti Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Y20K5851154 nömrəli müqavilə üzrə 2210 manat dəyəri olan 1 ədəd “HP” markalı notebook Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı Y20K5740610 nömrəli müqavilə üzrə 70 manat ilkin ödəniş olmaqla, qalan 3840 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, aylıq 160 manat olmaqla, hər ayın 18-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı Y20K5851154 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 2160 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, aylıq 90 manat olmaqla, hər ayın 04-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdliyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmədlər tərəfindən həll edilir. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5740610 nömrəli müqavilə üzrə 320 manat əsas, 96 manat dəbbə pulu olmaqla, 416 manat və Y20K5851154 nömrəli müqavilə üzrə 650 manat əsas,194 manat dəbbə pulu olmaqla 844 manat borcu yaranmışdır. Alıcı tərəfindən Y20K570610 nömrəli, 19 iyul 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 160 manat ödəniş və Y20K5851154 nömrəli 05 mart 2020-ci il tarixli müqavilə üzrə sonuncu dəfə 26.089.2021-ci il tarixdə 160 manat ödəniş edilmişdir. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. İddiaçı məhkəməyə ərizə göndərərək səhhətində olan problemlərlə əlaqədar olaraq məhkəmə hazırlıq və baxış iclaslarında iştirakının mümkün olmayacağını, iddia ərizəsini müdafiə etdiyini göstərərək məhkəmə hazırlıq və baxış iclaslarının iştirakı olmadan keçirilməsini və Cavabdeh cəmi 1293 manat pulun onun xeyrinə tutulması haqqında yekun məhkəmə aktının çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.1-185.ci maddəsinə uyğun olaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 19 iyul 2019-cu il tarixli Y20K ******* nömrəli hissə-hissə ödənişli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ümumi dəyəri-3910 manat dəyərində bir ədəd “Beko” markalı soyuducu və 1 ədəd “Evms” markalı qazan dəsti hissə-hissə ödənişlə satılmışdır. Alıcı 70 manat ilkin olaraq ödəniş etmiş , qalan 3840 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq , 24 ay müddətinə aylıq 160 manat olmaqla hər ayın 18dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 05 mart 2020-ci il tarixli Y20K ******* nömrəli hissə-hissə ödənişli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı tərəfindən ümumi dəyəri-2210 manat dəyərində bir ədəd “HP” markalı notebook hissəhissə ödənişlə satılmışdır. Alıcı 50 manat ilkin olaraq ödəniş etmiş , qalan 2160 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə aylıq 90 manat olmaqla hər ayın 04-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İşdə olan 28 noyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, verilir Y20K5740610 nömrəli, 19 iyul 2019-cu il tarixli və Y20K5851154 nömrəli , 05 mart 2020-ci il tarixli nisiyə alqı-satqı müqavilələrinə əsasən borclu Cavabdeh onlan ötrü ki, onun həmin müqavilələr üzrə xx.xx.2023-cü il tarixə olan Y20K5740610 qalıq borcu müvafiq olaraq 320 manat əsas, 96 manat dəbbə pulu;Y-20K5851154 müqavilə üzrə 650 manat əsas,194 manat dəbbə pulu və 33 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 1293 manat, 00 qəpikdir. Məhkəmə işdə olan sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin araşdırılan hallarından müəyyən olunur ki, İddiaçı 19 iyul 2019-cu il və 05 mart 2020-ci il tarixlərində Cavabdeh ilə aralarında Y20K5740610 nömrəli və Y20K5851154 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən Y20K5740610 nömrəli müqavilə üzrə 3910 manat dəyəri olan 1 ədəd “Beko” markalı souyudusu və 1 ədəd “Evms” markalı qazan dəsti, Y20K5851154 nömrəli müqavilə üzrə 2210 manat dəyəri olan 1 ədəd “HP” markalı notebook Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1, 2.2-ci maddəsinə əsasən Alıcı Y20K5740610 nömrəli müqavilə üzrə 70 manat ilkin ödəniş olmaqla, qalan 3840 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, aylıq 160 manat olmaqla, hər ayın 18-dək, Y20K5851154 nömrəli müqavilə üzrə 50 manat ilkin ödəniş olmaqla, qalan 2160 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, aylıq 90 manat olmaqla, hər ayın 04-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən alıcı ödənişi gecikdirdliyi hər gün üçün məcmu borcun 1%-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir.Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun Y20K5740610 nömrəli müqavilə üzrə 320 manat əsas, 96 manat dəbbə pulu olmaqla, 416 manat və Y20K5851154 nömrəli müqavilə üzrə 650 manat əsas,194 manat dəbbə pulu olmaqla 844 manat borcu yaranmışdır. Dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.Borc ödənilmədiyindən iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Borc müqaviləsi üzrə hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Sadalanan hüquq normalarının tələblərini, işin hallarını nəzərə alan məhkəmə bu nəticəyə gəlir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır. Bununla yanaşı məhkəmə bu nəticəyə gəlir ki, penya borcu yüksək göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək penya pulunu azalda bilər. Məhkəmə kreditorun həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, penyanın miqdarı tənasübsüz dərəcədə yüksək hesablandığından azaldılaraq 19 iyul 2019-cu il tarixli Y20K5740610 nömrəli müqavilə üzrə 9 manat,05 mart 2020-ci il tarixli Y20K5851154 nömrəli müqavilə üzrə 15 manat həcmində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 19 iyul 2019-cu il tarixli Y20K5740610 nömrəli müqavilə üzrə 320 manat əsas borc, 9 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli Y20K5851154 nömrəli müqavilə üzrə 650 manat əsas, 15 manat dəbbə pulu olmaqla cəmi 994 manat və dövlət rüsumu olaraq ödənilmiş 33 manatın 25,41 manatı alınıb İddiaçı xeyrinə ödənməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 19 iyul 2019-cu il tarixli Y20K5740610 nömrəli müqavilə üzrə 320 manat əsas borc, 9 manat dəbbə pulu, 05 mart 2020-ci il tarixli Y20K5851154 nömrəli müqavilə üzrə 650 manat əsas, 15 manat dəbbə pulu olmaqla cəmi 994 manat və dövlət rüsumu olaraq ödənilmiş 33 manatın 25,41 manatı alınıb İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar