Məhkəmə qərarları › İş №e-2(019)-205/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-205/2023

08.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-205/2023 08.02.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı qaz borcunun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azəriqaz” İB-nə qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdeh Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi, Cavabdeh İB-nin əməkdaşları tərəfindən ona hesablanmış 1036,80 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə Balakən rayonu Mahamalar kəndində yaşayır. Onun evi qazla təchiz olunmuşdur. Qaz sayğacı isə evdən 40-50 metr aralıda yolun kənarında quraşdırılmışdır. Müntəzəm olaraq qaz borcunu hər ay ödəyir. 2 iyun 2022-ci il tarixdə Cavabdeh İB-nin X2 İstismarı İdarəsinin Balakən rayon şöbəsinin əməkdaşları ona məxsus yolun kənarında qoyulmuş qaz sayğacının dəyişdirilməsi və sayğacın yenisi ilə əvəz edilməsinin zəruri olduğunu bildirimişlər. Onun iştirakı olmadan onlar qaz sayğacını çıxardaraq başqa təzə sayğacla əvəz edib getmişlər. Aradan 5 ay keçdikdən sonra ona məktubla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 032995 nömrəli Akt göndərmişlər. Həmin aktda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh 29/1710-03097-1 aktda göstərilmişdir: “sayğaca ümumi baxış keçirildi. Sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarda əzik-cızıq izləri var. Sayğacın istismarı yararsızdır. Dəymiş ziyan hesablansın və ödənilsin”. Lakin o, bununla razılaşmır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o, sayğaca heç bir müdaxilə etməmişdir. Sayğac onun evindən 40-50 metr aralıda yoldadır. CavabdehİB-nin əməkdaşları isə ona 1036,80 manat borc yazmışlar. Odur ki, o, həmin borcun silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə etiraz göndərək, təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəməyə göndərdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı adına rəsmiləşdirilmiş **********07340 saylı qaz hesabında xx.xx.2023-cü il tarixə 1207.55 manat borc vardır. Həmin borcun 170.75 manat hissəsi sayğac üzrə, 1036.80 manat hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı məhz həmin hissədə borcu mübahisələndirməkdədir. Mübahisə predmeti ilə bağlı bildirir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğaca müdaxilə ehtimalı müəyyən edilmişdir. Bununla əlaqədar olaraq istismarda olan G4 markalı ******* nömrəli sayğacı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktla çıxarılaraq xüsusi plomblanmış qutuda möhürlənərək dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********3 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən ARDNŞ-nin İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin xx.xx.2022-ci il tarixli 29/1710- 03097-1 saylı aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizminin plasmas qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri var (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə (istehlakçı aktı imzalamaqdan imtina etmişdir) təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir. Qaz işlədicilərinin saatlıq qaz sərfi nəzərə alınmaqla itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı isə Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 8640 m3 (və ya 1036.80 manat) həcmində müəyyən edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş xx.xx.2016-cı il tarixli 11842 nömrəli Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin surətindən görünür ki, həmin müqavilə X3 İstismarı İdarəsi ilə İddiaçı arasında bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, Balakən rayonu Mahamalar kəndində yaşayan İddiaçı məxsus qaz sayğacı çıxarılaraq növbəti dövlət yoxlamasına göndərilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli Aktdan görünür ki, istehlakçıya məxsus qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarda əzik-cızık izləri vardır. Sayğac istismara yararsızdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli ******* nömrəli akta əsasən dəymiş ziyanın həcmi cəmi 8640 kub/metr hesablanmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, işdə olan sübutları tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, İddiaçı mülkiyyətində Balakən rayonu Mahamalar kəndində yerləşən fərdi yaşayış evi vardır. İddiaçı Cavabdeh İB X2 İstismar İdarəsinin Balakən Xidmət Sahəsində istehlakçı kimi qeydiyyatdadır və “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə əsasında məişət qaz sayğacı vasitəsilə təbii qazdan istifadə edir. Qaz sayğacı rayon Qaz İstismarı idarəsinin işçiləri tərəfindən yaşayış evindən 40-50 metr kənarda yol tərəfdən yerləşdirilmişdir. 02 iyun 2022-ci ildə Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən iddiaçıya məxsus qaz sayğacı çıxarılmış və dövlət yoxlanmasına göndərilmişdir. Bu barədə qaz sayğacının çıxarılması quraşdırılması və istismara qəbulu haqqında akt tərtib edilmişdir. Qaz sayğacının yoxlanılması barədə verilmiş rəydə qaz sayğacının hesablama mexanizminin qapağı yan tərəfdən əzilmiş, daxili qulaqcıqlarda əzik-cızıq izləri olduğu və sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Sonradan iddiaçının evinə Cavabdeh İB-nin X2 İstismar İdarəsindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında AKT göndərilmiş və İddiaçı borc hesablanmışdır. İddiaçı sayğaca heç bir müdaxilə etmədiyini göstərərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona hesablanmış 1036.80 manat qazdan istifadəyə görə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu maddəsinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Mülki Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Həmin Məcəllənin 560.1-ci maddəsinə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, iddiaçının evinə aid qaz sayğacının həyətdən kənarda, küçədə hasarın üzərində yol tərəfdə yerləşməsini, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən baş verməsinə, bunun iddiaçı tərəfindən törədilməsinə, həmin müdaxilə nəticəsində sayğacın istifadə olunan qazı normal qeydə almamasına dair heç bir sübut təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli ,Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 1036.80 ( bir min otuz altı manat 80 qəpik) manat cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10000 manatadək olduqda iddia ərizələrindən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, hazırki iddianın qaldırılması üçün İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğuna görə, dövlət rüsumu ödəməmişdir. Ona görə iddia təmin edildiyi üçün məhkəmə həmçinin hesab edir ki, Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İB X2 İstismarı idarəsinin mütəxəssisləri tərəfindən İddiaçı hesablanmış 1036.80 (bir min otuz altı manat 80 qəpik) manat cərimə silinsin. Cavabdehndən 30,37 manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar